Köç

Allah var Reaktiv eskadralar V şəklində uçurlar. Bunun çox mühüm səbəbi var. Bu düzülüşdəki hər təyyarə qanad çarpazında hava boşluğuna səbəb olur. Bu da arxadan gələn təyyarənin daha az hava müqaviməti ilə qarşılaşmağını və daha az güc sərf etməyini təmin edir. Beləliklə, 20% nisbətində yanacağa qənaət edilir.

Köçəri quşlar eynilə reaktiv eskadra kimi V şəklində düzülərək uçurlar. Hər quş önündəki quşun meydana gətirdiyi hava boşluğundan faydalanır. Bu uçuşun səbəbi köçəri quşların çox heyrətamiz məlumata malik olmalarıdır.

Köç edərkən ön tərəfdə uçmaq yorucudur və quşlar bu vəzifəni növbəli olaraq yerinə yetirirlər. Məhz burada böyük sirr var: V şəklində uçuşun yanacaq qənaəti təmin etdiyi aerodinamika mühəndislərinin müəyyən etdiyi bir həqiqətdir.

Bəs bu elmi hesablamanı köçəri quşlar haradan bilirlər? Öz aralarında intizamlı şəkildə necə mütəşəkkil olurlar? Hər quş uçuş sırasında özünə aid olan yeri necə bilir? Bu sualların cavabı çox açıqdır. Bu canlıları aləmlərin Rəbbi olan Allah yaratmış və onlara bədənlərini ən yaxşı şəkildə istifadə etməyi ilham etmişdir.

Köçəri quşların enerji qənaətini təmin etdiyi ikinci bir yol da var: eyni anda qanad çırpmaq. Quşun qanad çırpmağı arxasında ikinci bir hava boşluğunun meydana gəlməsinə səbəb olur. Buna görə də, quşlar bir-birləri ilə eyni zamanda qanad çırpırlar. Hər quş qanad çırpma nizamını öndəki quşa görə nizamlayır. Bu da yüzlərlə quşun olduğu dəstədə estetik və planlı uçuşa səbəb olur.

Quşların istiqaməti təyin etməsi

Quşların Allah'ın üstün yaratma sənətinin bir göstəricisi olan davranışlarına Quranda belə diqqət çəkilmişdir: "Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür." (Mülk surəsi, 19)

Bəs köçəri quşlar minlərlə kilometr məsafə qət edərkən istiqamətlərini necə təyin edirlər?

Bu sualın cavabını araşdıran elm adamları başqa bir yaradılış möcüzəsi ilə qarşılaşmışlar: yerin maqnit sahəsini qəbul edən xüsusi bir sistem… İstiqamət tapmaq sahəsində ekspert olan quşlardan biri leyləkdir. Leyləklər hər il minlərlə kilometr yol qət edirlər. Afrika qitəsindən yola çıxan leyləklər Aralıq dənizini keçərək Avropa qitəsinə çatır. Ancaq bir il sonra eyni yolu qət etdikləri zaman aradan bir mövsüm keçdiyi və bitkilər yaşıllaşdığı üçün Avropa torpaqlarının görünüşü tamamilə dəyişmiş olur.

Bəs leyləklər minlərlə kilometrlik səfərlərində yollarını necə tapırlar?

Allah var Tədqiqatlar leyləklərin bədənlərində yerin maqnit sahəsini qəbul edən xüsusi sistem olduğunu müəyyən etmişdir. Bu təbii kompas ilə maqnit sahəsinin xəttlərini izləyir və istiqaməti təyin edirlər. Bunun vasitəsilə minlərlə kilometrlik səfərlərini səhvsiz olaraq tamamlayır və bir il əvvəlki yuvalarının yerini tapırlar.

Maqnit sahəsinin xəttlərini izləyərək köç edən quşlardan biri də qar qazlarıdır. Qar qazları şimal qütbünə yaxın bölgələrdən Meksika Körfəzinə qədər uzanan minlərlə kilometrlik uzun bir səfər edirlər. Bədənlərindəki dizayn və texnologiya bir döyüş təyyarəsindən daha mükəmməldir.

Bir döyüş təyyarəsi istiqamətini və uçuş koordinatlarını təyin etmək üçün bir çox elektron cihazdan istifadə edir. Halbuki, döyüş təyyarələrindən daha uzun məsafələr qət edən qar qazları heç bir cihaz istifadə etmədən buludların arasında hansı istiqamətə doğru uçacaqlarını bilirlər.

Oksigen maskalı quşlar

Minlərlə metr yüksəklikdə oksigen çox azdır. Buna görə də, pilotlar oksigen maskası istifadə edirlər. Halbuki, qazların oksigen maskasına ehtiyacları yoxdur. Çünki xüsusi bir dizaynla yaradılmış ağciyərləri və qan hüceyrələri sayəsində bu yüksəklikdə də nəfəs ala bilirlər. Xüsusi dizaynla yaradılmış bədən quruluşları onları -55 0C soyuqdan qoruyur.

Qar qazları da eynilə leyləklər kimi möcüzəvi şəkildə istiqamət tapma sistemləri ilə təchiz edilmişlər. Bədənlərinə maqnit sahə qəbuledicisi yerləşdirilmişdir. Bunun vasitəsilə yerin maqnit sahəsinə görə istiqamətlərini tapırlar. Minlərlə kilometrlik səfərləri boyu istiqamətlərini itirmirlər.

Bəs bu quşların bədənlərinə maqnit sahə qəbuledicilərini kim yerləşdirmişdir? Şübhəsiz, belə həssas bir qəbuletmə sistemi təsadüfən mövcud olmamışdır. Köçəri quşlardakı bu xüsusiyyətlər onları üstün elm sahibi olan Allah'ın yaratdığının açıq bir dəlilidir.

Gecə yol tapmaq

Köçəri quşların ən maraqlı xüsusiyyətləri günəş batdıqdan sonra ortaya çıxır. Gecə uçan köçəri quşlar istiqamətlərini ulduzlar vasitəsilə tapırlar. Şübhəsiz, bu çox böyük bir möcüzədir. Çünki göydə milyardlarla ulduz var və ulduzlara baxaraq istiqamət təyin etmək olduqca çətin işdir.

Dənizçilər kompas kəşf edilənə qədər bu üsuldan istifadə etmişlər. Ancaq unudulmamalıdır ki, insanlar ağıl və şüur sahibi varlıqlardır.
Allah var Ağıldan və şüurdan məhrum olan bu kiçik quşlarda isə ulduz xəritəsi yoxdur. Ancaq bu quşlar möcüzəvi şəkildə ulduzların yerini və ulduzlar vasitəsilə istiqaməti təyin edə bilir, gecənin qaranlığında istiqamətlərini itirmirlər.

Quşların minlərlə ulduz arasından hansıları izləməyin lazım olduğunu bilmələri və hansı ulduzları özlərinə bələdçi seçməyə qərar verə bilmələri, şübhəsiz, böyük möcüzədir. Bütün bunlar quşları Allah'ın yaratdığını və onlara etdikləri işləri ilham etdiyini göstərir. Belə ki, Allah bir Quran ayəsində quşlar haqqında bizə bu həqiqəti xəbər verir:

"Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allah'a təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir." (Nur surəsi, 41)

Məgər onlar (Allah'a) tabe olub havada uçan quşları görmürlərmi? Onları (havada) saxlayan ancaq Allah'dır. Həqiqətən, bunda iman gətirən insanlar üçün dəlillər vardır. (Nəhl surəsi, 79)