Təbii qazmaçılar - köklər

Allah varBitkilər, köklərindəki mükəmməl sistemlər sayəsində torpaqdan ehtiyacları olan maddələri alırlar. Köklər torpağa möhkəm bağlanaraq bitkinin ayaqda dayanmasını təmin edir. Köklərin üstün funksional xüsusiyyətləri onların xüsusi olaraq yaradıldıqlarının dəlillərindəndir.

Bitkilərin həyatlarını davam etdirə bilmələri üçün fotosintez etməyə, bu proses üçün də torpaqdan alacaqları suya və minerallara ehtiyacları var. Bu ehtiyaclarını qarşılamaq üçün də torpaq altında qazma üsulundan istifadə edən köklərə ehtiyac duyurlar. Köklərin vəzifəsi torpağın altına şəbəkə kimi sürətlə yayılıb su və mineralları sormaqdır. Bununla birlikdə bitki kökləri kiçik quruluşlarına baxmayaraq, tonlarla ağırlığa çata bilən bitkilərin torpağa möhkəm bağlanıb yapışmalarını da təmin edirlər. Köklərin torpağı bərkitmə xüsusiyyəti çox əhəmiyyətlidir, çünki bunun sayəsində torpaq sürüşmələri, torpağın məhsuldar üst laylarının yağışların təsirindən yuyulması kimi insan həyatına təsir edən mənfi faktorları da aradan qaldırırlar.

Bu prosesləri yerinə yetirərkən köklər heç bir təchizata ehtiyac duymurlar. Köklərin suyu sorma prosesini başladacaq gücü təmin edən mühərrikləri yoxdur. Suyu və mineralları metrlərlə uzunluqdakı gövdəyə nasosla vuran texniki təchizatları da mövcud deyil. Amma köklər çox geniş sahəyə yayılaraq suyu sora bilirlər. Bəs köklər bu işi necə bacarırlar?

Bitki köklərindəki təzyiq sistemi

Bitkilər köklərindəki hüceyrələrin daxili təzyiqləri xarici təzyiqlərindən az olduqda xaricdən su qəbul edirlər. Başqa bir ifadə ilə bitki torpaqdan ancaq ehtiyacı olduğu zamanlarda su qəbul edir. Bunu təyin edən ən mühüm faktor bitkinin köklərinin içində olan suyun yaratdığı təzyiq miqdarıdır. Bu təzyiqin çöldəki təzyiq miqdarı ilə tarazlanması lazımdır. Bitki bunu təmin edə bilmək üçün içəridəki təzyiq miqdarı azaldıqda köklər vasitəsi ilə xaricdən su alma ehtiyacı duyur. Bunun tam tərsi olduqda isə, yəni bitkidəki daxili təzyiq xaricdəkinə nisbətən daha yüksək olduqda, bitki bu tarazlığı təmin edə bilmək üçün vücudundakı suyu yarpaqlarından çölə buraxır. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)

Əgər suyun torpaqdakı sıxlığı normaldan bir az daha yüksək olsaydı, xarici təzyiq çox yüksək olacağından bitki davamlı su alacaq və bir müddət sonra bundan zərər görəcəkdi. Bunun tam tərsinə suyun torpaqdakı sıxlığı daha aşağı olsaydı, bitki hüceyrəsi xarici təzyiq çox aşağı olacağından çöldən heç bir zaman su qəbul edə bilməyəcəkdi. Hətta təzyiqi tarazlamaq üçün orqanizmindəki suyu çölə buraxacaq, yəni hər iki vəziyyətdə də quruyaraq öləcəkdi.

Gördüyümüz kimi, bitki kökləri, nə az, nə də çox, yalnız o ankı şərtlərdə ehtiyac duyulan miqdarda təzyiq nizamlaması edə bilən tarazlıq-idarə mexanizmi ilə təchiz edilmişdir.

