Həşəratyeyən bitkilər
Həşəratyeyən bitkilərin yarpaqları ən maraqlı xüsusiyyətlərə malik olan yarpaqlardandır. Kisə, qıf və ya küpə formasında olan bu yarpaqlar böcək tuta bilir, böcəklərə yuva ola bilir və ya su depolaya bilirlər.
Pinguicula (Yağ çanağı)
Həşəratyeyən bitki böcək kimi canlıları cəlb edən, tutan, öldürən və daha sonra da ovunu parçalayaraq faydalı hissələrini həzm edən bitkidir. Bir çox bitki bu mərhələlərin bəzilərini tətbiq edir. Məsələn, bəzi çiçəklər böcək, quş kimi dölləyiciləri özlərinə cəlb edirlər. Səhləbkimilər, su zanbaqları kimi bəzi bitkilər isə böcək kimi dölləyiciləri qısa müddət üçün tələyə salırlar, amma bu bitkilərin heç biri bu heyvanları yemirlər. Bu böcəkləri yalnız döllənmək üçün istifadə edirlər. Qısası, bunlar həşəratyeyən bitki deyil, çünki həşəratyeyən bitki olmaq üçün bitkilərin bu canlıları həzm etmələri lazımdır.
Həşəratyeyən bitkilər ovlayarkən yarpaqlarını istifadə edirlər. Bunlardan ən maraqlı olanı Dischidia rafflesiana adlı bitkidir. Bu bitki tam olaraq həşəratyeyən sayılmasa da, həşəratyeyən bitkilərin tətbiq etdiyi üsullardan bəzilərini tətbiq edir. Küpə formasındakı yarpaqlarıyla qarışqalar üçün yuva funksiyası daşıyan bu bitki çox sıx koloniyalar halında yaşayan qarışqaları yemir. Ancaq onları yedirdir və qarışqaların artıqlarından əldə etdiyi azotu qida olaraq istifadə edir. Qarışqalar isə həm hazır yuvanı istifadə edir, həm də bitkiyə zərər verən canlıları zərərsizləşdirilər. Həmçinin Dischidianın kisələrində yığdığı su kisənin daxili səthindəki əlavə köklər tərəfindən əmilərək istifadə edilir.
Həşəratyeyən bitkilərdən olan Pinguicula (yağ çanağı) kimi bitkilər yapışqan və sürüşkən səthli yarpaqlarıyla üzərlərinə qonan böcəkləri lifli maddənin içinə çəkirlər. Bu maddənin içində olan protaza, lipaza və fosfat turşusu kimi fermentlər böcəyi parçalayaraq, həzm edilməsini təmin edirlər. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)
Aktiv yapışqan yarpaqları olan Drosera ucları yapışqan və qırmızı piqmentli uzun və qısa tükləriylə ov edir. Yarpağın ortasındakı qısa tüklərə toxunan böcək bu siqnalın uzun tüklərə çatdırılmasıyla tələyə düşür. Yarpaq əlin ovuc içinə bağlanması kimi qatlanır və böcəyi həzm edir.
Bütün bitkilər müəyyən nisbətdə hərəkət edirlər, ancaq həşəratyeyən bitkilərin hərəkətləri olduqca sürətli və təsirlidir. Bitkilərin əzələ sistemləri olmadığına görə bunu necə bacarırlar? Bu iş üçün həşəratyeyən bitkilər iki ayrı mexanizm istifadə edirlər. Birincisi, milçəktutan bitkisindəki su təzyiqinin dəyişməsiylə hərəkətə keçən mexanizmdir. Yarpaq üzərindəki tüklərə toxunularkən hərəkətə keçən bu sistemdə daxili divarda olan hüceyrələr suyu xarici hüceyrələrə daşıyırlar. Bu, yarpağın bir anda bağlanmasını təmin edir. İkinci növ hərəkət isə hüceyrə inkişafıyladır.
Aşağıda şəkli göstərilən bitki isə içinə girən böcəkləri birdən bağladığı qapağı ilə tutur. Burada da yenə çox aydın dizaynın olduğunu görmək şüurlu insan üçün çətin deyil. Bitkinin xəbərdarlıq sistemi ilə yanaşı yarpaqlarının bağlanmasını təmin edən mexaniki sistem də olduqca mükəmməl yaradılışdadır. Bitkinin içindəki hüceyrələr elektrik xəbərdarlığı alan kimi orqanizmlərindəki su tarazlıqlarını dəyişdirirlər. Yarpaqların meydana gətirdiyi örtüyün iç tərəfindəki hüceyrələr vücudlarındakı suyu buraxıb çökürlər. Bu proses havası alınmış şarın sönməsinə bənzəyir. Örtüyün xaricindəki hüceyrələr isə həddindən artıq su çəkərək şişir. Beləcə insanın qolunu hərəkət etdirməsi üçün əzələnin boşalarkən o birinin sıxılmasına bənzər şəkildə örtük bağlanır. İçəridə həbs olan ağcaqanad isə hər çırpınmasında tüklərə təkrar-təkrar dəyərək, elektrik ötürülməsinin təkrar meydana gəlməsinə və yarpağın daha möhkəm bağlanmasına səbəb olur. Bu zaman örtüyün səthindəki həzm vəziləri də xəbərdar edilir. Xəbərdarlıq nəticəsində vəzilər ağcaqanadı yavaşca əridəcək mayeni ifraz etməyə başlayırlar. Beləcə bitki zülal baxımından zəngin şorba halına gələn ağcaqanadın jelesini istifadə edərək qidalanır. Həzmin sonunda isə tələsinin bağlanmasını təmin edən mexanizm tərsinə işləyərək örtüyü açır.
