Sarmaşıq yarpaqları

Allah varSarmaşıqların cism ətrafında özlərini dolayaraq böyümələri bir az sürətləndirilmiş olaraq izlənildikdə, çox şüurlu, nə etdiyini bilən davranışlar sərgilədiyini görərik.

Torpaqda sabit dayanan, görməyən, eşitməyən bitkinin sanki ətrafını görürmüş və eşidirmiş kimi qollarını uzadaraq ətrafındakı obyektləri yoxlaması, onları tanıması və uyğun olanları özü üçün istifadə etməsi yaradılış həqiqətidir...

Sarmaşan bitki növləri insanda heyrət oyandırır. Xüsusilə, sarmaşıqların enerjilərinin bir hissəsini istifadə edərək meydana gətirdikləri "tendril" (zəli) adlı yarpaq növü dizayn möcüzəsidir.

Tendrillər toxunmağa qarşı həssas yarpaqlardır. Qol kimi irəliyə uzana bilən bu yarpaqlar sanki bitkiyə dəstək ola bilən obyekt axtarırlar. Belə bir obyektə rast gəldikdə isə toxunaraq onu analiz edir və əgər uyğun olsa oraya dolanmağa başlayırlar.

Burada bir az düşünmək lazımdır. Bitki və ya heyvan üçün biologiya, zoologiya və ya botanika kitablarında "analiz edir", "araşdırır", "anlayır" kimi bir çox ifadə istifadə edilir. Ancaq heyvanlar və bitkilər heç bir şüura sahib olmayan, analiz etmə, anlama, qərar vermə, tətbiq etmə, iradə göstərmə kimi xüsusiyyətlərdən tamamilə məhrum varlıqlardır. Elə isə bitki obyekti necə analiz edir? Dolanması üçün uyğun olub-olmadığını hansı şüur, ağıl və məlumat ilə anlayır? Bu analizi edən bitkinin hüceyrələridir. Gözlə görünməyəcək qədər kiçik, əli, beyni, məlumatı və ağlı olmayan hüceyrələr analiz etmə ehtiyacını haradan hiss edir, sonra da bu analizi hansı alətlərlə, hansı ölçülərdən istifadə edərək edirlər? Bu sualların hər biri hər canlını Allah'ın lazım olan xüsusiyyətlərlə yaratdığını, bütün canlıların Allah'ın əmrlərinə təslim olaraq yaşadığını göstərir.

Allah varTendrillərin bu heyrət oyandıran xüsusiyyəti qısa müddət əvvəl qismən də olsa aydın olmuşdur. Adətən sıx ağaclı meşələrdə tapılan tedrillərin dırmaşma məqsədi günəş işığına çatmaqdır. Beləcə, fotosintez edir və daha çox böyüyə bilirlər. Böyüdükcə ətraflarındakı bitkilərdən daha yüksəyə çıxır və beləcə də işığı daha çox qəbul edirlər. Bu həm enerji qazanmalarını artırır, həm də çiçəklərinin daha uyğun mühitdə döllənməsini təmin edir. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)

Tendrillərin bu heyrət oyandıran xüsusiyyəti qısa müddət əvvəl qismən də olsa aydın olmuşdur. Adətən sıx ağaclı meşələrdə tapılan tedrillərin dırmaşma məqsədi günəş işığına çatmaqdır. Beləcə, fotosintez edir və daha çox böyüyə bilirlər. Böyüdükcə ətraflarındakı bitkilərdən daha yüksəyə çıxır və beləcə də işığı daha çox qəbul edirlər. Bu həm enerji qazanmalarını artırır, həm də çiçəklərinin daha uyğun mühitdə döllənməsini təmin edir. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)

İçindəki fərqli kimyəvi və üzvi maddələrin ortaya çıxardığı mexanizmlər bitkinin işığı, cazibəni, toxunmağı və temperaturu hiss etməsini təmin edir. Bitki bunlara yenə eyni mexanizm sayəsində hərəkətləriylə reaksiya verir. Bu reaksiya ümumiyyətlə bitkinin böyüməsidir. Bir zoğun böyüyərkən dairəvi şəkildə hərəkət etməsi də bu toxunmaların təsiriylə meydana gəlir. Dairə çəkən zoğ bir dəstəyə toxunan kimi, təmas etdiyi səthin tam əksinə doğru böyüməyə başlayır. Çünki zoğun təmas etdiyi səth onun içə doğru bükülməsinə gətirib çıxarır. Beləcə zoğ dəstəyin ətrafına dolanaraq böyüməyə başlayır. Həmçinin, səthlə ilk təmas etdiyi tərəfdən daha uzun və daha sürətli şəkildə böyüyür. Böyümə o qədər sürətlidir ki, bir neçə saatdan sonra gözlə belə görünə bilir.