Gekodan super yapışqanlara

Allah var Hal-hazırda bir çox elm adamı inkişaf etmiş texnologiyalar istehsal etmək üçün canlıları təqlid etməyə başladı. Geko kərtənkələsi isə gələcəyin yapışqan sistemlərinin qaynağı olmağa namizəddir.

Geko kərtənkələsinin ayağının altında "setae" adlanan milyonlarla tükcük var. Bu tükcüklər o qədər kiçikdir ki, bir metrin ancaq 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd "spatül" adlı mikroskopik tükcüklər var. Beləcə, spatüllərin sayı milyardları ötür.

Dr. Kellar Autumnun liderliyi ilə aparılan tədqiqata görə, Gekonun ayağındakı tükcüklər zəif elektrostatik cazibə qüvvəsi (Van der Waals qüvvəsi) meydana gətirir. Autumn bu vəziyyəti belə qeyd edir: "Kərtənkələnin ayağında molekulların arasındakı kimi bir cazibə qüvvəsi ortaya çıxır, çünki ayağının altındakı tükcüklər milyardlarla spatülə ayrılaraq səthin sıxlığını artırır. Beləcə, səthlə çox qüvvətli bir təmas təmin edilir. Nəticədə böyük bir yapışma qüvvəsi ortaya çıxır." (Scientists prove how Gekos stick, 26 avqust 2002)

Səthə yapışan ayaq

Geko ayaqlarını yapışdığı yerdən çəkə bilmək üçün barmaqlarını səthlə 30 dərəcəlik bir bucaq əmələ gətirəcək şəkildə nizamlayır. Bu bucaqla addım atmadığı təqdirdə ayaqlar səthə bağlı qalır.

Berkeley Universitetinin mühəndislərindən biri olan Ron Fearing "Gekonun yapışqanı mexaniki olaraq açılıb bağlandığına görə yapışqanlığı əsla tükənməz" deyir və düşünməyimiz üçün bizdən soruşur: "Bir Geko qumla dolu bir qabın içində yeridilsə də, divara eyni şəkildə dırmaşa bilər. Siz hətta ən möhkəm yapışqan lentlərlə də sınasanız, bunu bacara bilərsinizmi?" (Nature.com /nsu, Geko glue round the corner, 28 avqust 2002)

Qumda necə qaçır?

Qumun bol olduğu tropik bölgələrdə gekoların ayaqları çirklənmir və buna görə də, yapışqanlığını itirmir. Elm adamları gekoların ayaqlarında bir növ təmizləmə mexanizminin də olduğunu düşünürlər.

Gekoların ayaqlarındakı dizayn əsl mənada təqlid edildiyi zaman bu gün xəyal kimi görünən bu layihələr həyata keçə biləcək:

1. Kosmosdakı kimi hava olmadığı üçün maddələrin yaxşı yapışa bilmədikləri mühitlərdə qüsursuz yapışqanlıq təmin edilə biləcək.

2. Gekoların qıfıllama sistemlərinə malik olan robotlardan fəlakətldən sonrakı axtarış-xilasetmə işlərində istifadə edilə biləcək.

3.Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və dırmaşma üçün xüsusi geyimlər istehsal edilə biləcək. Dr. Autumn deyir: "İnanıram ki, bir gün gələcək 'Hörümçək adam'dan daha yaxşı olacağıq."

4. 3. Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və dırmaşma üçün xüsusi geyimlər istehsal edilə biləcək. Dr. Autumn deyir: "İnanıram ki, bir gün gələcək 'Hörümçək adam'dan daha yaxşı olacağıq."

Berkeley Universitetindəki işə ortaq olan və bir amerikan şirkəti olan iRobot divara dırmaşa bilən robotlar istehsal etməyə çalışır. Gekolardakı üstün hərəkət qabiliyyətini təqlid edən şirkət "robo Geko" layihəsinə başlamışdir. iRobotun rəhbəri Helen Greiner: " İlk dəfə divara dırmaşa bilən robotlar istehsal etməyə qərar verdikdə, bunu etməyin mümkün olduğunu bilmirdik. Ancaq təbiətə baxıb 'Bunu qarışqa, hörümçək və ya Geko edə bilib, bu edilə bilər!' dedik. Təbiətdə bu var. Bəs indi biz bunu mexaniki olaraq təqlid edə bilərikmi? Bu dünyagörüşü yeni əsrin texnologiyasına damğasını vuracaq." deyir. (VOA News.com: Scientists Find Mystery to Geko's 'Sticky Feet', 27 avqust 2002)

Geko elmin yaxın təqibindədir

Gekoların ayağında çox xüsusi bir dizayn olduğu aydındır. Bəs bu kiçik kərtənkələ bu dizaynı necə əldə etmiş ola bilər? Xüsusiyyətlərinin gün işığına çıxarılması üçün bir çox mühəndis, riyaziyyatçı, fizikaçı və bioloqun üzərində işlədiyi bu tükcüklər necə meydana gəlmişdir? Öz-özünü təmizləyən toxumalar necə istehsal olunur? Mexaniki qıfıl sistemi necə ortaya çıxmışdır? DNT-dəki məlumat haradan gəlir?

Bu dizayn təsadüflərin və ya təbiət hadisələrinin deyil, sonsuz ağıl sahibi olan Allah'ın əsəridir. Gekodakı yaradılış aləmlərin Rəbbi olan Allah'ın üstün yaratmasının əsəridir.

Allah'ın heyvanlarda yaratdığı bu kimi xüsusiyyətlərdə bütün insanlar üçün ayələr var.

120 kilo daşıyacaq güc

Allah var Bir geko kərtənkələsi elə təsirli şəkildə tavana yapışır ki, təkcə bir barmağı tavana yapışmış vəziyyətdə asılı dayana bilir. Dr. Autumna görə, kərtənkələ 120 kiloluq ağırlığı qaldıracaq qədər böyük qüvvə meydana gətirə biləcək dizayna malikdir.

Setaeli bölgə diqqət çəkən bir şəkildə ayağın altındakı toxumadan fərqli bir xüsusiyyətə malikdir. Bu iki toxumanın da xüsusiyyətləri kərtənkələnin DNT-də kodlaşdırılmışdır. Hansı toxumanın harada başlayıb harada bitəcəyi DNT-dəki bu plana görə təyin olunur. Bunun sayəsində, iki toxuma əsla qarışmadan başından quyruğuna, gözündən dırnaqlarına qədər mükəmməl və çox təsirli şəkildə ortaya çıxır.

Yapışma sisteminin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də mexaniki olaraq açılıb bağlana bilməyidir. Bunun sayəsində, güclü bir yapışma meydana gəlir. Bəs Geko səthə möhkəm yapışan ayaqlarını necə geri ata bilir? Gekolar addım atdıqca ayaqlarındakı tükcükləri səthə yayaraq irəliləyir, davam edə bilmək üçün onları yenidən yapışqan bir binti yapışdığı yerdən sökən kimi sökürlər. Ancaq bu hadisədə gözdən qaçmaması lazım olan bir detal da Gekonun qaçarkən ayaqlarını saniyədə 15 dəfə yapışdırıb çəkə bilməyidir...