Qarışqaların təbii fəlakət tədbirləri

Torpağın altında yaşayan qarışqaların yağış basqınları nəticəsində necə həyatda qaldıqlarını heç düşündünüzmü?

Şiddətli yağışlar yuvalarını yerdə quran qarışqa növləri üçün ciddi təhlükələr yarada bilər. Qəfil yağan yağış çox qısa müddət içində bir qarışqa sürüsünün olduğu bölgəni sellər altında qoya bilər. Yeraltındakı otaq və kanallar qısa müddət içində su ilə dola bilər və buradakı milyonlarla qarışqa üçün qəfil və kütləvi bir ölüm reallaşa bilər. Qarışqalarda bu təhlükəli vəziyyəti aradan qaldıran şüurlu davranışlar görülür.

Allah var Bu şüurlu davranışlar qarışqaların növünə və yerinə görə dəyişir, bəzi növlərdə yuvalarda açılan kompleks tunellər bir növ kanalizasiya və ya drenaj sistemi kimi suyu yığaraq qarışqaları su basqını təhlükəsindən xilas edir. Bəzi növlərdə isə yuvaların ağızları bir təpə şəklində yüksəldilərək və su keçirməz qapaqlarla örtülərək tədbir alınır.

Ancaq qarışqaların sel basqınlarına qarşı istifadə etdikləri müdafiə etmə sistemləri yalnız inşaat sahəsi ilə məhdud deyil. Qarışqalar selləri əvvəldən xəbər alma və 'TƏCİLİ AZAD ETMƏ' planlarına da malikdir!

Tropik meşələrdə yaşayan Pheidole cephalica növünə aid olan qarışqalarda yuvanın içinə tək bir su damlası girsə, vəziyyəti görən ilk qarışqa etibarlı bir yerə qaçıb canını qurtarmaq əvəzinə, özünü birbaşa yuvanın içinə atır. Məqsədi digər qarışqalara xəbər verməkdir! Bu qarışqa yuvanın kanallarında sürətlə qaçaraq sürüyə həyəcan vəziyyətini xəbər verir. Qaçarkən buraxdığı qoxu izi ilə yoldaşlarını yuvanın etibarlı olan digər çıxışlarına istiqamətləndirir.

Vəziyyətin ciddiliyinə görə sürünün bəzən yuvanı tamamilə tərk etdiyi belə görünür.

Böyük bir sürünün yuvanı boşaltması yalnız 30 saniyə içində baş verir.

Bəs yağış 30 saniyədən az müddətdə yuvanı basacaq qədər şiddətlidirsə?

Amerika qitəsində yaşayan Solenopsis invicta və Solenopsis saevissima növünə aid olan qarışqalar sürətlə torpaq səviyyəsinə çatırlar. Bir-birlərinə yapışaraq yetkinlər kraliça qarışqa və hələ çatlamamış yumurtalardan meydana gələn böyük bir sal meydana gətirirlər. Bu sal kraliça qarışqa və balalar üçün 'təcili yardım qayığı' funksiyası yerinə yetirir. Çünki onlar kümələnmiş çox sayda qarışqanın ortasında dayanırlar. Sularla mübarizə aparan bu canlı sal yüksək bir ot, ya da təpə ilə qarşılaşdıqda lövbər salırlar. Tədqiqatçılar bu sistemin təsirli olduğunu və bir çox yağışdan sonra qarışqaların çoxunun həyatda qaldığını, sular çəkilər-çəkilməz köhnə yuvalarını təmir etməyə başladıqlarını ifadə edirlər. (Harun Yəhya, Qarışqa Möcüzəsi)

Bir qarışqa nə üçün öz canını qurtarmaq əvəzinə digərlərinə xəbər verməyi seçir və həyatını riskə atır?

Nə üçün qarışqalar salın etibarlı yerini tutmaq üçün mübarizə aparmır və daim buranı kraliça qarışqaya verirlər?

Bütün bu sualların cavabı açıqdır: Bütün canlıların yaradıcısı Allah qarışqaları yağışları əvvəldən xəbər alan həyəcan sistemləri və fədakar davranışlarla birlikdə yaratmışdır.