. Qalapaqos alacəhrələri nağılı
Darvinin Qalapagos adalarında gördüyü və nəzəriyyəsinə dəlil zənn etdiyi fərqli alacəhrə dimdikləri əslində genetik variasiya nümunəsidir və "növlərin təkamülü" iddiasına dəlil deyil. Çarlz Darvinin həyatını izah edən və təkamül nəzəriyyəsinin tarixi inkişafı mövzuda olan kitablara baxdıqda Böyük Okeandakı Qalapaqos adalarına xüsusi əhəmiyyət verildiyi görünür. Bunun səbəbi Qalapaqosun nəzəriyyəsini hazırlama mərhələsində Darvinə ilham qaynağı olmasıdır. Həmin adalar təkamülçülər tərəfindən təkamül nəzəriyyəsinin təməlinin qoyulduğu yer və "Darvinin laboratoriyası" olaraq tanıdılır.
Qalapaqos adaları Ekvador sahillərinin 1000 kilometrə qədər uzanan ərazilərində yerləşir. İrili-xırdalı adalardan meydana gəlir. Darvin H. M. S. Beagle adlı kəşf gəmisi ilə beş il davam edən gəzintisi əsnasında 1835-ci ildə Qalapaqosda yerləşmiş və bir neçə həftə ərzində müxtəlif müşahidələr aparmışdır. Əsas torpaq zonalarından xeyli uzaqda olan bu adaların zəngin bitki örtüyü və heyvan müxtəlifliyi Darvinə təsir etmişdir.
Qalapaqos çoxlu sayda fərqli bitki və heyvan növü ilə zəngin bir bölgədir. Burada müxtəlif tropik ağac, bitki və çiçəklər mövcuddur. Alacəhrələr, flaminqolar, pinqvinlər, iri çanaqlı bağalar, iquanalar, suitilər, kəpənəklər, böcəklər, 100-ə yaxın quş növü, müxtəlif sürünən və məməlilər yaşayır. Bu adalarda olan bitkilərin 42%-i, quruda yaşayan quşların 75%-i, sürünənlərin 91%-i və məməlilərin hamısı Qalapaqosa xasdır. Dünyanın başqa heç bir bölgəsində bu qədər canlı yaşamır.
Qalapaqosu Darvinizmin başlıca simvollarından biri halına gətirən isə buradakı alacəhrə quşları olmuşdur. Qalapaqos adalarında 13 alacəhrə növü, Qalapaqosun təxminən 600 kilometr şimal-şərqindəki Cocos Adasında da 1 alacəhrə növü yaşayır. Cəmi bu 14 alacəhrə növü elmi ədəbiyyatda Qalapaqos alacəhrələri və ya "Darvin alacəhrələri" adlandırılır. Qalapaqos alacəhrələri 7 - 15 sm arasındakı müxtəlif uzunluqlarda, tünd rəngli tükləri olan, olduqca itaətli və qısa məsafəli uçuşlar edən quşlardır. 14 ayrı növ olaraq təsnif edilsələr də, bir-birlərinə çox bənzəyirlər. Oxşar bədən quruluşuna, rənglərə və vərdişlərə malikdirlər. Quş ekspertləri, xüsusilə, dimdik forması, dimdik böyüklüyü və bədən böyüklüyünə baxaraq bunları ayırd edirlər.
Bu quşların Darvinə dərindən təsir etdiyi bəzi biologiya dərsliklərində belə dilə gətirilir:
"Alacəhrələr təbii seçmə yolu ilə təkamül nəzəriyyəsini inkişaf etdirən Darvinə yol göstərməkdə böyük rol oynadı."
"13 alacəhrə növünün dimdikləri və qida qaynaqları arasındakı uyğunluq təkamülün onları formalaşdırdığını Darvinə dərhal təlqin etdi."
"Darvin bu alacəhrələr arasındakı dimdik böyüklüyünü və qidalanma vərdişlərindəki fərqləri əcdadlarının Qalapaqos adalarına köç etməsindən sonra meydana gələn təkamüllə əsaslandırırdı".
Darvindən dövrümüzə qədər təkamülçülər müasir Qalapaqos alacəhrələrinin keçmişdə Cənubi Amerikadan gələn bir növdən təkamül keçirdiyini iddia edirlər. Bu quşları hər fürsətdə "təbii seleksiya yolu ilə təkamülün bir nümunəsi" olaraq istifadə edir, təkamülün ən çox tanınan və ən çox araşdırılan "dəlil"lərindən biri olaraq təqdim edirlər.
Təkamülçülər tək bir növün fərqli mühitlərə yerləşməsi nəticəsində müxtəlif formaların ortaya çıxması müddətini "adaptiv yayılma" və ya "adaptiv şaxələnmə" kimi adlandırırlar. "Qalapaqos adalarında yaşayan alacəhrələrin təkamül keçirməsi" hekayəsini bunun klassik nümunələrindən biri olaraq tanıdır; hətta daha da irəli gedərək həmin hadisənin hal-hazırda da gözlənilən olduğunu iddia edirlər.
