Bitkilərin şüurlu hərəkətləri

Allah varTəkamülçülərin yer üzündəki canlılar aləminin açıqlaması olaraq göstərdikləri kor təsadüflər bitki hüceyrələri tərəfindən reallaşdırılan xəbərləşmə, qərar alma və istehsala keçmə kimi şüur tələb edən davranışların mənbəyini açıqlayır.

Qüsursuz şəkildə işləyən maddələr mübadiləsi və sistemləri sayəsində alimləri heyrətə salan bitkilər təkamül nəzəriyyəsinin açıqlama gətirməkdə ən çox çətinlik çəkdiyi canlılardandır. Məşhur təkamülçü elmi jurnalı "Nature"nin 21 fevral 2002-ci il sayında nəşr olunan məqaləsində Edinburg Universiteti Hüceyrə və Molekulyar Biologiya İnstitutunun nümayəndəsi olan Anthony Trewavas "Bitkilərdəki Şüur: Ağıldan Məhrum Bacarıqlar" başlıqlı yazısında bitkilərin ortaya qoyduqları şüurlu davranışlar mövzusuna toxunmuşdur.

Trewavas bitki hüceyrələrinin bir-birləriylə olan xəbərləşmələrini və bu sistemin nə qədər kompleks quruluşda olduğunu açıqlayarkən, bitkilərin bu xüsusiyyətlərə ancaq şüurlu, üstün ağıl sahibi Yaradıcının dizaynının nəticəsində sahib ola biləcəyini belə etiraf edir:

"Bitki hüceyrələri bir-birləriylə bəzən zülalları və hormonları, bəzən nuklein turşusu, karbohidrat və şəkərləri, bəzən də kimyəvi və elektrik siqnallarını istifadə edərək xəbərləşirlər. Fərdi bitki hüceyrələrinin çox miqdardakı bu məlumatı necə saxladıqları aydın deyil. Ancaq anatomik baxımdan bənzər hüceyrələr belə bir siqnala fövqəladə fərqli reaksiyalar verirlər. Fərdi hüceyrə davranışlarının meydana gətirdiyi çox böyük rezervuar fərqli orqanizm davranışlarını ortaya çıxaracaq şəkildə koordinasiya edilə bilər."

Bitkilər sayılan bu kompleks prosesləri fasiləsiz və qüsursuz şəkildə yerinə yetirirlər. Ancaq bitkilər bütün bunları düşünən beynə, ya da incə hesablamalar edən ağla sahib deyil. Anthony Trewavas bitkilərdəki bu şüurlu davranışlara nümunə olaraq palma ağacını göstərir və bu maraqlı bitkinin insanı heyrətə salan davranışlarını belə qeyd edir:

"Palmanın gövdəsinin quruluşu günəş işığına görə ən uyğun duruşu təmin edib mühafizə edə bilmək üçün dəyişdirilir, yarpaqların mövqeləri işığı ən yüksək dərəcədə istifadə edə biləcək şəkildə nizamlanır. Rəqib qonşu bitkilər ayaqlı palma ağacına yaxınlaşdıqda, gövdəni dəstəkləyən köklər müəyyən istiqamətə doğru böyüyərək ağacı tamamilə başqa yerə daşıyırlar."

Şübhəsiz palma ağacının göstərdiyi bu şüurlu davranışlar tək nümunə deyil. Qızılsarmaşıq bitkisinin səmərəli hesablamaları da başqa bir şüur nümayişidir: Parazit bitki olan qızılsarmaşıq bitkiyə yaxınlaşıb ona toxunur. Bitki məhsuldar deyilsə, başqa bitkiyə yaxınlaşır. Ancaq bitki qidalanmaq üçün zəngindirsə, qızılsarmaşıq bitkiyə sarmaşıq kimi sarılan budaqcıqlar uzadır. Bağboğan hər bitki üçün müxtəlif saylarda budaqcıq uzadır. Bu şəkildə sanki bitkidən əldə edilən səmərəni hesablamış, ona görə investisiya qoymuş kimidir. Hər iki bitkinin hüceyrələri də şüursuz atomlardan meydana gəlir. Bu halda ağla bəzi suallar gəlir:

Beyni və ya gözləri olmayan bu bitki bir-iki toxunuşla sarılacağı bitkinin məhsuldarlığını necə anlaya bilir?

Məhsuldarlığı necə ölçə bilir və bunun nəticəsində qiymətləndirmə edərək müəyyən sayda budaqcığı necə uzada bilir?

Şüursuz atomlardan meydana gələn bu bitkilər belə şüurlu davranışları necə göstərə bilirlər?

Şüurlu davranış beyin olmadan necə hesablanmış ola bilir?

Əlbəttə ki, bu sualların tək cavabı var. Bütün bunları bitkilərin öz-özlərinə düşünmələri, hesablamalar aparmaları və təbdirləri yerinə yetirmələri qeyri-mümkündür. Hər yeni doğan bitki isə bu məlumatlara malikdir. Bütün bunlar bizi tək nəticəyə aparır. Hər şeydən xəbərdar olan, üstün güc sahibi Rəbbimiz bitkilərə nələr edəcəklərini ilham edir. (Harun Yəhya, Yaşıl Möcüzə: Fotosintez)