Optik bu balığın izindədir

Allah var Dənizdə üzərkən suyun içində gözümüzü açsaq, ətrafımızdakı hər şeyi bulanıq görərik. Çünki hava mühitində görməyə uyğun şəkildə yaradılmış olan gözümüz üçün su fərqli bir mühitdir. Bənzər bir məntiqlə düşündükdə içində olduğu mühitdən kənara çıxarılan bir balığın da atmosfer mühitində bulanıq görmə qabiliyyətinə malik olacağı düşünülə bilər. Ancaq Anableps adlanan və dörd göz bəbəyi olan balıq bu mövzudakı fərqli dizaynı ilə yaradılışdakı müxtəlifliyə çox gözəl bir nümunədir.

Cənubi Meksikadan Cənubi Amerikanın şimalına qədər olan çaylarda və göllərdə yaşayan bir balıq növü olan Anableps suyun həm içində, həm də xaricində çox yaxşı görə bilir. Daha çox "dörd gözlü balıq" olaraq tanınan bu balıq növü suyun xaricini dəqiq görməklə yanaşı havadakı obyektlərə də fokuslana bilir.

Dörd gözlü adlanan bu balığın əslində iki gözü var. Ancaq hər göz öz mərkəz uzaqlığına malik olan iki yarımkürədən meydana gəlmişdir. Bu, Anablepslərin eyni anda iki fərqli görmə xüsusiyyətinə malik ola bilmələrinin səbəbini açıqlayan qüsursuz bir dizayndır. Balıq su səthinin bir az altında olarkən suyun üzərində qalan göz bəbəkləri də havanı müşahidə edir, bu vaxt suyun altında qalan alt göz bəbəkləri də sualtındakı dünyanı araşdırır. Balıq bu şəkildə həm uçan və üzən canlılarla qidalana bilir, həm də baş verə biləcək təhlükələrdən asanlıqla xilas olur. Balığın iki ayrı görüntü əldə etməyinə imkan verən sistem isə gözün içərisindəki iki ayrı fokus (bifocals)dur.

Piqment tərkibli xallı toxuma və bunun üzərində gözlə görünə bilən qüzehli qişalar hər bir gözü su cizgisində ortadan ikiyə bölür və biri suyun üzərində, digəri suyun altında olan iki göz bəbəyi meydana gətirir. Yuxarıdan baxdıqda qüzehli qişalar çöl tərəfdəki gözlərin içərisində havada dayanan barmaqlara bənzəyirlər. (National Geographic, Paul A. Zahl, Mart 1978, Vol.137, Nömrə. 1, s. 390-395)

Dörd gözlü balıq uçan böcəkləri tuta bilmək üçün havaya tullana bilir və ya üzən varlıqları ovlamaq üçün suyun dibinə bata bilir. Ancaq daha çox sahilə yaxın dayaz sularda gəzişərək qabıqlıları, yosunları və ya suyun üstündəki böcəkləri tutur.

Elm adamları Anablepslərin ov edərkən suya nisbətən havanı daha çox istifadə etdiklərini aşkar etmişlər. Bunun səbəbi balıqların havada sudakı görmə sistemi ilə müqayisədə daha uzaqdakı və daha kiçik olan obyektləri görə bilmələridir. Ancaq balıq eyni anda dənizdəki qidalardan da faydalanır, həmçinin, düşmənlərindən də qorunur. Bu səbəbdən, tez-tez suya dalır.

Anaplepsin gözü Allah'ın yaratma dəlillərindəndir

Allah var Şübhəsiz ki, heç bir balığın öz-özünə suyun və havanın fiziki xüsusiyyətlərinə görə iki fərqli optik sistem hazırlamağı, daha sonra da bu iki sistemi tək bir gözdə uyğun şəkildə işləyəcək tərzdə tənzimləməyi mümkün deyil. Bəs bu gözlər təkamül nəzəriyyəsinin nəzərdə tutduğu kimi təsadüfi inkişaflarla ortaya çıxmış ola bilərmi? Yəni bənzəri olmayan bu optik dizayn təsadüfən bir balığın gözlərində mövcud ola bilərmi? Daha sonra yenə eyni təsadüflərlə nəsildən-nəsilə ötürülərək növün bir xüsusiyyəti halına gələ bilərmi?