Şeh çicəyinin (undew) çıxıntıları isə ova doğru uzanır, çünki çıxıntıların bir tərəfindəki hüceyrələr digər tərəfindəki hüceyrələrdən daha çox böyümüşdür. Bu tələdə çiçəyin üzərindəki uzantıların ucundan ifraz olunan maddələrin yaydıqları qoxuyla çıxıntılara gələn böcək buradakı yapışqan maddəyə yaxalanır. Bu andan etibarən tələ hərəkətə keçirilmiş olur, ortadakı qısa uzantıların çöl tərəfində olan daha uzun çıxıntılar qəfəs kimi böcəyin üzərinə bağlanırlar. Böcək bu tələnin içində müxtəlif fermentlər tərəfindən həzm edilir.
Bitkinin böcək yaxalamaq üçün xüsusi tələ hazırlamasının nə demək olduğunu bir an düşünək. Hər şeydən əvvəl bitki niyə həmişəkindən fərqli qidalanma növü inkişaf etdirərək, böcəkləri ovlama ehtiyacı hiss etsin?
Təkamülçülər həşəratyeyən bitkilərin də digərləri kimi təsadüfən inkişaf edən təbiət hadisələri nəticəsində belə xüsusiyyət qazandığını qarşıya qoyurlar. Ancaq bitkiyə necə hadisə rast gəlməlidir ki, bu bitki çox sürətli hərəkət edən yarpaqlara, böcəkləri həzm edə bilən fermentlərə sahib olsun? Bundan əlavə, hər həşəratyeyən bitki yaşadığı şəraitlərə uyğun olaraq fərqli xüsusiyyətlərə malikdir. Bunun üçün, məsələn, Drosera bitkisinin usta ovçu olmadan əvvəl müəyyən mərhələlərdən keçməsi lazımdır. Əvvəlcə ətrafda gəzən böcəkləri, ağcaqanadları müəyyənləşdirməli və bu canlıları xüsusi laboratoriya sınağından keçirdikdən sonra bunların zəif yönlərini, hansı qoxulardan və rənglərdən təsirləndiklərini, anatomik quruluşlarını və onları necə həzm edə biləcəyini qərarlaşdırmalıdır.
Daha sonra, bu böcəklərin gəzdikləri bölgəylə bağlı kəşfiyat aparıb harada yerləşdiyini müəyyən etməlidir. Ancaq bundan sonra daha da çətin mərhələylə qarşılaşır. Öz kimyəvi və bioloji quruluşunu əldə etdiyi məlumatlara görə dəyişdirməsi lazımdır. Yəni bitkinin həm rəngini dəyişdirən kimyəvi piqmentlərə, həm qoxusunu dəyişdirən sekresiya vəzilərinə ehtiyacı var. Həmçinin ağcaqanadın içinə düşdüyü zaman xilas ola bilməyəcəyi tələ hazırlamalıdır. Bunun üçün lazım olan mühəndislik işlərini gördükdən sonra yapışqan tüklər sürüşkən səth və dibi su ilə dolu çanaq, bu tələni tamamlayan qapaq və tələni hərəkətə keçirən açarları bir-bir hazırlamalıdır. Bu vaxt böcəyi necə həzm edəcəyini də düşünməli və bu iş üçün lazımlı fermentləri istifadə etməyə qərar verməlidir.
Yuxarıdakı ssenarinin yalan olduğunu hər ağıl sahibi insan bilər. Bütün bitkilər kimi həşəratyeyən bitkilər də nə beynə, nə gözə, nə də ağla və şüura malikdir. Belə kompleks dizayn nəinki bitki, hətta bütün alimlərin bir yerə gəlməsiylə belə yaranmaz. Bu üstün dizaynı örnəksiz yaradan, sonsuz elm və güc sahibi olan Allah var etmişdir. Yer üzündəki ən ağıllı canlı olan insan belə örnəksiz heç bir şey yarada bilməz. Rəssam gördüklərini çəkərkən, alim də ancaq mövcud olanı araşdırır. Halbuki, sonsuz gücün sahibi olan Rəbbimiz heç bir nümunə istifadə etmədən yaradandır. Bu həqiqəti Allah Quranda belə ifadə etmişdir:
"Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: "Ol!"– deyər, o da olar." (Bəqərə surəsi, 117)