Gizli Bir Aləm: Beyin

Kompüterlər texnologiyanın ən üstün məhsullarıdır və həyatımızı asanlaşdıran çox əhatəli işlər görürlər. Bədənimizdəki bütün işləri idarə edən beynimiz isə heç bir kompüterlə müqayisə edilməyəcək qədər üstün bir sistemə malikdir. Bu vəziyyət Yaradıcımız olan Allah'ın sonsuz qüdrət və elmini göstərir.

Bədənimiz yaradılmış ən mükəmməl sistemlərdən biridir və mükəmməlliyi detallarında gizlidir. Bu yazıda detalların mərkəzi olan beyinə bir səfər ediləcək. Beynin quruluşu dərindən araşdırıldıqda, bizim qavraya bilmə sərhədlərimizi aşan detallarla qarşılaşırıq. Beynin içində Allah'ın bizim üçün yaratdığı və qavramağa qadir ola bilmədiyimiz tam fərqli bir dünya var. Bu dünya kəşf edilməyə başlandıqda isə yaradılışımızdakı möcüzə ilə bir daha qarşılaşırıq. Beyindəki hər qıvrım, hər girinti və çıxıntı bir məqsəd üçün yaradılmışdır.

Beynin Meydana Gəlməsi

Anadan gələn yumurta və atadan gələn sperma hüceyrəsinin birləşməsi ilə yeni bir insan yaradan ilk hüceyrə meydana gəlir. Bu möcüzəvi inkişafın ilk mərhələsində hüceyrələr bölünməyə başlayır və zamanla inkişaf edir. Ana bətnində başlanğıcda bir ət parçası görünüşündə olan hüceyrələr bölünməyə davam edərək və qruplaşdırılaraq, işığa qarşı həssas göz hüceyrələrini, ağrını, şirini, acını, istini, soyuğu qəbul edəcək sinir hüceyrələrini, səs titrəmələrini hiss edəcək qulaq hüceyrələrini və qidaları həzm edəcək həzm sistemi hüceyrələrini və daha bir çox hüceyrəni meydana gətirməyə davam edirlər.

Embrionun ana bətnindəki inkişafında 5-ci həftədən etibarən yaranan onurğa iliyində çox sürətli bir istehsalla saniyədə 5000 neyron adlanan xüsusi sinir hüceyrəsi yaranmağa başlayacaq. Bu bölgədə daha sonra beyin meydana gələcək. (Science Vie, Mart 1995, ədəd: 190, s. 88)

Beyin hüceyrələrinin böyük hissəsi embrionun ilk beş ayında meydana gəlir və hamısı doğumdan əvvəl beyindəki lazım olan yerlərini almış olurlar. Böyük bir sürətlə yaranan hüceyrələr bir müddət sonra mərkəzi sinir sisteminin qollarını meydana gətirmək üçün daha uzaqlara köç etməyə başlayırlar. Ancaq bu mərhələdə hər bir neyronun sinir sistemi içində özü üçün ayrılmış olan hədəf yerini tam olaraq tapması şərtdir. Buna görə gənc neyronların yollarını tapa bilmələri üçün mütləq bir rəhbərə ehtiyacları var. Bu rəhbərlər onurğanın və beynin inkişaf sahəsi arasında bir növ kabel şəklində uzanan xüsusi hüceyrələrdir.

Neyronlar yarandıqları yerdən çıxıb bu rəhbərlərə yapışaraq köç edirlər. Və özləri üçün ayrılmış olan yerləri anlayır, ora yerləşir və dərhal ardınca çıxıntılar meydana gətirərək digər neyronlarla əlaqə qururlar.

Bəs neyronlar meydana gələn kimi belə bir səfərə çıxacaqlarını haradan bilirlər? Bu səfər əsnasında hədəflərini tapmaq üçün bir rəhbərdən istifadə etməli olduqlarına və bir-birləri ilə necə əməkdaşlıq edəcəklərinə necə qərar verirlər? Neyron dediyimiz varlıqlar nəticədə gözlə görünə bilməyəcək kiçiklikdə, atom və molekullardan ibarət olan hüceyrələrdir. Onların belə şüurlu bir şəkildə yerləşmələri, öz qərar və iradələri ilə reallaşacaq bir hadisə deyil. Bu əməliyyatı idarə edən mərkəz, beyin də deyil. Çünki hələ ana bətnindəki embrionun beyni meydana gəlməmişdir.

