Riyaziyyat professorları: Bitkilər
Bitkilər ilk yaradıldıqları gündən bəri riyaziyyat qaydalarına hərfbəhərf riayət edirlər. Heç bir yarpaq və ya heç bir çiçək təsadüfən ortaya çıxmır. Bir ağacda neçə budaq olacağı, budaqların haradan çıxacağı, bir budaq üzərində neçə yarpaq olacağı və bu yarpaqların necə yerləşəcəyi əvvəldən müəyyəndir. Həmçinin hər bitkinin özünə xas budaqlanma və yarpaq düzülüş qaydaları var. Alimlər bitkiləri yalnız bu düzülüşlərinə görə müəyyənləşdirib təsnif edə bilirlər.
Qeyri-adi olan isə məsələn, Çindəki qovaq ağacı ilə İngiltərədəki qovaq ağacının eyni ölçü və qaydalardan xəbərdar olmaları, eyni nisbətləri tətbiq etmələridir. Hər bitkini özünə xas riyazi hesablarla ən estetik şəkildə yaradan təsadüflər ola bilməz. Bütün bu estetikanın və qüsursuz hesablamalarla edilən dizaynın yaradıcısı sonsuz elm sahibi olan Allah'dır. Quranda da bildirildiyi kimi;
"Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir." (Furqan surəsi, 2)
Fərqli düzülüşlər
Bitki növünə görə dəyişən bu düzülüş şəkilləri dairəvi və ya spiral quruluş şəklindədir. Bu xüsusi düzülüşün ən mühüm nəticələrindən biri yarpaqların digər yarpaqları kölgələməyəcək şəkildə yerləşmələridir. Botanikada "yarpaq şaxələnməsi" olaraq bilinən bu nisbətlərə görə bitkilərdə yarpaqların gövdə ətrafında düzülüşlərindəki nizam müəyyən ədədlərlə təyin olunmuşdur.
Bu düzülüş olduqca kompleks hesaba əsaslanır. Bir yarpaqdan başlayıb, gövdə ətrafında fırlanaraq, eyni xəttdəki digər yarpağa rast gələnə qədər etməli olacağımız dövr sayı (N) ilə, bu dövrlər arasında qarşılaşdığımız yarpaq ədədlərini (P), sıra ilə N və P-i göstərsək, P/N nisbəti bitkilərdə "yarpaq şaxələnməsi" olaraq adlandırılır. Bu nisbətlər çayır bitkilərində (otlarda) 1/2, bataqlıq bitkilərində 1/3, meyvə ağaclarında (alma) 2/5, banan növlərində 3/8, soğankimilərdə 5/13-dir.
Nisbətdəki möcüzə
Eyni növə aid hər ağacın bu nisbətdən xəbərdar olub, öz cinsi üçün təyin olunmuş nisbətin olması böyük möcüzədir. Məsələn, banan ağacı bu nisbəti haradan bilər və bu nisbətə necə təslim ola bilər? Bu hesaba görə, hər banan ağacının ətrafında bir yarpaqdan başlayıb 8 dəfə dövr atdıqda, eyni xəttdəki digər yarpağa rast gələcəksiniz. Bu dövrlər arasında 3 yarpaqla qarşılaşacaqsınız. Cənubi Afrikadan Latın Amerikasına qədər hara getsəniz, bu nisbət dəyişməyəcək. Yalnız belə yarpaq düzülüşünün nisbətinin olması belə canlıların təsadüfən meydana gəlmədiklərini, qüsursuz və son dərəcə kompleks nisbət, hesab, plan və dizaynla yaradıldıqlarını göstərən əhəmiyyətli dəlildir. Canlıların genetik quruluşlarına belə bir nisbəti kodlaşdıran, onları bu məlumat və xüsusiyyətlə yaradan üstün elm və ağıl sahibi olan Allah'dır.