Əlbəttə ki, belə bir şeyin təsadüfən olmağı mümkün deyil. Göz kimi orqanlar iç-içə keçmiş bir çox orqanoidin bir yerdə fəaliyyəti nəticəsində meydana gəlir. Xüsusiyyətləri isə hissələrinin hamısının eyni anda mövcud olması və funksiyalarını əksiksiz olaraq yerinə yetirmələridir. Gözü meydana gətirən hissələrin sayı azaldıla bilməz, hətta bu hissələrdən "yalnız biri" belə sistemdən ayrıla bilməz. Əks halda, göz heç bir işə yaramaz. Bu da gözün zaman keçdikdə mərhələ-mərhələ meydana gələ bilməyəcəyinin bir dəlilidir.

Bu həqiqət "əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə kompleks bir orqanın meydana gəlməyinin qeyri-mümkün olduğu göstərilsə, nəzəriyyəm qəti şəkildə sarsılmış olacaq" deyən Darvinin narahatlıq keçirdiyi kimi təkamül nəzəriyyəsini kökündən sarsıdır. (Charles Darvin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, s. 189)

Darvin də "gözün təkamülü" mövzusunda çıxılmaz vəziyyətdə olduğunu bilirdi. Belə ki, bunu kitabının "Nəzəriyyənin Çətinlikləri" (Difficulties on Theory) adlı hissəsində etiraf edir. Darvinin kitabını oxuyan amerikalı fizikaçı Lipson Darvinin bu "çətinlikləri" haqqında belə bir açıqlama verir:

"Növlərin mənşəyini ilk dəfə oxuduqda Darvinin ümumiyyətlə təqdim edilən cədvəlin əksinə, özündən çox da əmin olmadığını anlamışdım. "Məsələn, Nəzəriyyənin Çətinlikləri" başlıqlı hissə çox diqqət çəkən bir etibarsızlıq əks etdirir. Bir fizikaçı olaraq gözün necə ortaya çıxmış ola biləcəyi yönündəki izahları qarşısında çıxılmaz vəziyyətə düşdüm." (H. S. Lipson, "A Physicist's View of Darwin's Theory", Evolution Trends en Plants, Cild 2, Nömrə. 1, 1988, s. 6.)

Hətta bir gözün meydana gəlməyini də açıqlaya bilməyən təkamülçülər "dörd gözlü balığın" mənşəyinə dair də heç bir izah gətirə bilmirlər. Dörd gözlü balıq suyun xaricini bir insan qədər, suyun içini də bir balıq qədər yaxşı görə bilir. Dörd gözlü balığın mənbəyi ilə bağlı deyilə biləcək yalnız bir şey var, o da hər şeyə gücü çatan və bütün canlıları yaradan Allah'ın bu canlını mükəmməl bir sistemlə, bənzərsiz və qüsursuz olaraq yaratdığıdır.

Təkamülçülərin bu qədər açıq olmasına baxmayaraq, həqiqətləri görə bilməmələri və israrla hələ də boş cəfəngiyyatlara inanmaları isə üzərində düşünülməsi lazım olan əhəmiyyətli bir mövzudur. Bu boş cəfəngiyyatlara inanmağa davam etməyin səbəbi qavrayış əksikliyi və səthi dünyagörüşdür.

Bu qavrayış əksikliyi Allah'ın varlığını qəbul etmədiklərinə görə bu şəxslərə verilmiş bir qarşılıqdır. Allah bir ayəsində bu dünyagörüşünə sahib olan insanların vəziyyətini belə xəbər verir:

"Özləri Allah'ı unutmuş, beləcə, O da onlara öz nəfslərini unutdurmuş olanlar kimi olmayın. Məhz onlar fasiq olanlardır." (Həşr surəsi, 19)