Kisəli su bitkiləri
Durğun su hövzələrində yaşayan kisəli bitkilər digər bitkilərdən fərqli olaraq lifli bədən quruluşuna malikdirlər. Bu bitkilərin kökləri yoxdur və gövdələri də diqqət çəkən deyil. Bataqlıqlarda və su hövzələrində su səthinin altında sürünür və bu bitkilərin yalnız parlaq sarı çiçəkləri suyun üzərində olduğu zaman gözə dəyirlər.
Bu bitkilərin ən maraqlı xüsusiyyəti isə üzərlərindəki kisəli tələlər və bu tələləri istifadə etmə bacarığıdır. Bitki kisələri mikroskop altında araşdırıldıqda, hər bir şəffaf kisənin daxili divarlarının sekresiya vəzisiylə örtülü olduğu görünür. Bunlar içlərinə su çəkə bilirlər, beləcə qismən vakuum təsiri meydana gətirirlər. Kisənin arxa tərəfində isə ovun tutulmasını təmin edən qıcıqlandırıcı qıllar var. Bu qıllara toxunan su birələri, mığmığa sürfələri və ya soxulcanlar kimi kiçik canlılar saniyənin mində biri kimi qısa müddətdə dərhal içəri çəkilirlər. Qıllar ovlar üçün hər hansı qaçış ehtimalına imkan buraxmırlar, sekresiya vəziləri də bəzi fermentlər ifraz edərək tutulan ovların yeyilə bilən hissələrini həzm etməyə kömək edirlər. (https://bbc.co.uk/ nature/animals/features/)
Durğun su hövzələrində yaşayan kisəli bitkilərin malik olduqları bu mexanizm hər mərhələsiylə qüsursuz şəkildə işləyir. Əgər bu mexanizmdə hər hansı bir axsaqlıq meydana gəlsə, bitki sahib olduğu üstün ovlanma qabiliyyətini itirəcək və bu səbəbdən həyatını davam etdirə bilməyəcək. Ancaq bu heç bir zaman olmur,kisəli bitkilər bu qüsursuz mexanizmi qüsursuz olaraq yerinə yetirir. Bütün bunlar bizlərə kisəli bitkilərin dizayn möcüzəsi olduqlarını göstərir.
Allah hər canlını nəzarəti altında saxlayır
İnsan bədəni də eynilə digər varlıqlarda olduğu kimi şüursuz atomlardan yaranır və bədənimizdə bu atomların meydana gətirdiyi şüursuz hüceyrələr tərəfindən saysız proses reallaşdırılır. Beyin adlı orqanımız da düşünməyimizin mənbəyi kimi görünsə də, öz başlarına qərar mexanizmi olmayan sinir hüceyrələrindən meydana gəlir. Qısası, şüur müəyyən səbəb-nəticə əlaqələriylə açıqlana bilməz. Şüurla bağlı olaraq, təkamülçü Julian Huxleyin bu sözləri olduqca təəccüblüdür:
"Şüur kimi qeyri-adi ünsürün bir sinir hüceyrəsinin hərəkəti nəticəsində meydana gəlməsi eynilə "Ələddinin lampası" nağılında lampanı əllə sürtdükdə cinin görünməsi qədər anlaşılmazdır...." (The Problem of Consciousness, Colin McGinn)
Bitkilərdəki bu şüurlu hərəkətlər əslində Allah'ın sonsuz ağlının təcəllilərindəndir. Rəbbimiz yer üzündəki hər şeyi iradəsi və nəzarəti altında saxlayandır.