Köklərin torpaqdan ionları almaları

Bitki kökündəki hüceyrələr hüceyrə daxilindəki reaksiyalarda istifadə etmək üçün torpaqdakı müəyyən ionları seçirlər. Bu çox mühüm prosesdir. Çünki bitki hüceyrələrinin daxilindəki ionların sıxlığı torpaqdakı ionların sıxlığından 1000 dəfə çox olmasına baxmayaraq, bu ionları hüceyrə daxilinə asanlıqla ala bilirlər.

Normal şəraitlərdə yüksək sıxlıqdakı bölgədən sıxlığı daha az olan bölgəyə doğru maddə axması reallaşır. Göründüyü kimi, bitki köklərinin torpaqdan ion almasında bunun tam tərsi meydana gəlir. Elə bu səbəbdən, bu proses üçün yüksək miqdarda enerjiyə ehtiyac var.

İonların hüceyrə membranından keçməsində iki faktor əsasdır. Membranın ion keçiriciliyi və pərdənin iki tərəfindəki ionların sıxlıq fərqi.

Bitkilər bu ayırd etməni necə bacarırlar? Daha doğrusu bitkinin öz-özünə elementləri tanıması, ayırd etməsi və özünə faydalı olanları tapması mümkündürmü? Belə bir prosesin milyonlarla ildir hər dəfə ən doğru şəkildə reallaşması təsadüfən mümkün olarmı? Hər birinin cavabı "qeyri-mümkün" olan bu suallar haqqında daha dərin və təfsilatlı düşünə bilmək üçün köklərin necə seçicilik xüsusiyyətinə malik olduğunu və bu an reallaşan hadisələri araşdıraq.

Köklərin seçiciliyi

Köklər ehtiyacları olan ionları öz vücudlarındakı yüksək sıxlığa baxmayaraq, kök hüceyrələrindən keçirirlər. Bunun üçün lazım olan ionları daxil edən və lazım olmayanları geri itələyən tanıyıcı sistem olmalıdır. Bu da ion nasoslarının yalnız sadə nasos olmadıqlarını, ionları seçmə xüsusiyyətinə də malik olduqlarını göstərir. Həmçinin bitkilərin torpaqdan seçilmiş ionları əmərək istifadə etməsi, onların bütün canlılar üçün niyə qiymətli mineral qida mənbəyi olduğunu da açıqlayır.

Məsələn, bitkilər azotu torpaqdan çox aldıqda yüksək temperaturda asanlıqla qırılmağa və gücsüz böyüməyə səbəb ola bilir, az aldıqda isə saralma, qırmızılıqların və bənövşəyiliklərin meydana gəlməsi, az tumurcuqlanma və gec böyümə kimi nəticələr doğura bilir. Fosfor əksikliyində böyümə yavaşlayır, rəng tündləşir, bəzi bitkilərdəki yarpaqların rəngi qəhvəyiyə çevrilir və ya göyərmə meydana gəlir, yenə tumurcuqlanma azalır və altdakı yarpaqlar tökülür, çiçəklənmə azalır. Körpə bitkilərin inkişafı və toxumun əmələ gəlməsi üçün fosfor çox əhəmiyyətli elementdir.

Bitkilər bu ion seçici mexanizmə malik olmasaydılar nə olardı? Torpaqdan yalnız lazım olanları deyil, hər cür mineralı alsaydılar, ya da lazım olduğundan daha az və ya çox mineral alsaydılar nələr olardı? Heç şübhəsiz ki, bu anda yer üzündəki qüsursuz tarazlıqda mühüm pozulmalar meydana gələrdi.

Göründüyü kimi, Allah bitki köklərini bitkinin ehtiyac duyduğu bütün maddələrlə birlikdə yaratmış və mükəmməl olaraq hazırlamışdır. Bitkilər də heyvanlar kimi Allah'ın ilhamıyla hərəkət edirlər. Allah bir ayədə belə buyurur:

"Bitki və ağac (ONA) səcdə edirlər." (Rəhman surəsi, 6)