Akustika eksperti olan qurbağalar

Allah var Borneo adasında yaşayan erkək qurbağa səslərini uzaqdakı dişilərə eşitdirə bilmək üçün ağac oyuqlarındakı rezonansdan istifadə edir, fizika qanunlarını bilirmiş kimi ağıllı davranışlar nümayış etdirirlər.

Boyları 2 santimetri keçməyən bu qurbağaların səsi 50 metr uzaqdan eşidilə bilir. Bu kiçik canlıların belə gurultulu bir səsi necə çıxara bildiyini araşdıran elm adamları bu qurbağaların fizika qanunlarından təsirli şəkildə faydalandığını ortaya çıxardı.

Cütləşmə dövrü gəldikdə erkək qurbağalar özlərinə uyğun ağac oyuğu axtarışına çıxırlar. Bir oyuq əldə edən qurbağa dərhal içində olduğu mühitin səs çatdırma xüsusiyyətini sınaqdan keçirməyə başlayır. Fərqli səslər çıxararaq etdiyi incə nizamlardan sonra müəyyən bir səs tezliyi təyin edir. Bu tezlikdəki səs dalğaları ağacın titrəşmə tezliyinə bərabər olduğundan rezonans ortaya çıxır, yəni qurbağanın səsi olduğundan qat-qat daha yüksək eşidilir.

Alimlər qurbağanın fizika qanunlarını təsirli şəkildə istifadə etdiyini bildirirlər. Qurbağanın doğru tezliyi müəyyən edə bilməsi üçün dalğa uzunluğundakı ən kiçik dəyişiklikləri qəbul edə biləcək eşitmə sisteminə malik olması lazımdır. Belə həssas bir eşitmə sistemi geniş bir tezlik aralığında səs çıxara bilmək xüsusiyyəti ilə birləşir və bütün bunlar xüsusi sinir sistemi sayəsində mümkün olur. Bəs bu kiçik canlı səsini uzaqlara eşitdirmək üçün belə bir davranışın təsirli olacağını haradan bilir? Buna uyğun sinir sistemi, lazımlı orqanlar və bu şüur necə bir yerə toplanmışdır? Qurbağadakı inkişaf etmiş sistemləri yaradan və bu ağıllı davranışı qurbağaya ilham edən Allah'dır. Allah yer üzündəki bütün canlıların Yaradıcısıdır. Bütün canlılar Onu təqdis edir.

"Yeddi göy, yer və onlarda olanlar Allah'ı təqdis edir. Elə bir şey yoxdur ki, Allah'a tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. (Allah) həqiqətən, həlimdir, bağışlayandır!" (İsra surəsi, 44)