Ağac formaları içində ən çox rast gəlinən modellərdən biri gövdənin bir-birinə tam əks tərəfindən çıxan yarpaq və budaq cütləridir. Toxum cücərdikdən sonra iki dənə yarpaq açır, bu yarpaqlar 180 dərəcəlik bucaqla qarşılıqlı olaraq düzülürlər. İlk iki yarpaqdan sonra inkişaf edən digər iki yarpaq isə maksimum paylanmanı təmin etmək üçün əks tərəfdə inkişaf edir. Belə bir vəziyyətdə budağın ətrafında 90 dərəcəlik bucaqlara sahib dörd ədəd yarpaq düzülmüş olur. Yəni bu budağa təpədən baxsaq, yarpaqların kvadrat şəklində 90 dərəcəlik bucaqlarla düzüldüklərini və üstdəki yarpaqların bunun sayəsində altdakı yarpaqları örtmədiyini görərik. Bu görməyə vərdiş etdiyimiz haldır. Ancaq insanların çoxu toxumların niyə xüsusilə bu şəkildə açdığını düşünmürlər. Halbuki, bu, planın və dizaynın nəticəsidir. Məqsəd yarpaqların üst-üstə çıxaraq bir-birlərini örtmələrinə mane olmaq və hamısının günəş işığından faydalana bilmələrini təmin etməkdir.
Daha kompleks forma olan spiral şəklinə də çox sıx rast gəlinir. Bitkidəki bu spiral hərəkəti müşahidə etmək üçün ip istifadə edilə bilər. Yarpağın döşəməsinə ip bağlayıb sonra ipi budaqlara qədər uzadın, gəldiyiniz hər yarpağın gövdəsində bir halqa düzəldin, mailliklər mümkün olduğu qədər düz olsun. Bu üsulla, qarağac və ya cökə ağacında yarpaqların qonşu yarpaqda budağın ətrafında yarı yol qədər (180 dərəcə) dolandığını görərsiniz; beləcə ip yarpağa 1/2 dönüşlə bağlanır. Fıstıq ağacının yarpaqları yalnız 120 dərəcə aralıqlara malikdir, yarpaq başına 1/3 fırlanır. Alma ağacı 144 dərəcə ilə 2/5 dönüş, quru şam 5/13. Əgər riyaziyyatla maraqlanırsızsa, bu nisbətlərin necə təsadüfən olmayıb, hər bir payın və vahidin bir-birinə bitişik olanların cəmi olduğunu taparsınız. (aşağıda göründüyü kimi) Hər iki ədəd düzülməsi də eyni bənzər və sadə prosesi yerinə yetirir: 1, 1, 2 (1+1), 3 (1+2), 5 (2+3), 8 (3+5), 13 (5+8), 21 (8+13), 34 (13+21), 55 (21+34), 89 (34+55), 144 (55+89), 233 (89+144), 377 (144+233), ...
Fibonacci ardıcıllığı
Xüsusi düzülüş bu qaydanı kəşf edən Fibonacci adlı riyaziyyatçının adı ilə bağlıdır və "Fibonacci ardıcıllığı" olaraq tanınır. Bu qayda estetik mükəmməllik deməkdir və şəkil, heykəl, arxitektura kimi sahələrdə istifadə edilir. Təbiətdə çox sıx rast gəlinən bu nisbət bitkilərdəki incə hesab və dizaynı anlamaqda əhəmiyyətlidir.
3/8-ün nisbəti yosun, kələm ya da hər iki tərəfə spiral formada olan ləçəkli, günəbaxan kimi sıx toxum və ya yarpaq sistemlərindədir. Bu bitkilərin yarpaqları mərkəzin ətrafında sağdan və ya soldan dolanarkən spiral çəkirlər, bu spirallarda dövr başına düşən yarpaq sayı da fibonacci qaydasına görə təyin olunur. Məsələn, Çoban yastığı bitkisinin mərkəzi üç ardıcıl kəsrdən istifadə edir: 13/34, 21/55 və 34/89, yəni yarpağın mərkəzdən başlayaraq bir dövr etməsindəki yarpağın sayı və dönmə bucağı əvvəldən müəyyəndir.
