Səhra bitkiləri

Allah varSəhra deyərkən ağlımıza heç bir canlının asan yaşaya bilməyəcəyi mühit gəlir. Həqiqətən də səhrada yaşayan canlıların sayı olduqca azdır. Ancaq bu çətin şərtlərə baxmayaraq, çöl mühitində ağlımıza gəlməyən möcüzələrlə qarşılaşırıq.

Səhranın quraq mühitinə yaxından baxdıqda müxtəlif xüsusiyyətlərdə olan bitkilər diqqətimizi çəkir. Bu bitkilər xüsusi dizaynları və fərqli növləriylə çox çətin şərtlərdə rahatlıqla yaşaya bilirlər. Onlar bu iqlim şərtləri üçün xüsusi olaraq yaradılmış möcüzələrdir.

Səhra bitkiləri həddindən artıq isti və susuzluğa tab gətirmək üçün iki yola müraciət edirlər. Birincisi, malik olduqları dayanıqlı quruluşu istifadə etmək, ikincisi də yuxuda qalmaqdır. Maraqlı quruluşları və xüsusi dizaynları sayəsində quraq iqlimlərdən zərər görməyən bu bitkilərdə yarpaq həm gövdə, həm fotosintez orqanı, həm qida və su anbarı, həm də qalın forması ilə müdafiə etmə orqanıdır.

Allah varBəzi anbar funksiyası yerinə yetirən yarpaqlar isə ətrafdakı qayaları təqlid edən quruluşlarıyla kamuflaj ekspertidirlər. Müxtəlif heyvanların kamuflaj etməsi sıx qarşılaşdığımız möcüzələrdən biridir. Ancaq bitkinin kamuflaj etməsi çox da vərdiş etmədiyimiz haldır. Ətrafındakı qayaları təqlid edə bilən bitkinin hansı xüsusiyyətlərə sahib olması lazım olduğunu düşünsək, nə qədər heyrətverici hadisə ilə qarşı-qarşıya olduğumuzu daha yaxşı anlaya bilərik. Hər şeydən əvvəl bu bitki səhra mühitini çox yaxşı tanımalı, mühit şərtlərindən xəbərdar olmalıdır. Buna görə ətrafdakı bəzi heyvanlardan xilas olmaq və eyni zamanda həddindən artıq istilərə etiraz etmək üçün müəyyən şəkil və müdafiə etmə sistemi planlamalıdır. Nəticə olaraq, qayaların onun üçün ən ideal model olduğuna qərar verməlidir. Özünü qayalara bənzətsə gözə dəyməyəcəyini və daş kimi həcmli quruluşun anbar vəzifəsini rahatca yerinə yetirə biləcəyini düşünməli və bütün kimyəvi quruluşunu bu qərarına görə dəyişdirməlidir. Nə ağla, nə şüura, nə gözə sahib olmayan bitkilərin özləri üçün belə həyati əhəmiyyəti olan qərarlar verə bilməyəcəkləri və bu qərarlarını tətbiq edə bilməyəcəkləri çox açıqdır. Bəs bitkiləri olduqları mühit üçün ən uyğun quruluşa və şəklə salan nədir? Bütün canlıların təsadüflər nəticəsində meydana gəldiyini iddia edən təkamülçülər qaya təqlidi edən səhra bitkilərinin də bu xüsusiyyətə təsadüfən sahib olduqlarını iddia edirlər. Bu iddialar yuxarıda izah edilən ssenaridən daha məntiqsizdir. Təsadüfən meydana gələn hansı hadisə bir bitkiyə qüsursuz təqlid qabiliyyəti və səhra istisində ən çox ehtiyacı olan su anbarını qazandıra bilər? Bu bitkiləri bütün bu xüsusiyyətləri ilə yaradanın üstün elm və ağıl sahibi olan Allah olduğu çox açıqdır.

Yarpaqlardakı su anbarı

Səhra bitkilərinin su və qida maddələrini depolayacaq şəkildə hazırlanmış depo yarpaqları Sedum bitkisində olduğu kimi silindr şəklində və ya Carpobrotus bitkisində olduğu kimi prizma şəklində ola bilər.

