Alimləri heyrətləndirən dizayn
Bir yarış atı qaçarkən qıç sümüklərinə çox yük düşür. Bu qədər çox təzyiqə məruz qalan qıç sümüklərinin zəif yerlərindən asanlıqla qırıla biləcəyi düşünülə bilər. Ancaq bu baş vermir. Bu, atın yaradılışındakı üstün dizayndan qaynaqlanır.
Bir at hərəkət etdikcə ağırlığının çoxu qıçdakı üçüncü metakarp sümüyünün üzərinə düşür. Təxminən 25 sm uzunluğundakı bu sümüyün bir üzündə damarların sümüyə daxil olduğu paxla böyüklüyündə bir dəlik yerləşir. Bir yerdə dəlik olması normal vəziyyətdə onu zəiflədən bir faktordur. Bərk cisimlərin üzərinə qüc tətbiq etdikdə qırılmanın başlayacağı ilk yer dəliyin olduğu nöqtədir. Metakarp sümüyü isə fizika qaydalarını sanki alt-üst edərcəsinə bu dəlikdən qırılmır. Bu sümük laboratoriyada dəfələrlə qırılmış, ancaq dəlik qisminin daim möhkəm qaldığı görünmüşdür. Çünki dəliyin ətrafındakı toxuma mikroskopik ölçüdə elə xüsusi şəkildə təşkil edilmişdir ki, dəliyə tətbiq olunan təzyiq sanki əmilərək sümüyün hər tərəfinə yayılır. Atın qıçını qoruyan bu xüsusi dizayn təyyarə mühəndislərinin də diqqətini cəlb etmişdir. Çünki təyyarələrin gövdəsində olan və elektrik kabellərinin, yanacaq və hidrolik borularının keçirildiyi dəlikləri gücləndirmək mühüm bir problemdir. Bu problemi həll etməyin yollarını axtaran dr. Andrew Rapoff bir lövhə üzərində atın sümüyündəki dəliyi təqlid etmiş və dəfələrlə sınaqdan keçirilməyinə baxmayaraq, lövhə dəlikdən qırılmamışdır.
Rapoff artıq təyyarə gövdələrindəki dəlikləri sümükdəki dəliklər kimi hazırlayır. Atlardakı bu mükəmməl sistem yaradılış həqiqətinin bir nümunəsidir. Ətrafımızda bunun kimi Rəbbimizin üstün sənətini göstərən daha bir çox nümunə var.
"Rəbbiniz olan Allah budur. Ondan başqa İlah yoxdur. Hər şeyin Yaradıcısıdır, elə isə Ona qulluq edin. O, hər şeyin üstündə bir Vəkildir." (Ən'am surəsi, 102)