Meyvələrdəki sənət
Meyvələrin yaradılması qədər, tərkiblərindəki vitamin və mineralların bolluğu da insanları düşünməyə təşviq edir. Qapqara palçığın içərisində yetişən və torpaqla nə qoxu, nə dad, nə də rəng olaraq ən kiçik bənzərliyi olmayan meyvələr, torpaqdan yalnız insanlar üçün lazım olan mineralları mənimsəyib qəbul edirlər. Məhz bu nizam bütün kainatın tək hakimi və tək İlahı olan Allah'ın bənzərsiz yaratma sənətinin əsəridir və insanların üzərində düşünüb şükr etməsi üçün gözlər önünə sərilmişdir.
Zəhəri yox edən meyvə: Albalı
"Ağır budaqları bükülmüş albalı (ağacları)," (Vaqiə surəsi, 28)
Albalı bədəni zəhərli maddələrdən təmizləyən meyvədir. Böyrəkləri işlədir, başqa sözlə, bədəndə yığılan kimyəvi maddələrin və duzların çölə atılmasını təmin edir. Bunun sayəsində rematizm, duz yığılması və damar sərtliyi kimi xəstəliklərin də qarşısını almış olur. Həmçinin albalıdakı kinik turşu böyrəklərdə qum və daş yığılmasına mane olur, əgər belə bir şey varsa da zamanla tökülməsini təmin edir. Albalının böyrək daşı ilə yanaşı, öd daşını da salıcı təsiri var. Bundan başqa, qandakı zərərli maddələri çölə ataraq qanı təmizləyir. Başqa sözlə, qan çirklənməsi nəticəsində meydana gələn sızanağa bənzər dəri pozuqluqlarını aradan qaldırır.
Cənnət meyvəsi: Banan
Quranda albalı kimi cənnət meyvələri arasında adı keçən başqa meyvə də banandır. Cənnət təsvirlərinin edildiyi bir ayədə Allah bu meyvədən belə bəhs edir: "meyvələri salxım-salxım asılmış banan ağacları altında,..." (Vaqiə surəsi, 29)
Bananın içərisində 75% nisbətində su, 1.3% nisbətində zülal və 0.6% nisbətində də yağ var. Yerdə qalan hissəsi isə müxtəlif karbohidratlardan və kaliumdan ibatərdir. Bir çox xəstəliyin müalicəsində faydalı olduğu kimi xüsusilə də qızdırma, həzm pozuqluqları, əzələ qıcolmaları və əzələ zəifliyi kimi vəziyyətlərdə tövsiyə edilir. Tərkibindəki yüksək nisbətdə olan kalium sayəsində, tullantıların bədəndən çölə atılması prosesini asanlaşdırır. Qan təzyiqinin salınmasını təmin edir. Bununla yanaşı, banan allergiya müalicəsində də istifadə edilir. İçindəki kalium, natrium ilə birlikdə hüceyrə və əzələ inkişafını təmin edir, bədənin su tarazlığını nizamlayır və ürək döyüntülərinin normal olmasını təmin edir.
Tərkibindəki B6 vitamininin əksikliyində isə yorğunluq, şüur bulanıqlığı, əsəbilik, yuxusuzluq, qansızlık, böyrək daşları və dəri toxumasının pozulması kimi xəstəliklər ortaya çıxır. (Harun Yəhya, İman Həqiqətlərinin Əhəmiyyəti)
Qida anbarı: Üzüm
"Sonra həmin su ilə xurma ağaclarını və üzüm bağlarını sizin üçün yetişdirdik. Sizin üçün orada yediyiniz çoxlu meyvələr vardır." (Mu'minun surəsi, 19)
Üzüm qida dəyərinin yüksək olması, vitamin və mineral maddələr ilə zəngin olduğu üçün əhəmiyyətli qida mənbəyidir. Üzümün içərisində 20-25% nisbətində qana sürətli qarışan şəkər mövcuddur. Bu baxımdan fiziki və zehni əməklə məşğul olan şəxslər üçün olduqca faydalıdır, fiziki və zehni yorğunluğu, qansızlığı aradan qaldırır. Tərkibindəki bol dəmir və şəkər sayəsində, bədəndə qan istehsalını artırır. Həmçinin qaraciyər, böyrək və həzm sistemi xəstəliklərində təbii dərman təsirinə malikdir. Böyrəkləri işlədir, bədəndə yığılmış tullantı maddələrin böyrəklər vasitəsilə çölə atılmasını təmin edir. Üzümdəki bəzi kimyəvi maddələr dəri xərçənginə tutulma ehtimalını azaldır.
Yüksək mineral mənbəyi: Əncir
"Əncirə və zeytuna and olsun" (Tin surəsi, 1)
Əncirin içərisində zəngin lif kombinasiyası fosfor, kalsium, dəmir, kalium və maqnezium kimi minerallar və A, B1, B2, B3, B6 və C vitaminləri var. Tərkibindəki bu minerallar, vitaminlər və 60% nisbətində qana tez qarışan şəkər sayəsində fiziki və zehni enerji sərf edən insanlara güc qazandırır. Bununla yanaşı əzələlərin, sinir sisteminin inkişafını və bərpa edilməsini təmin edir.
Həmçinin meyvələr arasında ən yüksək mineral əncirdə mövcuddur. Lifli qidalar qandakı xolesterolu salıcı xüsusiyyət daşıyırlar. Dünyada qida olaraq diet xüsusiyyətli lif istifadə edən insanlarda çox nadir olaraq ürək xəstəliyi aşkar olunmuşdur ki, bu xüsusiyyətlərin hamısı əncirdə mövcuddur.
Quranda diqqət çəkilən meyvə: Xurma
"Yer üzündə bir-birinə yaxın (müxtəlif iqlimli) torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. (Lakin) Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da, bunda başa düşən adamlar üçün dəlillər vardır." (Rə'd surəsi, 4)
Xurma tərkibindəki 50%-dən çox şəkəri olan çox faydalı meyvədir. Çox asan və sürətli şəkildə həzm edilə bilir. İçindəki şəkər gərilən sinirləri rahatlaşdırır. Beyin üçün də çox faydalıdır. Xurmanın tərkibində 2.2% nisbətində zülal, A, B1 və B2 vitaminləri var. Tərkibindəki zülal sayəsində bədənin xəstəliklərə və infeksiyalara qarşı qorunmasını təmin edir. İçindəki A vitamini sayəsində, görmə gücü ilə bədən müqavimətini artırır, sümük və dişlərin güclənməsini təmin edir. B1 vitamini ilə zəngin olan xurma sinir sistemi üçün də çox faydalıdır. B2 vitaminiylə də bədənin enerji ilə təmin edilməsi və hüceyrələrin yenilənməsi üçün zülal, karbohidrat və yağların yandırılmasına kömək edir.