. Qozalı ağaclar

Allah varQozalı ağacların quruluşu araşdırıldığı zaman insanın mühəndislik hesablarıyla qar yükünə qarşı aldığı tədbirin ağaclarda alınmış olduğunu görürük. Ağacın konus şəklinin meydana gətirdiyi maillik üzərinə düşən qarın asanlıqla yerə tökülməsini təmin edir. Beləcə ağacın üzərində həddindən artıq qar toplanmır, ağac budaqlarının qırılmasının qarşısı alınır. Bu, üzərində düşünüləsi hadisədir. Soyuq iqlimlərdə qar yükünün budaqlar üzərində yaratdığı təsiri hesablayan, buna görə ağac budaqlarının ən ideal bucaq ilə böyümələrini təmin edən, beləcə qar yükünün təsirini azaldan ağıl kimə aiddir?

Ağacamı? Torpağamı? Yoxsa şüursuz, kor təsadüflərəmi? Əlbəttə ağaca bu dizaynı verən, ağacı da, bitki hüceyrələrini də, torpağı da yoxdan var edən Allah'dır.

Bu dizaynın başqa möcüzəvi tərəfi də var. Həmin forma yağan qarın hamısının aşağı düşməsinə icazə vermir. Ağac qarın təhlükəli olmayan miqdarını budaqların üzərində qalmasına şərait yaradır. Bu da başqa məqsədə xidmət edir. Ağacın üzərində az miqdarda qalan qar ağacı soyuqdan qoruyan örtük funksiyası yerinə yetirir və yarpaqlardan rütubətin çölə çıxmasını azaldaraq su itkisinə mane olur. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)

Bura qədər verdiyimiz nümunələrdən də aydın olduğu kimi hər cür mühitin özünə xas bitkiləri var. Bu bitkilər malik olduqları xüsusiyyətlər sayəsində həddindən artıq soyuqdan və ya istidən qorunur, rütbuətli yerlərdən quru yerlərə qədər hər mühitdə yaşaya bilirlər. Mühitin xüsusiyyətlərinə görə hazırlanmış bu bitkilərin istifadə etdiyi üsulların hər biri üstün dizayn nümunəsi olduğu kimi, birinin istifadə etdiyi üsul digərinə bənzəmir. Məsələn, kaktus özünü tikanlarla müdafiə edərkən, daş bitkisi kamuflaj texnikasını istifadə edir. Qozalılar yarpaq tökməzkən, digər ağaclar qışda yarpaqlarını tökürlər. Bu nümunələri artırmaq mümkündür. Ancaq bunu unutmamaq lazımdır ki, yer üzündə bir-birindən fərqli 500 mindən çox bitki var. Bunların, demək olar ki, yarısı çiçəkli bitkidir, bu bitkilərin indiyə qədər 10%-i belə geniş araşdırıla bilməmişdir. Araşdırılan bitkilərin isə hər biri özünə xas xüsusiyyətlərə, heyrət oyandıran dizaynlara və həyatda qalma üsullarına malikdirlər. Bitkilər bu müxtəliflik və fərqli quruluşlarıyla Yaradıcımız olan Allah'ın sonsuz elm və sənətini nümayiş edirlər. Bir ayədə belə buyurulur:

"O, göyləri görə biləcəyiniz bir dirək olmadan yaradıb saxlamış, yer sizi silkələməsin deyə, orada möhkəm dağlar qurmuş və ora cürbəcür heyvanlar yaymışdır. Biz göydən yağmur yağdırıb orada cürbəcür gözəl bitkilər bitirdik." (Loğman surəsi, 10)