Bitkilərdəki müdafiə etmə strategiyaları -2-

Allah varAllah'ın bitkilərdə yaratdığı müdafiə etmə strategiyaları sayəsində bitkilər böcəklərin zərər verməsindən qorunurlar. Həmin müdafiə etmə strategiyaları insanı heyrətə salacaq dərəcədə kompleks sistemləri ehtiva edir.

Silahlanma yarışı rəqib ölkələr arasında davam etdirilən, qarşı tərəfi ən qısa zamanda və ən təsirli şəkildə məğlub etməyə istiqamətlənmiş üstün texnologiya ilə təchizatlanmış yarışdır. Biz silahlanma yarışının üstün texnologiyaya çatmış, ağıl sahibi olan insana xas olduğunu düşünürük. Halbuki, vəziyyət heç də belə deyil.

Canlıların bioloji xüsusiyyətlərini araşdıran, dünyanın məşhur "Society Attacker Experimental Biology" təşkilatının təşkil etdiyi konfransın 9 aprel 2002-ci ildəki iclasında bitkilərin böcəklərə qarşı istifadə etdikləri üstün kimyəvi silahlar müzakirə edildi. Konfransda müzakirə olunan işlərdən biri də Dr. Alan Bown və yoldaşlarına aid idi.

Bown və yoldaşları yarpaqların üzərində gəzişməyə başlayan böcəyin ayaq səslərini duyan bitkilərin 3 mərhələli kimyəvi zəhər qalxanı meydana gətirdiklərini, beləliklə özlərini böcəyə qarşı müdafiə etdiklərini ortaya qoydular. (Mövzu ilə əlaqəli ətraflı məlumat üçün baxın. Harun Yəhyanın əsərlərindən faydalanılaraq hazırlanan "Canlılarda Kamuflaj və Şüurlu Davranışlar - Sənədli Film")

Allah varAlimlər böcəklə qarşılaşan bitkinin biokimyasında meydana gələn dəyişikliklərin hər anını təyin etdilər. Sürfə bitkinin yarpağında yeriməyə başladıqdan ən gec 10 saniyə sonra bitki "süperoksid" deyilən maddəni ifraz edir. Ancaq müdafiə etmə sistemi bununla məhdud deyil. Bitki təhlükə davam etdikdə, 20-ci saniyədə başqa bir kimyəvi maddə "xlorofil floresan" istehsalına başlayır. Hər iki kimyəvi maddə də böcəyin bir-birinin ardınca atdığı addımları müşahidə edir. Qırmızı həyəcana bənzədə biləcəyimiz üçüncü və son mərhələdə isə bitki "qamma-aminobutrik turşu" (GABA) ifraz edərək qorumasını təmin edir.

Bu müdafiə etmə strategiyasının ən maraqlı tərəfi isə bitkinin böcək tərəfindən yaralanmadan əvvəl addım atmasıdır...

İndi bu üstün müdafiə etmə strategiyasının işçilərini daha diqqətlə nəzərdən keçirək:

1. Erkən xəbər alma-xəbərdarlıq sistemi:

Böcək yarpaqları yeməyə başlamadan, böcəyin çox yüngül addımları bitki tərəfindən fövqəladə həssaslıqla müəyyən edilir. Bu sistem düşmən təyyarələri hələ görünmədən yerlərinə radio dalğaları göndərərək təyin edən radar sistemlərinə bənzəyir.

2. Mərhələli həyəcan sistemi:

Bitki böcəyin öz üzərindəki hərəkətini müşahidə edərək, kimyəvi müdafiə etmə silahlarını hərəkətə hazır hala gətirmək üçün mərhələli olaraq həyəcan sistemini işə salır. Məlum olduğu kimi aviamüdafiə texnologiyasında hava sahəsinə xarici təyyarə girdikdə həyəcan vəziyyətinə keçilir və vəziyyətə görə həyəcanın ölçüsü dəyişdirilə bilir (sarı həyəcan, qırmızı həyəcan). Bitkidəki mərhələli həyəcan sistemindəki quruluş isə bundan daha kompleksdir.

3. Kimyəvi maddələrin quruluşu:

Bitki kompleks kimyəvi reaksiyalarla ortaya çıxan zəhərli mayelər sintez edir. Ancaq burada bir möcüzə ortaya çıxır. Çünki bu kimyəvi maddələrin düsturları çox kompleks düsturlardır və mayeni yaradan elementlər xüsusi olaraq seçilir və yenə xüsusi plana görə birləşdirilir. Əgər hər hansı bir mərhələdə yanlış elementlər seçilsə, ortaya başqa kimyəvi maddə çıxacaq, beləcə bu silah böcək üzərində təsirli ola bilməyəcək və bitki böcək tərəfindən korlanacaq. (www.belgeseller.net)

Həmçinin bu kimyəvi maddənin böcək üzərində təsirli ola bilməsi üçün böcəyin maddələr mübadiləsinin də bitki tərəfindən dəqiq şəkildə bilinməsi lazımdır. Halbuki, bitki böcəklə yalnız fiziki təmasdadır və ortada böcəyin biokimyasını araşdıra biləcəyi laboratoriya yoxdur. Üstəlik bitkinin "elementləri bu düsturla birləşdirib zəhər hazırlasam, böcəyi məğlub edərəm" deyə düşünə biləcəyi bir beyni də yoxdur.

Bu canlının fövqəladəliyini daha yaxşı anlamaq üçün başqa bir yöndən düşünək:

Siz əlinizə bir canlı alsanız onun biokimyəvi xüsusiyyətlərinin profilini çıxara bilər, üstəlik bədəninizdə ona qarşı zəhərli tərkibə malik olan kimyəvi maddələr istehsal edə bilərsinizmi? Əlbəttə ki, xeyr. Məhz bitkinin böcəyə qarşı, həm də 3 zəhərli maddəni təsadüflər nəticəsində və ya özbaşına inkişaf etdirməsi də bu cür qeyri-mümkündür. Başqa sözlə, bitkinin özünü müdafiə etməsi əsnasında açıq-aşkar möcüzə reallaşır. Heç şübhəsiz bitkidəki bu şüurun sahibi hər şeyin Yaradıcısı, aləmlərin Rəbbi olan Allah'dır. Allah bir ayədə hər şeyi nizam içində və ölçüylə yaratdığını belə bildirir:

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir. (Furqan surəsi, 2)

Allah Quranda həmçinin ağıl sahiblərini, digər insanların heç düşünmədiyi ( ya da "təkamül", "təsadüf", "təbiət möcüzəsi" kimi açıqlamalarla ötürməyə çalışdıqları) mövzular üzərində düşünməyə dəvət edir. Allah bu mövzuyla bağlı olaraq Quranda belə buyurur:

"Doğrusu, göylərin və yerin xəlq edilməsində, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıllı adamlar üçün dəlillər vardır. O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür¬ (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi Odun əzabından qoru!" (Ali İmran surəsi, 190-191)

Bu ayələrdə də göründüyü kimi ağıl sahiblərinin öhdəsinə düşən məsuliyyət Allah'ın ayələrini görmək və gördükləri bu mükəmməlliklər ilə Allah'ın sonsuz məlumat, güc və sənətini qavramağa çalışmaqdır.

Çünki Allah'ın elmi sonsuz, yaratması qüsursuzdur...

Düşünən insanlar üçün ətraflarındakı hər şey bu yaratmanın dəlillərindəndir.