Bitkilərdəki müdafiə etmə strategiyaları -1-
Bitkilər də heyvanlar kimi özlərini düşmənlərindən qorumaq məcburiyyətindədirlər. Bu qorunma üsulları hər bitki növünə görə fərqlidir. Hər bitkinin fərqli müdafiə etmə strategiyası var. Bəzi bitkilər parazitlərə və böcəklərə qarşı müxtəlif mayelər ifraz edərək düşmənləriylə mübarizə aparır və özlərini ancaq bu şəkildə qoruyurlar. Bir nömrəli müdafiə etmə silahları olan zəhərli kimyəvi mayeləri lazım olan şəkildə istifadə edə bilmək üçün müxtəlif üsullar istifadə edirlər. Məsələn, göbələk və xiyarların zəhərli ucları vardır və bunları hücum anında hərəkətə keçirirlər. Bu tam təchizatlı döyüşün başqa bir nümunəsi də çinar ağaclarında mövcuddur. Çinar ağacı yarpaqlarından ifraz etdiyi su vasitəsilə gövdəsinin altındakı torpağı sistemli şəkildə zəhərləyir, belə ki, bu zəhərdən sonra torpağın üstündə kiçik ot belə yetişə bilmir. Bu zəhərli maddəni bünyəsində saxlamasına baxmayaraq, çinar ağacının özü bundan hər hansı bir zərər görmür.
Hücuma uğradıqda olduqları mühitdən uzaqlaşmalarını təmin edən ayaqları və ya döyüşən hər hansı bir orqanı olmayan bitkilər düşmənlərinə qarşı yalnız xüsusi sekresiyalarla cavab vermirlər. Bununla yanaşı, ehtiyaclarına görə bir çox müdafiə etmə mexanizmi ilə birlikdə yaradılmışlar. Bu mexanizmlərin içində xəbərləşmə qabiliyyəti də var. Bəzi bitkilər dişlənilən bölgədən onu dişləyən böcəyin həzm sistemini pozucu və ona saxta toxluq hissi verən maye ifraz edirlər. Eyni zamanda yarpaq ziyan gördüyü yerdən "jasmin turşu" adlanan turşu ifraz edərək, digər yarpaqların hücumdan xəbərdar olmalarını və müdafiəyə keçmələrini təmin edir.
Bitkilərdəki bu xüsusiyyətlər Allah'ın xüsusi olaraq yaratdığı müdafiə etmə sistemləridir. Hər şeyi ən incə detalına qədər planlayan Rəbbimiz yer üzündəki bütün bitkiləri həyatlarını davam etdirə bilmələri üçün ehtiyac duyduqları hər cür detalla birlikdə yaratmışdır. Allah hər şeyi yoxdan var edən və qüsursuzca yaradandır. Bir ayədə belə buyurulur:
"O, göydən yerə qədər olan bütün işləri idarə edir..." (Səcdə surəsi, 5)
Küsdümotu
Küsdümotunun çox maraqlı müdafiə etmə sistemi var. Bu bitkinin yarpaqlarına toxunulduqda bir neçə saniyə içində, sapla birlikdə yarpaqlarının gövdəyə doğru söykəndiyi görünür. Əgər bitkini narahat edən təsir davam etsə, bu dəfə küsdümotu aşağıya doğru ikinci bir hərəkət edərək gövdəsinin üzərindəki iti tikanları ortaya çıxarır. Bu da böcəkləri qaçırmaq üçün kifayətdir. Bitkidəki bu hərəkəti reallaşdıran mexanizm elektrik cərəyanları ilə başlayır. Bu axın insan bədənindəki sinirlərdən keçən axın kimidir. Bitkinin reaksiyaları bizdə olduğu qədər sürətli deyil.
Bununla birlikdə bitki cövhərini daşıyan kanallar vasitəsilə göndərilən elektrik siqnalları 30 santimetrlik məsafəni bir-iki saniyə içində keçir. Temperatur nə qədər yüksək olsa, reaksiya da o qədər sürətli olur. Hər bir yarpağın dibi (yarpağın sapıyla birləşdiyi yerdə) olduqca qabarıqdır. Buradakı hüceyrələr maye ilə doludur. Xəbərdarlıq bura çatdığı zaman yarpağın dibindəki qabarıqlığın alt yarısı birdən suyunu boşaldır və eyni anda digər üst yarısı bu suyu öz vücuduna alır və yarpaq aşağıya doğru hərəkət edir. Beləcə xəbərdarlıq saplar boyu irəliləyərkən, yarpaqlar domino daşları kimi tək-tək, ard-arda bağlanır. Bu şəkildə müdafiə etmə hərəkətindən sonra bitkinin təkrar hüceyrələrini doldurub, yarpaqlarını aça bilməsi üçün 20 dəqiqə lazımdır.
Passiflore çiçəyi
Maraqlı bir görünüşdə olan Passiflore çiçəyi yarpaqları üzərində yerləşən kiçik iynələr sayəsində düşməni olan tırtıllara qarşı qoruna bilir. Bu iynələr yumurtadan çıxan tırtılların ən kiçik yer dəyişdirməsi halında bədənlərinə batırlar. Beləliklə, Passiflore çiçəyi bu tırtıllar hələ doğulub ona zərər vermədən tədbirini almış olur.
Novruzgülü çiçəyi
Ətrafımızdakı gözəlliklər bəzən olduqca təsiredici formalarda qarşımıza çıxır. Qışda qar örtüyünün altında donmuş şəkildə qorunan novruzgülü baharda qarların əriməsi ilə birlikdə çiçək açırlar. Qarın içindən gözlənilməz şəkildə ortaya çıxan bu böyük gözəllik və rəng uyğunlaşması Allah'ın yaratmasındakı qüsursuzluğun və ehtişamın nümunələrindən yalnız biridir.