Xərçəngdəki qüsursuz göz dizaynı
Okeanların dərinliklərindəki zülmət qaranlıq bölgələrdə nəhəng yarıqlar boyu uzanan və sıçratdığı suyun temperaturu 400 dərəcəyə çatan hidrotermal bacalar var. Bu bacaların ətrafında "Bythograea thermydron" növünə aid olan bir xərçəng yaşayır və bu qədər yüksək temperaturdan təsirlənmir!
Yaşadığı yer zülmət qaranlıqdır. Ancaq bu qaranlıqda xərçəngin gözü əhəmiyyətli bir köməkçidir. Xərçəngi 400 dərəcəyə çatan temperaturdan uzaq tutan isə gözündəki xüsusi dizayndır.
Bu xərçənglər ağcaqanadlardakı kimi mürəkkəb göz quruluşuna malikdirlər. Bu gözlərin fokuslama edə bilmək xüsusiyyəti var və okeanın dərinliklərindəki zəif işığı qəbul edə bilir. Sürfə dövründən çıxan xərçənglərin gözləri diblərə doğru azalan işığı qəbul edə bilmək üçün dəyişməyə başlayır. Uzun müddət ərzində reallaşan bu dəyişmə xərçəngin DNT-də kodlaşdırılmış xüsusi proqram daxilində qüsursuz olaraq reallaşır. Tamamilə zülmət qaranlıqda və təxminən 4000 metr dərinlikdəki okean dibinə çatan yetkin bir xərçəng iri, sadə (bülluru olmayan) bir retinaya malik olur. İşığa qarşı çox həssas olan bu gözlər zülmət qaranlıqda xərçəng üçün bir növ "gecə görmə durbini" rolunu oynayır. Xərçəng gözləri ilə hidrotermal bacalar ətrafında mövcud olan zəif işıqları asanlıqla qəbul edə bilir.
Beləcə, yüksək temperaturu səbəbindən digər canlıları öldürən hidrotermal bacaları da uzaqdan qəbul edərək özünü qoruyur. (Harun Yəhya, Biomimetika) Bu kompleks plan üstün bir Ağılın varlığını göstərir. Uca Allah xərçəngi yoxdan var etmiş və onu ehtiyac duyacağı xüsusiyyətdəki gözlərlə təchiz etmişdir.