Toxumlardakı yuxu vəziyyəti
"Heç yaradan da yarada bilməyən kimi ola bilərmi? Düşünüb ibrət götürməyəcəksinizmi? Əgər Allah'ın nemətlərini saymalı olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah Bağışlayandır, Rəhm¬¬lidir." (Nəhl surəsi, 17-18)
Toxumlarda yuxu vəziyyəti ilk mərhələ olan quruma mərhələsi ilə başlayır. Toxum tərkibindəki su azaldıqdan sonra yuxuya gedir. Canlı bitki toxumlarında 90% ilə 95% arasında su toplanarkən, yuxudakı toxumların tərkibində 5% və ya ən çox 15% qalır. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında reallaşır. Bu prosesin reallaşdırılmasında başlıca faktor absis turşusu adlı hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormonun varlığı sayəsində toxumun içindəki funksiyalar yavaşlayır. Yuxu vəziyyətindəki toxumun hüceyrələrində tənəffüs çox azalır, qidalanma və böyümə dayanır. (Françoise Brenckmann, Grains də Vie, s. 68)
On illərlə, hətta əsrlərlə yuxu vəziyyətində qalan və sonra cücərən toxumlar var. Bu yuxu vəziyyəti bitkilərin nəsillərini davam etdirmələri baxımından çox əhəmiyyətlidir. Bitkilər həmişə eyni yerdə olduqları üçün çətin şərtlərdə həyatlarını davam etdirə bilmələrini təmin edən belə bir mexanizmin varlığı məcburidir. (Advanced Plant Physiology, Malcolm B. Wilkins, s. 462)
Bəs bu dərəcə əhəmiyyətli olan bu xüsusiyyət necə ortaya çıxmışdır? Şərtlər pisləşdikdə bitki toxumları olduqları yerdə, yəni torpağın altında bundan xəbərdar olur və tədbir alırlar? Bir toxumun nə gözləri, nə saatı, nə də sinir sistemi mövcuddur. Bu vəziyyətdə bitki oyanma vaxtının gəldiyini necə hesablayır?
Təkamülçülər bəzi bitkilərin çətin şərtlərdə yaşamalarını təmin edən bu xüsusiyyətlərə sahib olmalarını "Bitkilər pis dövrlərdə həyatlarını zəmanət altına almaq üçün mexanizmlər inkişaf etdirmişlər" kimi izah gətirməyə çalışırlar.
Ancaq bu heç bir məna ifadə etməyən cümlədir. Çünki taxta gövdədən, yaşıl yarpaqlardan, çiçəklərdən, köklərdən ibarət olan ağacın, ya da çiçəyin belə bir ehtiyac hiss etməsi və düşünməsi, toxumunun yuxuya getməsini təmin edəcək sistemi kəşf etməsi, bu mexanizmi öz içində qurması, sonra da bunun üçün lazım olan genetik məlumatı kodlaşdıraraq bunu hüceyrələrinə yerləşdirməsi və bu məlumatı gələcək nəsillərə ötürməsi, əlbəttə ki, mümkün deyil. Belə bir iddia elm və məntiqən uzaqdır.
Təkamülçülərin bu mövzudakı başqa hekayəsi isə belədir: "Təkamül müddətində hər bir bitki növü mühit şərtlərinə aid məlumatları ustalıqla əldə etdi və zehninə yerləşdirdi. Bu məlumatlar bir yerə cəmlənərək genetik materialının içərisinə kodlaşdırıldı. Toxumlar mövsümlərin ard-arda gəldiyini, torpağın növünü və keyfiyyətini, axar suyun yaxın olub-olmadığını, ətrafında başqa növlərin mövcud olub-olmadığını, ortaya çıxan boş sahənin varlığını 'tanıma' qabiliyyətinə malikdirlər." (Grains də Vie, s. 68)
Yuxarıdakı ifadələrin də çox məntiqsiz ehtimallar olduğu rahatlıqla aydın olacaq. Bitkinin zehni yoxdur ki, ətrafındakı məlumatları "zehninə yerləşdirsin!" Və ya bitki malik olduğu genetik materialdan xəbərdar deyil ki, buna yeni məlumatlar əlavə etsin! Eyni şəkildə bitki ağıl və şüur sahibi varlıq deyil ki, ətrafını "tanıma qabiliyyətinə" sahib olsun! Bunların hamısı bitkiləri Allah'ın yaratdığını qəbul etmək istəməyən təkamülçülərin həqiqətdən kənar nağıllarıdır. (Harun Yəhya, Toxum Möcüzəsi)
Təkamülçülərin iddialarının əsassızlığının başqa bir dəlili də var. Təkamülçülər bitkilərin xüsusiyyətlərin təsadüfi dəyişmələrlə qazandıqlarını iddia edirlər. Bu iddiaya görə, bitkilərin uzun illər davam edən yata bilmə xüsusiyyətini qazana bilmələri üçün də aradan yüz minlərlə, milyonlarla, hətta yüzlərlə milyon il keçmiş olması, bitkilərin mənfi şərtlərə dözərək bu qədər uzun illər boyu gözləmələri lazımdır. Ancaq bitkilər belə bir çətinliyə dözə bilməzlər. Toxum cücərməyə başladıqdan sonra şərtlər mənfidirsə həyatını davam etdirə bilməz və bu da o bitkinin nəslinin tükənməsi deməkdir.
Təkamülçülərin iddialarının əsassızlığının başqa bir dəlili də var. Təkamülçülər bitkilərin xüsusiyyətlərin təsadüfi dəyişmələrlə qazandıqlarını iddia edirlər. Bu iddiaya görə, bitkilərin uzun illər davam edən yata bilmə xüsusiyyətini qazana bilmələri üçün də aradan yüz minlərlə, milyonlarla, hətta yüzlərlə milyon il keçmiş olması, bitkilərin mənfi şərtlərə dözərək bu qədər uzun illər boyu gözləmələri lazımdır. Ancaq bitkilər belə bir çətinliyə dözə bilməzlər. Toxum cücərməyə başladıqdan sonra şərtlər mənfidirsə həyatını davam etdirə bilməz və bu da o bitkinin nəslinin tükənməsi deməkdir.
Bitkilər və onları meydana gətirən toxumları Allah bugünki xüsusiyyətləriylə birlikdə qüsursuz şəkildə yaratmışdır.