21-ci əsr texnologiyası Allah'ın yaratma sənətindən nümunə götürəcək

Allah varBəzi insanlar Allah'ın canlılarda yaratdığı üstün dizayn nümunələrini görməzlikdən gələrək düşünmürlər. Halbuki, bütün canlılar sirrlərlə doludur.

Alimlər hər keçən gün təbiətdə kəşf etdikləri bənzərsiz quruluşlar və sistemlər qarşısında heyrətə düşür və uzun tədqiqatlar nəticəsində ortaya çıxan məlumatları istifadə üçün insanlığa təqdim edirlər. Təbiətin təqlidi ilə birlikdə alimlər istər vaxt və əmək baxımından, istərsə də maddi qaynaqların məqsədəuyğun istifadə edilməsi baxımından çox əhəmiyyətli nailiyyətlər əldə edirlər.

Qorunan səthlər

Hər əşyanın səthinin sudan, çirkdən, hətta parlaq işıqdan belə zərər görmə ehtimalı var. Bu təsiri yox etmək məqsədiylə alimlər avtomobil və mebel cilaları və ultrabənövşəyi günəş şüalarına mane olan xüsusi mayelər istehsal ediblər. Hamısının məqsədi səthləri təhlükələrdən qorumaqdır. Təbiətdəki heyvanlar və bitkilər də səthlərini xarici faktorlara qarşı qoruyan bəzi kimyəvi maddələr istehsal edirlər. Təbiətdəki canlıların orqanizmində yaranan və alimləri heyrətə salan bu kimyəvi qarışıqlar dizaynçıların təqlid etmək üçün üzərində çalışdıqları kompleks nümunələrdir.

Həyəcan siqnalı verən bitkilər

Hər kəs bitkilərin təhlükədən qaça bilmədiklərini, başqa sözlə, düşmənlərinə dərhal təslim olduqlarını zənn edir. Ancaq aparılan tədqiqatlar vəziyyətin heç də zənn edildiyi kimi olmadığını ortaya çıxarmışdır. Tam əksinə bitkilər də çaşdırıcı taktikalarla düşmənlərinin öhdəsindən gəlirlər.

Məsələn, bəzi bitkilər yarpaqlarını gəmirən böcəkləri uzaqlaşdırmaq üçün bəzən zərərli kimyəvi maddələr istehsal edirlər, bəzən də bu böcəklərlə qidalanan ovçu böcəkləri cəlb edən kimyəvi qoxular yayırlar. Şübhəsiz ki, hər iki taktika da olduqca məqsədyönlüdür. Əkinçilik sahəsində aparılan fəaliyyətlərdə bu müdafiə etmə strategiyası təsirli üsul olaraq təqlid edilməyə çalışılır. Almaniyadakı Max Planck Kimyəvi Ekologiya İnstitutunda 'bitki müdafiə etməsi genetikası' sahəsində işlər görən Jonathan Gershenzon bu məqsədyönlü strategiyanı gərəyi kimi təqlid edə bilsə, gələcəkdə əkinçilik dərmanlarının zəhərsiz hazırlana biləcəyini düşünür.

Bəzi bitkilər tırtıllar tərəfindən hücuma uğradıqda dərhal bu tırtıllarla qidalanan ovçu böcəklərini özlərinə cəlb edən, uçucu kimyəvi maddə ifraz edirlər. Köməyə çağrılan böcəklərin xüsusiyyəti isə yumurtalarını tırtılların içinə qoymalarıdır. Tırtıldan xəbərsiz onun içində sığınan və yumurtadan çıxan sürfələr isə bu tırtıllarla qidalanaraq böyümə imkanı əldə edirlər. Beləcə əkinə zərər verən tırtıllar bilvasitə bir strategiya ilə məhv edilir.

Allah varBitkinin yarpaqlarının tırtıl tərəfindən yeyildiyini anlaması isə yenə kimyəvi üsullarla reallaşır. Bitki yarpaqlarını itirdiyi üçün deyil, tırtılın tüpürcəyindəki kimyəvi maddələrə reaksiya olaraq belə bir həyəcan siqnalı verir. Sadə kimi görünən bu hadisədə üzərində dayanmaq lazımdır. Bunlardan bir neçəsini belə sıralaya bilərik:

1-Bitki tırtılın kimyəvi sekresiyasını necə qəbul edir?

2-Bitki həyəcan siqnalı verdikdə tırtıllardan xilas olacağını haradan bilir?

3-Verilən siqnalın böcəklərdə dəvət təsiri yaradacağını haradan bilir?

4-Bitkinin məhz özünə hücum edən tırtıllarla qidalanan həşəratları celb etmesini ne temin edir?

Verilən siqnal səsli deyil, kimyəvi sekresiya şəklindədir. Böcəklərin istifadə etdiyi kimyəvi maddələr də olduqca kompleks molekul quruluşuna malikdir. Kimyəvi maddədəki ən kiçik əksiklik və ya yanlışlıq siqnalın xüsusiyyətini itirə bilər. Bu vəziyyətdə bitki bu siqnalı verən kimyəvi maddəni öz-özünə necə istehsal edə bilir? (Harun Yəhya, Biomimetik)

Şübhəsiz beyni belə olmayan bitkinin təhlükələrdən özünü xilas edə bilməsi, bir kimyaçı kimi kimyəvi maddələri təhlil etməsi, hətta bunu istehsal etməsi, planlı strategiya icra etməsi mümkün deyil. Şübhəsiz ki, bilvasitə düşməni məğlub etmək üstün ağılın məhsuludur. Bu ağılın sahibi bitkini qüsursuz xüsusiyyətlərlə yaradan və ona qorunmasını ilham edən uca Allah'dır.

"O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların bütünü ONU təsbeh etməkdədir. O, Əziz, Hakimdir." (Həşr surəsi, 24)