Dərin dalğıclar

Allah var Su altında yaşamağın sirri tapıldı…

Dənizin dərinliklərinə enmək, oradakı gözəllikləri görmək bir çox insanın arzusudur. İnsan bu arzusunu reallaşdırmaq üçün dənizaltıları düzəltmişdir.

Dərinə dala bilən bir çox dəniz canlısı insanın ancaq texnologiya və elmin inkişafı ilə ixtira etdiyi dənizaltılarından daha möhtəşəm dizayna malikdir. Bu canlılara dəniz məməliləri, tısbağalar və dəniz quşlarını nümunə göstərmək olar. Bu heyvanlar üçün dərinlərə dalmaq yaşamaq üçün zəruridir. Ortaq xüsusiyyətləri isə çox dərinlərdə uzun müddət qala bilmələridir. Bəs bu dalma nə qədər dərinliyə və nə qədər uzun müddətə ola bilər?

Dərinliyə dalmaqda insan sonuncu sıradadır

Əgər sərbəst dalmada insanın daldığı maksimum dərinliyin təxminən 130 metr olduğunu qəbul etsək, dərin dalğıclar ilə müqayisədə insana sonuncu sıranı verə bilərik. İnsanlar bunu yalnız 2,5 dəqiqə ərzində və bəzi vasitələrlə reallaşdırırlar.

Bütün dalğıc heyvanların bədən formaları sudakı maneə yaradan qüvvələrə qarşı əlverişli olmalıdır. Yəni hidrodinamik uyğunluğa malik olmalıdırlar. Məsələn, dərinə dalan məməlilərin tükləri ya heç yoxdur, ya da çox qısadır. Bu da sürtünməni minimuma endirir.

Ən əhəmiyyətli məsələlərdən biri də oksigen saxlama tutumudur. Bir-birlərinə ən çox bənzəyən iki zülal - hemoqlobin və mioqlobin oksigen birləşdirmə və daşıma vəzifəsini həyata keçirir. Hemoqlobin qırmızı qan hüceyrələrinin içindədir və ağciyərlərin qəbul etdiyi oksigeni qan hüceyrələri vasitəsilə bütün toxuma və hüceyrələrə daşıyır. Mioqlobin isə əzələlərdə mövcud olur, gələn oksigeni əzələlərə daşımaq və saxlamaq vəzifəsi daşıyır. Bütün dalğıc canlılar üçün mioqlobin zülalının toplanması və paylanılması çox əhəmiyyətlidir. Dərin dalğıclardakı mioqlobin miqdarı quruda yaşayan heyvanlarla müqayisədə təxminən on dəfə çoxdur. Yəni bu canlıların əzələlərində qurudakı canlılardan on dəfə çox oksigen saxlanır.

Oksigensiz tənəffüs

Oksigen hüceyrələrdə qida maddələrinin parçalanıb enerjiyə çevrilməsi üçün zəruridir. Bədəndəki bütün hüceyrələr enerjiyə ehtiyac duyurlar, bu səbəbdən, oksigen hamısı üçün vacibdir. Oksigen olmadığı hallarda az enerji sərf olunan oksigensiz tənəffüsə keçilir. Oksigen ağciyərdən qana keçir, qandakı hemoqlobin zülalı ilə əzələlərə və digər toxumalara daşınır. Ancaq mioqlobin hemoqlobindən daha çox oksigen saxlama xüsusiyyətinə malikdir.

Allah var İnsanlar və digər bir çox canlılarda mioqlobin miqdarı, yəni zəngin oksigen anbarları dərin dalıcılar qədər çox olmadığına görə bir dəfə aldıqları nəfəslə sualtında uzun müddət qala bilməzlər. Dərin dalğıclar isə bir dalğıc kompüteri kimidirlər, hər dalğıcın etməli olduğu kimi dalğıc cədvəllərinə uyğunlaşırlar.

Bundan başqa, maksimum dərinliyi təyin edən başqa bir faktor da təzyiqdir. Təzyiq dalğıcların bir nömrəli problemidir. Ümumiyyətlə, yuxarıya çıxarkən bədəndəki havanın oksigeni tükənir, amma həll olunmuş azot istifadə edilmir. Həll olunmuş azot damarlarda və toxumalarda qabarcıq əmələ gətirə bilir. Dərinə dalan heyvanların (istər quş, istərsə də məməlilərin) ağciyərlərində daşıdıqları hava, daldıqları dərinliklər və dalma müddətləri qanda və toxumalarda yüksək konsentrasiyalarda azotun həll edilməsinə səbəb olur. Lakin bu vəziyyətə qarşı da dayanıqlıdırlar. 70-80 metr dərinliyə enmiş bir məməlinin ağciyərləri təzyiq nəticəsində qatlanaraq bağlanır, dəyişə bilmir və ağciyər funksiyasını itirir. Bu yenidən yuxarı çıxana qədər belə davam edir. Dərinə dalan quşların təzyiq qarşısındakı mexanizmləri tam olaraq aydın ola bilməmişdir. Adelie və Gentoo pinqvinləri üzərində aparılan bir araşdırmada ağciyərlərdə qaz mübadiləsi dalma müddəti ərzində davam etdiyi, oksigenin sərf edildiyi və dekompresiya üçün kifayət olan azot səviyyəsinə çatdığı aşkar edilmişdir.

Balinalar 1000 metr dərinliyə necə dala bilirlər?

Allah varBalinalar isə dalmadan əvvəl sürətli bir şəkildə nəfəs alırlar. Bunun nəticəsində, xüsusi qapaqlar ağciyərdəki hava yollarını bağlayır. Ürək döyüntüləri və maddələr mübadiləsi yavaşlayır, oksigen istehlakı və karbondioksid istehsalı azalır. Beyində tənəffüs sisteminə medulla oblangata adlı hissə nəzarət edir və qandakı karbondioksid miqdarı ilə birbaşa əlaqəlidir. Balinalarda beyinin bu hissəsinin karbondioksidə çox az həssas olduğu aşkar edilmişdir, oksigen istehlakını və karbondioksid istehsalını çox azaltdıqları üçün olduqca dayanıqlıdırlar və diqqətlərini ovlarına cəmləyirlər.

İndi izah etdiklərimizdən nəticə çıxararaq özümüzə bir neçə sual yönəldək:

Bu canlılar sudan gələn təsirlərə qarşı uyğun mexanizmlər inkişaf etdirməyi necə bacarmışlar? Dərin dalğıclardakı mioqlobin miqdarı niyə qurudakı canlılardan on dəfə çoxdur? Bu zülalı çoxaltmağı və həyatda qalmağı özləri düşünüb?

Şübhəsiz, bu sualları daha da artıra bilərik, lakin hamısının cavabı yalnız bir nəticəyə gətirib çıxarır: bu canlıların maddələr mübadiləsində açıq-aşkar görünən bir dizayn mövcuddur və bu qüsursuz dizaynın tək bir sahibi var; o da hər şeyi yoxdan var edən uca Rəbbimizdir. Allah dənizin dərinliklərinə qədər uzanan bu canlılarda sonsuz elmini və üstün yaratmasını təcəlli etdirmişdir.