Bu hüceyrələr meydana gələn kimi bilmədikləri bir yerə doğru yalnız özlərinə ilham edilən məlumatlar əsasında proqramlanmışcasına hərəkət edirlər. Aydındır ki, beynin və sinir sisteminin meydana gəlməsi əsnasında yaşanan heç bir hadisənin təsadüflərlə meydana gəlməsi mümkün deyil. Çünki tək bir mərhələdəki fərqlilik, zəncirləmə olaraq bütün sistemi axsadır. Neyronların meydana gəlməsi və bir sinir şəbəkəsinə çevrilmələri beynin və ona bağlı çalışan sinir sisteminin meydana gəlmə mərhələlərindən yalnız biridir. Nəinki təkamülçülərin iddia etdiyi kimi beynin təsadüfən meydana gəlməsi, tək bir neyronun belə təsadüflərlə meydana gəlməsi mümkün deyil.

beyinNeyronları bu xüsusiyyətlərlə yaradan, lazım olduğu anda lazım olduğu şəklə salan, gedəcəkləri yerlərə onları tək-tək yerləşdirən Allah'dır. Hər insan özünün də bu mərhələlərdən keçirildiyini bilməli və Rəbbimizin özünü bir insan olaraq yaratmasındakı ehtişamı görərək şükr etməlidir. Allah'ın hər şeyin Yaradıcısı olduğunu, göylərdə və yerdə Ondan başqa bir güc sahibi olmadığını ağlından bir an belə çıxarmamalıdır:

"… Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən? Lakin Allah mənim Rəbbimdir və mən heç kəsi Rəbbimə şərik qoşmaram!" (Kəhf surəsi, 37-38)

Beynimizin Suyun İçində Üzdüyünü Bilirdinizmi?

Hiss etmək, hərəkət etmək, eşitmə, görmə, dad və qoxu hiss etmə, ürəyin işləməsi, nəfəs alma kimi həyati funksiyaların hamısını beynimiz reallaşdırır. Həmçinin hormonlar yaradaraq bədənin ehtiyaclarına görə tənzimləmələr edir. Çox həssas bir sistemə malik olan bu orqanımız elektrik siqnalları ilə işləyən sinir hüceyrələri, bunları saxlayan və qidalanmalarına köməkçi olan dəstək hüceyrələri və qan damarlarından meydana gəlir. Həm həssas bir quruluşu, həm də çox əhəmiyyətli vəzifələri olan beyin bədən içində çox istiqamətli bir müdafiəyə alınmışdır. Bunlardan ən diqqətçəkici olanı beynimizin bir maye içində üzməsidir.

Beyin təxminən 1,5 kq-lıq bir ağırlığa malikdir. Əgər beyin mayenin içində olmasaydı və birbaşa olaraq kəlləyə təmas etsəydi öz ağırlığının altında əzilərdi. Bu da beyindəki həyati mərkəzlərdə bir təzyiq meydana gəlməsinə görə ölümə səbəb ola bilərdi. Ancaq belə bir problemlə - xəstəlik halları xaricində - qarşılaşılmır. Çünki beynimizin öz ağırlığı - üzdüyü mayenin içində ikən - 1400 q-dan 50 q-a qədər düşür. Yəni beyində ağırlığı otuzda birə qədər salan bir sistem vardır. Bu sistem belə işləyir:

Beynin içində bəzi boşluqlar və bu boşluqların içində də yalnız beyində olan xüsusi damar yığınları var. Bunların vəzifəsi bədəndən beyinə daşınan qandakı serumu süzməkdir. Serum əvvəl beynin içindəki boşluqları doldurur və sonra müxtəlif yollardan beynin xaricinə çıxır. Ən sonda da bu maye beynin üst hissəsində yerləşən tək istiqamətli valf sistemi (araknoid villus) sayəsində ümumi dövrana (qan dövranına) geri qayıdır. Bu valflerin çox mühüm bir vəzifəsi var: Mayenin beynə etdiyi təzyiqi nizamlamaq…

Əgər bu nizamlama olmasaydı və təzyiq çox yüksək bir səviyyəyə çıxsaydı, o zaman beynə olan təzyiq beynin funksiyalarına təsir edərdi. Və bu vəziyyət bir çox xəstəliyə səbəb olardı.