Adaptiv yayılma yanılması
Təkamülçülər nə qədər təkamülə dəlil tapmaq üçün yola çıxsalar da, araşdırmalarının nəticələri təkamülün əleyhində bir çox dəlili ortaya çıxardı. Təkamülçülər Darvindən indiyə qədər Qalapaqos alacəhrələrinin "diferensial təkamülün təsiredici bir dəlili" olduğunu iddia edirdilər. Lakin son araşdırmalar bunun doğru olmadığını, bu adalardakı alacəhrə növlərinin bir-birlərindən ayrılmadıqlarını, tam əksinə, birləşərək tək bir növ olma meyili içində olduqlarını göstərdi.
Daphne Majorda üç növ alacəhrə yaşayır. Orta yer alacəhrələri və kaktus alacəhrələri bu adanın daimi sakinləridir. Üçüncü bir növ olan kiçik yer alacəhrəsi bu adanı zaman-zaman ziyarət edir. Grant və yoldaşlarına görə, orta yer alacəhrəsi digər iki növ ilə bəzən cütləşir; kaktus alacəhrələri və kiçik yer alacəhrələri isə bir-birləri ilə cütləşmir. Burada diqqətçəkən cəhət ondan ibarətdir ki, meydana gələn mələzlərin həyatda qalma nisbəti "damazlıq" alacəhrələr ilə müqayisədə daha yüksəkdir və mələzlər daha çox bala çıxarır. Professor Qrant bu tapıntılar istiqamətində həmin üç fərqli alacəhrə növünün tədricən birləşərək tək bir növün meydana gələ biləcəyini açıqlamış; bu müddətin yüz və ya iki yüz il çəkə biləcəyini fərz etmişdir.
Bu vəziyyət, şübhəsiz ki, Qalapaqosda yaşayan alacəhrələrin adaptiv yayılma və təkamülün məhsulu olduğunu qarşıya qoyan darvinizmi yalançı çıxarır. Çünki müşahidə edilən ortaq bir əcdaddan fərqli quş növlərinin meydana gəlməsi deyil, fərqli quş qruplarının bir-birinə bənzər vəziyyətə gəlməsidir.
Daphne Majorda yaşanan bu vəziyyət digər adalara da aid edilir. Fərqli növlərə mənsub olan alacəhrələr bəzən öz aralarında cütləşir və mələz balalar dünyaya gətirirlər. İlk baxışda bu fakt əhəmiyyətsiz kimi görünə bilər; ancaq Qalapaqos alacəhrələrini 14 ayrı növ olaraq təsnif edən təkamülçülər üçün böyük bir məğlubiyyətdir.
Qalapaqosun düşündürdükləri
Harvard Universitetindən Louis Agassiz 1872-ci ildə Qalapaqosu ziyarət etmiş və adadakı canlılar arasında həyat mübarizəsinin mövcud olmadığını, hamısının bir Yaradıcı tərəfindən hazırlanmış bir həyat tərzi keçirdiyini ifadə etmişdir. Professor Agassiz ölənə qədər təkamülün etibarsızlığını izah etdi; həyatın əsl mənbəyinin yaradılış olduğunu müdafiə etdi.
Düşünün ki, okeanın ortasında, əsas quru zonadan min kilometr uzaqlıqdakı bu kiçik quru parçasında dünyanın heç bir yerində görə bilməyəcəyiniz gözəllikdə, müxtəliflikdə və zənginlikdə bitkilər və heyvanlar var. Yam-yaşıl tropik ağac və bitkilər, rəngarəng və göz oxşayan quşlar, növbənöv canlılar, qüsursuz dizaynlara və bənzərsiz gözəlliklərə sahib canlılar... Əlbəttə, normal bir anlayış və məlumata sahib olan hər insan rənglər, canlılıq və müxtəliflik qarşısında böyük pərəstiş duyur və nəhəng okeanın ortasındakı kiçik quru parçası üzərində möhtəşəm yaradılışın olduğu nəticəsinə gəlir. Təəccüblü olan isə budur ki, bunları görən Darvin və davamçılarının təkamül kimi ağıl və elmdən kənar bir iddia irəli sürmələridir. Şübhəsiz ki, Allah bütün canlıları sahib olduqları qüsursuz xüsusiyyətlərlə birlikdə yaratmışdır. Qalapaqos alacəhrələri də bu açıq-aşkar həqiqətin saysız-hesabsız dəlillərindən biridir. Darvinistlər bilməlidirlər ki, Qalapaqos alacəhrələri hekayəsi ilə yalnız özlərini aldadırlar. Eynilə bir zamanlar dünyanın düz olduğunu sübut etmək üçün saxta dəlillər uyduranlar kimi...
"O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların bütünü Onu təsbeh etməkdədir. O, Əziz, Hakimdir." (Həşr surəsi, 24)