Fibonacci təbiətdə çox sıx şəkildə qarşımıza çıxır. Bu ədədlər istifadə edilərək ortaya çıxan kəsrlər bizə "Qızıl Nisbət"i verir. Yəni Fibonacci ədədlərini aşağıda göründüyü kimi, bir-birini izləyən kəsrlər şəklində yazdıqda, ortaya çıxan bölmələrin hamısı estetik mükəmməllik sayılan və çox vaxt "Qızıl Nisbət" adlandırılan ədəddir: 1/1, 1/2, 2/3, 3/5, 5/8, 8/13, 13/21, 21/34, 34/55, 55/89..
Bu minvalla əldə edilən silsilənin terminləri Fibonacci silsiləsinin bir-birini izləyən ədədlərinin hissəsi şəklindədir. Bu silsilənin terminləri olan nisbətləri şam qozalarında (5/8, 8/13), ananas meyvəsində (8/13), çobanyastığının orta hissəsindəki floretlərdə (21/34), günəbaxanlarda (21/34, 34/55, 55/89) sağ və sol spiralların sayıdır. Məhz bu nisbət və bu nisbət sayəsində ortaya çıxan görünüş təbiətdəki çiçəklərə, ağaclara, toxuma, dəniz qabıqlarına və daha saysız canlıya estetik mükəmməllik qazandırır.
Qızıl nisbətin təbiətdəki yeri bununla da kifayətlənməyib, ideal yarpaq bucaqlarında da özünü göstərir. Məlum olduğu kimi bitkilərdə yarpaqlar dik gələn günəş şüalarından maksimum fayda əldə etmək üçün müəyyən bucaq altında olurlar. Məsələn, 2/5-lik yarpaq şaxələnməsinə malik olan bitkidə yarpaq aralarındakı bucaq 2 x 360 dərəcə / 5 = 144 dərəcədir. Yarpaqlarda qarşımıza çıxan ədədi möcüzələr bununla da məhdud deyil. Yarpaqların səthi də ancaq müəyyən riyazi hesablamalarla aşkar edilən dizayna malikdir.Yarpağın ortasından keçən damar (midrib) və ondan çıxaraq yarpaq səthinə dağılan damarlar və bunların qidalandırdıqları toxumalar bitkiyə müəyyən forma və quruluş verir. Yarpaqlar çox fərqli formalara malik olmalarına baxmayaraq, bu həssas ölçüləri mühafizə edirlər. Bitkilərin müəyyən riyazi düsturlara görə formalaşmış olmaları onların xüsusi olaraq hazırlanmış olduqlarının ən açıq dəlillərindən biridir. Bitkinin atomlarında DNT-də gördüyümüz həssas ölçülər və tarazlıqlar bitkinin xarici görnüşündə də ortaya çıxır. Bitkinin Günəşdən maksimum faydalanması kimi həyati məqsədləri ilə yanaşı, bitkiyə estetik gözəllik qazandıran bu molekulların bir yerdə rənglərlə birləşmələri ortaya möhtəşəm mənzərələr çıxırdır. (Harun Yəhya, Yaşıl Möcüzə Fotosintez)
Məhz bu qızıl nisbət sənətçilərin çox yaxşı bildikləri və tətbiq etdikləri estetika qanunudur. Bu nisbətlə yaradılan sənət əsərləri estetik mükəmməlliyi təmsil edirlər. Sənətçilərin təqlid etdikləri bu qanun ilə hazırlanan bitkilər, çiçəklər və yarpaqlar Allah'ın üstün sənətinin nümunəsidirlər. Allah Quranda bir çox ayədə hər şeyi ölçüylə yaratdığını bildirir. Bu ayələrdən bəziləri belədir:
"Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və orada hər şeydən lazım olduğu qədər yetişdirdik." (Hicr surəsi, 19)
"... Allah, hər şey üçün bir ölçü etmişdir." (Talaq surəsi, 3)
"... Şübhəsiz, Allah hər şeyin hesabını tam olaraq edəndir." (Nisa surəsi, 86)