Böcəklərdəki dizayn kosmos texnologiyasında istifadə edilir
515 milyon illik optik dizayn 20-ci əsrdə kəşf edildi. Peyklərdə enerji təmin edən günəş panelləri üçün ən ideal dizayn yenə böcəklərdə tapıldı.
Günəş panellərinin məhsuldar ola bilməsi üçün istilik və işıq dalğalarını heç əks etdirməmələri lazımdır. Ağcaqanad gözünün buynuz qişasını araşdıran elm adamları yeni bir anti-reflektor maddənin varlığını kəşf etdilər. İşığın əks olunmasına mane olan bu maddə günəş panelləri üçün çox uyğundur. Kosmos texnologiyası bu dizaynı hələ yeni kəşf edib surətini çıxararkən, ağcaqanad 515 milyon ildir bu xüsusiyyətə sahibdir. Ağcaqanadın çox iti və rəngli görməsini təmin edən bu bənzərsiz dizayn onun nə dərəcə üstün bir yaradılış məhsulu olduğunu göstərir.
Təyyarə texnologiyasının hədəfi: bayquşun səssiz uçuşu
Bayquşların gecənin səssizliyində ovlarına hiss edilmədən necə yaxınlaşa bildikləri aydın oldu. Amerikan Hava Qüvvələrinin Xəyal Təyyarə Proyekti üçün apardığı araşdırmalar bayquşlardakı bənzərsiz qanad dizaynını ortaya çıxardı.
Digər quş növlərinin qanadlarındakı tük quruluşu iti kənarlıdır. Bayquş tükləri isə bunun tam əksinə olaraq incə, lakin iti olmayan bir dizayna malikdir. Bu xüsusi dizayn gecə ov edən bu heyvana mükəmməl bir səssizlik təmin edir.
NASA Langley Araşdırma Mərkəzindəki elm adamlarının açıqlamalarına görə, bayquşun yumşaq kənarlı tüklərə sahib olan qanadları hava burulğanına, yəni səs-küyə mane olur. Hərbi dizaynerlər bayquş qanadlarını təqlid edərək, xəyal təyyarələrini səmada daha gizli uçura bilməyin yollarını axtarırlar.
Bayquşdakı bu mükəmməl qanad quruluşu və səssiz uçuş texnikası onu bənzərsiz yaratma xüsusiyyətinə sahib olan Allah'ın yaratdığını sübut edir.