Buna "hidrosefali" adlı xəstəliyi nümunə olaraq verə bilərik. Bu xəstəlik növündə dövrandakı hər hansı bir axsaqlığa görə beyindəki maye bir müddət sonra yığılmağa başlayır və yaranan təzyiq beyin funksiyalarına təsir edir. Əgər xaricdən bir müdaxilə edilməsə, yəni əməliyyatla bu maye boşaldılmasa artan təzyiq əqli çatışmazlıq, hərəkət pozuqluqları, korluq, hətta ölümlə nəticələnən narahatlıqlara səbəb olar. (Harun Yəhya, İnsanın Yaradılış Möcüzəsi)

Beyindəki mayenin təzyiqi normaldan daha az səviyyələrə endiyi zaman da dözülməz baş ağrıları olar və beyin zərər görməyə başlayar.

Beyindəki qoruma sisteminə başqa bir nümunə olaraq beynin qan ehtiyacını qarşılayan sistemi misal çəkə bilərik. Beyin bədəndəki bütün əməliyyatlara nəzarət edir. Bu səbəbdən, sabit qan ehtiyacı olan bir orqandır. Beyinə ediləcək qan təchizatı nə bahasına olursa olsun davam etdirilməlidir. Beynin bu həyati ehtiyacı fövqəladə bir nəzarətlə qarşılanır. Bir qanama nəticəsində o biri bütün orqanlara qan nəqliyyatı dayansa belə, bir çox sinir beyinə qan çatdırılması üçün hərəkətə keçir və damarların diametrləri buna görə nizamlanır. Bəzi orqanlara gedən damarlar müvəqqəti olaraq fəaliyyətlərini dayandırır və qan axımının beyinə gedən damarlara istiqamətləndirilməsi təmin edilir.

Beyindəki Bu Detallı Dizayn Necə Ortaya Çıxmışdır?

Beynimizin ən funksional şəkildə işini təmin edən bu dizaynın təsadüfən ortaya çıxması, əlbəttə ki, mümkün deyil. Bütün bu detalları bilərək, bu mürəkkəb prosesləri yerinə yetirən bir ət parçası olan beynin özü də ola bilməz. Bütün bu həssas tarazlıqları qüsursuz bir nizam içində yaradan, hər şeyin Yaradıcısı olan Allah'dır.

Beyin Hüceyrəsinin Kompleksliyi

Tək bir beyin hüceyrəsi özü kimi 10 min hüceyrə ilə davamlı bir əlaqə içindədir. Bu xəbərləşmə şəbəkəsi dünyadakı bütün telefon stansiyalarından daha kompleksdir.

Türkiyənin hər şəhərinə, mahalına və kəndinə yayılmış bir telefon şəbəkəsi düşünün, bu sayədə siz ən uzaqda olan bir nöqtədən belə ünsiyyət quraraq məlumat ala bilərsiniz. Beyin hüceyrələrimiz olan neyronlar da sinir sistemini formalaşdıraraq bədənimizdə çox sürətli bir xəbərləşmə təmin edirlər. Müasir dövrün texnologiyası hələ neyronları tam kəşf edə bilməmişkən, onlar bizim bilmədiyimiz dünyalarında çox ağır əməliyyatları böyük bir ağıl nümunəsi göstərərək yerinə yetirirlər. Üstəlik iki ölçülü bir müstəvidə bu sistemin kompleksliyi çox dəqiq aydın olmur. Bütün bu sinir liflərini üç ölçülü olaraq müşahidə etməyə çalışdıqda isə inanılmaz bir qarışıqlıq qarşımıza çıxır ki, bunu hələ elm adamları belə anlaya bilmirlər.