Buqələmunun sorucu dili
Buqələmunlar ovlarını bir ox kimi atdıqları dilləri ilə tutur və udurlar. Bəs bu ovlama hadisəsi necə reallaşır? Buqələmunun dilinin ucunda bir qarmaq və ya yapışqan mövcud deyil. Buqələmunun böyük heyvanları da uda bildiyini düşündükdə bu möhtəşəm dizayn diqqəti daha çox cəlb edir. Elm adamları hədəfi tam vura bilən bu dili ballistik silaha bənzədirlər.
Son dövrlərdə bu usta ovçunun dilinin ucunda xüsusi bir sorucu sistem olduğu kəşf edildi. Bu kəşf ancaq yüksək texnoloji cihazların istifadə edilməsi ilə aşkar edilə bildi. Çünki dilin atılması, ova yapışması və ağıza geri çəkilməsi insan gözünün izləyə bilməyəcəyi qədər qısa bir müddət ərzində reallaşırdı. (Herrel, A. Meyers, Journal of Experimental Biology 203, 3255 - 3263 (2000))
Tədqiqatların nəticələrinə görə, bu xüsusi sorucu sistem belə işləyir: Buqələmunun dili əzələlər sayəsində bir ox kimi sıxılaraq atılır. Buqələmun ovuna yaxınlaşdığı və yaxşıca gərildiyi anda sinir hüceyrələrindən göndərilən siqnallarla iki xüsusi əzələ dilin yumru ucunu bir sorucuya çevirir. Beləcə, dilin ucunda yaranan dodaqlar ova toxunur və yapışır.
Buqələmunun dilindəki soruculuq dizaynı gündəlik həyatda gördüyümüz sorucu cihazlardan daha kompleksdir. Buqələmun kimi düşüncə qabiliyyətindən məhrum bir canlının bu dili öz-özünə yarada bilməyəcəyi aydındır. Bu möhtəşəm yaradılış Allah'ın üstün sənətinin dəlillərindəndir. Buqələmunun dilindəki bu ballistik mexanizmi hazırlayan və yaradan Allah'dır.