Quraq bölgələrdə yaşayan bu bitkilər su depolama xüsusiyyətlərinə görə xüsusi görünüşə malikdirlər. Su gövdə və yarpaqlarda geniş, incə divarlı hüceyrələrdə qorunur. Bu yarpaqların qalın üst təbəqəsi su itkisini azaldır. Çöl bitkilərinin qüsursuz dizaynlarının başqa xüsusiyyəti isə kürə şəklində olmalarıdır. Çünki kürə ən kiçik səth sahəsinə malik olmasına görə ən təsirli su depolama formasıdır. Səhra bitkilərinin qalın gövdələri, kürə şəkilləri və gündüzləri bağlı, gecələri açıq olan məsamələri buxarlanma ilə su itkisini azaldan quruluş meydana gətirir.

Hər bitki suyu fərqli hissələrində depolayır. Məsələn, yüzillik bitkilər yarpaqlarında, gecə açan Cereus bitkisi yeraltındakı soğanında, kaktus isə gövdəsində su depolayır. Aqava kimi bitkilər isə nadir olaraq yağan yağış damcılarını tutmaq üçün nov şəkilli yarpaqlarını açıq saxlayırlar. Bunun tam tərsinə Sarracenia minor kimi yağışlı bölgələrdə olan bitkilərin yarpaqları həddindən artıq çox yağan yağışdan qorunmaq üçün çətir kimidir. Hər bitkinin olduğu şərtlərə uyğun quruluşda olması Allah'ın qüsursuz yaratmasının göstəricisidir.

Allah varKaktusların hamısının uzununa istiqamətdə olan xəttləri və ya səthlərində tikanlı çıxıntıları var. Bu bitkilərin xətli səthləri içlərində depolanan suyun miqdarına görə daralma və boşalma xüsusiyyətinə malikdir. Kaktus istiliyi yaya bilən, su dolu gövdəsini heyvanlardan qoruyan və dik iynələrə malikdir. Şamlı üst təbəqə istinin bitkinin içinə işləməsini azaldaraq bitkini qoruyur. Həmçinin bu bitkilərin rəngləri solğun və parlaqdır. Beləcə üzərlərinə düşən şüanın çoxunu əks etdirirlər,bəziləri də günəş işığını əks etdirəcək ağ tüklərlə örtülmüşdür. Hər insan mütləq kaktus görmüşdür. Ancaq kaktusa aid xüsusiyyətlərin estetikadan başqa bir çox məqsəd üçün yaradılmış olması möcüzədir. Kaktusun tikanlarından üzərindəki ağ tüklərə qədər hər bir hissəsində plan, dizayn və məqsəd var. Bütün bunlar kaktusların təsadüfən meydana gəlmiş bitkilər ola bilməyəcəyini, üstün ağıl tərəfindən hazırlanaraq yaradıldıqlarını göstərən əhəmiyyətli dəlillərdir.

Bu bitkilərin bəzi növləri, xüsusilə "pəncərə yarpağı" bitkisi bütün gövdəsini torpağın altına basdırır və yalnız yarpaq uclarını xarici səthə çıxarır. Yarpaq ucları şəffafdır, ancaq yarpaq uclarının bir az içəri tərəfində fotosintez edən hüceyrələr var. İncə xətlər şəklində düzülən bu hüceyrələr pəncərə adlanan yarpaq uclarından girən işığı tutub fotosintez prosesi üçün istifadə edirlər. Xüsusi dizaynı nəticəsində su itkisini azaldan və torpağın altında qalaraq qızğın günəşdən xilas olan bitki bir çox canlının qısa müddət belə dözə bilmədiyi çöl istilərində heç çətinlik çəkmədən yaşayır. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)

Əlbəttə ki, hər bitki ilk yaradıldığı gündən etibarən, onu yaradan sonsuz elm və ağıl sahibi Allah'ın ilham etdiyi şəkildə hərəkət edir. Bitkinin hər hüceyrəsinin, hətta hər atomunun necə hərəkət etməsini hər an ona bildirilir. Bu həqiqət Quran ayəsində belə açıqlanır:

"Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah'dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah'ın hər şeyə qadir olduğunu və Allah'ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz." (Talaq surəsi, 12)