Quşlar tarazlıqlarını necə təmin edirlər?

Quşlar həm havada, həm də quruda çox müvazinətli hərəkət edir və bu tarazlığın diqqət çəkici iki ayrı istiqaməti var. Bunlardan biri, uçarkən tarazlıqlarını heç itirməmələri, səmada rahatlıqla süzmələri, ikincisi isə yerə endikdə incə çubuq, budaq, ya da tel üzərində yerə düşmədən dayana bilmələridir.

Allah var Quşlarla bağlı yaxın zamanlarda aparılan tədqiqatlar digər canlılardan fərqli olaraq quşlarda iki ayrı tarazlıq orqanının olduğunu ortaya çıxardı. Bildiyimiz tarazlıq orqanı olan daxili qulaqla yanaşı, quşların çanaq nahiyəsində bir tarazlıq orqanının da olduğu aşkarlandı. Elm adamları daxili qulaqdakı tarazlıq orqanının uçuş sırasındakı hərəkətləri istiqamətləndirdiyini, çanaq nahiyəsindəki ikinci orqanın isə quşların dik olaraq yeriməsini və dayanmasını təmin etdiyini söyləyirlər. Çanaqdakı tarazlıq sisteminin kəşf edilməsi ilə Allah'ın bu canlıları iki ayrı tarazlıq orqanı ilə təmin etmiş olduğu öyrənildi. (Harun Yəhya, Təbiətdəki Mühəndislik)

Bütün bunlar ancaq üstün yaratma və sonsuz mərhəmət sahibi Allah'ın diləməsi və yaratdıqlarını qoruyub nəzarət etməsi ilə mümkün olar.

Məgər onlar başları üstündə dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O hər şeyi görür. (Mülk surəsi, 19)