Həyatın mənbəyi: SU

Allah varGünəş Sistemindəki digər 63 göy cismindən heç birində həyatın təməl şərti olan suyun olmadığını bilirdinizmi? Halbuki, yer üzünün böyük hissəsi sularla örtülüdür. Okeanlar və dənizlər Yer səthinin cəmi dörddə üçünü təşkil edir. Digər tərəfdən quru hissələrdə də saysız-hesabsız göl və çay var. Yüksək dağların zirvələrini örtən qar isə suyun donmuş halıdır. Dünyadakı suyun əsas bir hissəsi də səmadadır; buludların hər birində minlərlə, bəzən milyonlarla ton su olur. Bu suların bir qismi də zaman-zaman damcı şəklində yerə enir, yəni yağış olur. İndi tənəffüs etməkdə olduğumuz havanın içində də müəyyən miqdarda su buxarı var.

Yağışlar, dənizlər, çaylar, axar sular, okeanlar, krantı açdıqda axan içməli su… İnsanlar suyun varlığına o qədər vərdişkardırlar ki, yer üzünün böyük hissəsinin sularla örtülü olmasının əhəmiyyətini bəlkə də heç düşünmürlər. Halbuki, bütün göy cisimlərinin içində yalnız Yerdə suyun mövcud olması, üstəlik də bu suların içməli olması həyat üçün qeyri-adi bir vəziyyətdir.

SUYUN QEYRİ-ADİ XÜSUSİYYƏTLƏRİ

Suyun temperaturla bağlı (termal) xüsusiyyətləri dünyadakı canlı həyatının davamlılığında böyük rol oynayır. Bunlardan bir neçəsini belə sıralaya bilərik:

Allah varBildiyimiz bütün mayelər, temperaturu düşdükcə büzüşür, həcm itirirlər. Həcm azalınca, sıxlıq artır və beləcə soyuq olan qisimlər daha da ağırlaşır. Buna görə, maye maddələrin bərkhalları maye hallarına görə daha ağırdır. Su isə bilinən bütün mayelərin əksinə olaraq, müəyyən bir temperatura (+4°C'ye) gələnə qədər büzüşür, daha sonra birdən-birə genləşməyə başlayır. Donduqda isə daha da genləşir. Bu səbəblə suyun bərkhalı maye halından daha yüngüldür. Buz əslində "normal" fizika qanunlarına görə suyun dibinə batmalı olarkən, su üstündə üzür.

Suyun bu xüsusiyyəti dünyadakı dənizlər üçün çox əhəmiyyətlidir. Bu xüsusiyyət olmasa, yəni buz suyun üzərində üzməsə, suyun çox böyük bir hissəsi tamamilə donacaq, göllərdə və dənizlərdə heç bir canlı qalmayacaqdı.

Buz əridikdə və ya su buxarlandıqda, ətrafdan istilik çəkilir. Bunun tərsi reallaşdıqda isə çölə istilik verilir. Bu "gizli istilik" olaraq tanınan bir anlayışdır. Bütün mayelərin gizli istilikləri var. Ancaq suyun gizli istiliyi bütün mayelərin ən yüksəyi sayılır. Həmçinin suyun "termal tutumu", yəni suyun istiliyini bir dərəcə artırmaq üçün lazım olan istilik miqdarı digər mayelərin çox böyük hissəsindən daha yüksəkdir.