Zebraların xüsusiyyətləri
Zebraların çoxu gizlənəcək yer olmayan açıq otlaqlarda yaşayırlar. Bu səbəbdən həyatda qala bilmək üçün çox sürətli hərəkət etmək məcburiyyətindədirlər. Allah zebraların bədən quruluşlarını bu ehtiyaclarını qarşılayacaq şəkildə yaratmışdır. Məsələn, ayaqları çox uzundur, güclü əzələləri və geniş həcmə malik olan ağciyərləri var. Buna görə heç yorulmadan və yavaşlamadan çox uzun məsafələri qaça bilirlər. Zebraların sümükləri də yüngül olmasına baxmayaraq, olduqca güclüdür. Zebraların heç birinin xətləri digərləri ilə eyni deyil. Hər insanın özünə xas barmaq izinin olması kimi hər zebranın xətlərinin də özünə xas formaları var. Hər hansı bir təhlükə zamanı isə zebralar sürüdəki balaları qoruya bilmək üçün onları sürünün içərisinə doğru itələyirlər. Bütün zebra sürüsü qaçarkən balalar daim kütlənin iç hissəsindədir və daha yaxşı qorunmaq üçün analarının yaxınlığında hərəkət edirlər. (Zoobooks, January, 1999, s. 2-15)