Bitkilərdəki xəbərləşmə taktikaları
"Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir." (Rum surəsi, 26)
Bitkilərin varlığı yer üzündəki canlı həyatın davamı üçün imtina edilməzdir. Təbiətdəki ekoloji tarazlığın və canlı həyatın davamında çox əhəmiyyətli rolu olan bitkilər digər canlılarla müqayisədə daha təsirli çoxalma sistemlərinə malikdirlər. Bitkilər tozcuqlarını külək vasitəsiylə ya da daşıyıcı canlıları istifadə edərək ətrafa yayırlar.
Məhz burada qarşımıza fərqli ünsiyyət metodu çıxır. Tozcuqlarını canlılar vasitəsilə yayan bitkilər rənglərini və qoxularını istifadə edərək daşıyıcıları üzərlərinə cəlb edirlər.
Tozcuq daşıyıcısı olan heyvanlar üçün rənglər çiçəklərin nə qədər uzaqda olduğunu bildirməklə birlikdə, çiçəkdə nektar olub-olmadığını da xəbər verirlər. Dölləyici böcəklər yaxına gəldikdə çiçəkdə qoxu və şəkil kimi xəbərdaredici siqnallar yaranır və böcəyə nektar bölgəsinə qədər yol göstərir. Çiçəklərdəki rəng müxtəlifliyi dölləyicini nektarın olduğu mərkəzə yönəldir və tozlanmanı təmin edir.
Bitkilər də malik olduqları bu rənglərin rəhbərliyindən xəbərdardırlar. Hətta bu xüsusiyyəti çox şüurlu şəkildə istifadə edərək heyvanları aldadırlar. Bəzi bitkilər böcəkləri özlərinə cəlb edən nektarları olmadığı halda nektar daşıyan çiçəklərin rəng xüsusiyyətlərinə malikdirlər. Aralıq dənizi iqlimində olan meşəlik bölgələrdə bir yerdə yaşayan Bənövşəyi Zəng çiçəkləri ilə səhləbkimilər növünə aid olan Qırmızı Səfalanda bitkisi buna nümunədir. Bənövşəyi Zəng çiçəkləri arılar üçün cəlbedici nektar ifraz edərkən, Qırmızı Səfalandanın bu prosesi yerinə yetirəcək xüsusiyyətləri yoxdur. Hər baxımdan bir-birindən fərqli olan bu iki bitkinin tozlanmasını təmin edənlər isə yerli adı "yarpaq kəsən" olan çöl arılarıdır. Yarpaq kəsən arılar Zəng çiçəyinin tozlanmasını təmin edərkən Qırmızı Səfalandanı da tozlandırmaya ehtiyacı duyurlar. Arıların nektarı olmadığı halda bitkini tozlandırması alimlərin diqqətin çəkmiş və bunun səbəbini araşdırmışlar.
Bitkilərin gizli bənzərliyi
Bu sualın cavabı "spektrofotometr" adlandırılan alət ilə aparılan tədqiqatlar nəticəsində ortaya çıxmışdır. Buna görə çiçəklərin saçdığı şüaların dalğa uzunluqlarını yarpaq kəsən arıların seçə bilmədiyi aydın olmuşdur. Yəni insanlar bənövşəyi zəng çiçəyi ilə Qırmızı Səfalandanın saçdığı şüaların dalğa uzunluqlarını ayırd edib, çiçəkləri ayrı rənglərdə görə bildikləri halda, çöl arıları bunu duya bilmirlər. Bitki tozu yayıcılar üçün rəng əhəmiyyətli faktor olduğundan nektar ifraz edən zəng çiçəyinə gedən arı onun yanında olan və eyni rəngdə gördüyü, ancaq nektarı olmayan Qırmızı Səfalanda səhləbkimisini də tozlandırır. Göründüyü kimi, bu səhləbkimi zəng çiçəyi ilə olan "gizli bənzərliyi" sayəsində nəslini davam etdirə bilir. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)
Bəzi bitki növləri isə çiçəklərinin rəngini dəyişdirərək tozcuq vəziyyətləri haqqında böcəkləri sanki xəbərdar edirlər. Bu mövzuyla bağlı belə bir nümunə verə bilərik:
Təbiətşünas Fritz Müller bir məktubunda Braziliya meşələrində yetişən Lantana adlı bitkidən bəhs edirdi:
"Burada üç gündür rəng dəyişdirən bir Lantana çiçəyi var. İlk gün sarı idi, ikinci gün turuncu və üçüncü gün bənövşəyi. Müxtəlif kəpənəklər bu çiçəyi ziyarət etdi. Görə bildiyim qədəriylə bənövşəyi çiçəklərə heç toxunulmadı. Bəzi böcəklər xortumlarını, həm sarı, həm də turuncu çiçəklərə saldılar. Mən bunun maraqlı vəziyyət olduğunu düşünürəm. Əgər çiçəkdəki nektar ilk günün sonunda azalsa çiçək daha az fərq edilən vəziyyətə gəlir, əgər rəngi dəyişməzsə kəpənəklər xortumlarını daha əvvəl tozlanmış çiçəklərə salaraq vaxt itirəcəkdilər." (John King, Reaching Attacker The Present, Cambridge University Press, Cambridge, s. 148-149)
Müllerin də müşahidə etdiyi kimi çiçəyin rənginin dəyişməsi, həm bitkinin, həm də tozlandırıcının xeyrinədir. Çiçəklərinin rəngi dəyişən bitkilər çiçəkləri gənc olduqda tozlandırıcılara bol miqdarda nektar ikram edirlər. Çiçəklər yaşlandıqca yalnız rənglərini dəyişdirməklə kifayətlənmir, həmçinin daha az nektar saxlayırlar. Beləcə tozlandırıcılar nektarı olmayan və ya az miqdarda nektarı olan, buna görə də rəngi dəyişən meyvəsiz bitkilərə getməyərək enerji qənaəti təmin etmiş olurlar.
Bitkilərin böcəyi və ya quşu cəzb etmək məqsədiylə istifadə etdikləri üsullardan bir başqası da çiçəklərin yaydıqları qoxulardır. Bizim yalnız xoşumuza gələn çiçək qoxuları əslində böcəkləri cəzb etmək üçündür. Çiçəyin yaydığı qoxu da ətrafdakı böcəklər üçün yol göstərici rəhbər xüsusiyyətinə malikdir. Qoxunu alan böcək bu qoxunun mənbəyində özü üçün ləzzətli nektarın yığılmış olduğunu hiss edir. Qarşılıqlı reallaşan bu xəbərləşmə ilə böcək duyduğu qoxunun mənbəyinə doğru gedir. Böcək çiçəyə çatdıqda nektarı almaq üçün çalışacaq və tozcuqlar üzərinə yapışacaq. Həmin böcək başqa bir çiçəyə daha əvvəl yapışan tozcuqları buraxacaq və bunun sayəsində bitkinin tozlanması reallaşacaq. Böcəyin etdiyi bu əhəmiyyətli işdən xəbəri belə yoxdur. O yalnız qoxusunu hiss etdiyi nektara çatmaq məqsədindədir.
Şübhəsiz ki, nə bitkilərin nəsillərini davam etdirmək üçün belə taktikaları planlamağa, nə də daşıyıcı canlıların reallaşdırdıqları bu möcüzəvi prosesləri yerinə yetirməyə gücləri yoxdur.. Onların malik olduqları hər xüsusiyyəti planlayan, kainatdakı hər şeyin Yaradıcısı olan və hər an yaratmağa davam edən Allah'dır.