Dənizin qabarmasını gözləyən aterinalar

Allah var Uca Allah'ın yaratdığı canlıların bir çoxu nəsillərini davam etdirmək üçün möcüzəvi üsullardan istifadə edirlər. Aterina balığının çoxalma üsulu çox uzun müddətli bir plan tələb edir. Elm adamlarını heyrətə salan bu plan Allah'ın yaratmasındakı mükəmməlliyin dəlillərindən biridir.

Dünyadakı bütün canlılar çoxalmalarından qorunmalarına, qidalanma formalarından yuvalarına qədər saysız-hesabsız üstün xüsusiyyətlərlə təchiz edilmişlər. Bu canlıların həyatları araşdırıldıqda isə həm fiziki xüsusiyyətlərinin, həm də davranışlarının bir-biri ilə və yaşadıqları mühitlə tam uyğunluq içində olduğu görünür. Dənizlərin altındakı canlılarda da bu cür üstün xüsusiyyətlərə rast gəlirik. Bunlardan biri də Aterina balığıdır.

Aterina balıqları digər balıqlardan fərqli olaraq yumurtalarını quruda torpağın içinə basdırırlar, çünki yumurtaları ancaq belə bir mühitdə inkişaf imkanı tapa bilir. Ancaq aterinalar üçün quruya qısa müddətli də olsa çıxmaq ölüm deməkdir. Bu təhlükəyə baxmayaraq, bunu edirlər, çünki əgər etməsələr, nəsillərini davam etdirə bilməyəcəklər.

Çoxalma mövsümü gəldikdə minlərlə aterina balığı yumurtalarını qumluğa buraxmaq üçün qüsursuz bir zamanlama ilə eyni anda hərəkətə keçirlər. Bunun üçün çox praktik üsulları var. Quruya çıxmaq üçün Ayın cazibə qüvvəsi ilə baş verən qabarma-çəkilmə hadisəsini gözləyirlər. Qabarma-çəkilmə səbəbindən qabaran dənizin ən yüksək səviyyəsini gözləyən balıqlar sahilə çırpılan böyük dalğalarla özlərini quruya atırlar.

Bu yolla quruya çıxmağı bacaran dişi aterinalar bir müddət qumun üstündə qalırlar. Hər dişi aterina sudan kənarda qaldığı bu qısa zamanda ustalıqla qıvrılıb bükülərək quma bürünür və 5 sm dərinliyə yumurtalarını qoyurlar. Bunun səbəbi yumurtaların ancaq quma basdırıldıqda inkişaf edə bilməsidir. Yumurtaların axıntılı suyun içində çatlamadan inkişaf edə bilməsi qeyri-mümkündür. Yeni doğulacaq aterina balalarının yumurtadan sağlam çıxa bilmələri 15 gün ərzində təhlükəsiz bir mühitdə inkişaf edə bilmələrindən asılıdır. Bu da ancaq sahildə basdırılmış vəziyyətdə qalmaları ilə mümkün olur.

Balıqların çoxu yumurtalarını suyun içindəki bir düzənliyə qoyarkən, aterinalar yumurtalarını quruda açdıqları bir çuxura basdırmağın lazım olduğunu bilirlər. Belə bir ağılın bu balığın özünə aid olmadığı açıq-aşkar bir həqiqətdir. Çünki bir balığın bunu belə bilməsi üçün yumurtaların qabığını araşdırıb hansı şəraitdə qırılacağını, ya da möhkəm qalacağını hesablamağı, sonra da qurunun daha etibarlı olduğuna qərar verməyi lazımdır. Eyni zamanda yumurtanın inkişafını tamamlama müddətini bilməyi, bunu da qabarma-çəkilmə hadisəsinin müddətinə görə nizamlayıb eyni ana bərabər gəlməyini hesablayan bir plan qurmağı lazımdır. İnsanların xüsusi təcrübələr keçirmədən bilməyəcəyi bu doğum üsulunu aterina balığına öyrədən, şübhəsiz ki, bütün aləmlərin Rəbbi olan Allah'dır.

"... Şübhəsiz ki, mənim Rəbbim dilədiyini çox incə hesabla təşkil edib tədbir edəndir. Həqiqətən, bilən, hökm və hikmət sahibi Odur." (Yusuf surəsi, 100)

Aterinadan başqa heç bir balıq özünü bu şəkildə quruya atmaq ehtiyacı hiss etmir. Quru balıqların yaşaya bilməyəcəyi bir yerdir. Amma aterina yumurtalarının quruda böyüməsinin lazım olduğunu bilirmiş kimi quruya çıxmaq cəsarətini göstərir. Minlərlə yumurtanın quruya qoyulduğu bu yorucu əməliyyatdan sonra dişi balıq son dəfə cəhd edərək qumdan çıxır və dənizə qayıdır. Yenidən yumurtlamağa hazır vəziyyətə gələnə qədər bir daha quruya çıxmır.

Dişi aterinanın quma basdırdığı yumurtaların yetkinləşmə müddəti on beş gündür, yəni yumurtaların çatlaması tam olaraq bir sonrakı qabarma-çəkilmə zamanına uyğun gəlir. Aradan keçən on beş gün içində yumurtaların quruda yetkinləşməsi lazımdır. Həqiqətən də, bu müddət ərzində yumurtaların olduğu yerə dəniz suyu gəlmir. Lakin on beş gün sonra, yəni yumurtaların artıq çatlayıb dənizə tökülməsi lazım olduğu zaman su yeni bir qabarma-çəkilmə ilə yüksəlir və yumurtaları götürərək dənizin içinə sürüyür. Bu sürümə əsnasında çatlayan yumurtalardan artıq dənizdə yaşamaq zamanı gəlmiş kiçik aterina balaları çıxır.

Hər şey elə mükəmməl bir şəkildə hesablanmışdır ki, yumurtaların quruya basdırıldığı günlərdə sahildəki su yüksəlmir. Bu vaxt yumurtalar inkişaf edir və çatlamaq vəziyyətinə gəlir. Yumurtaların bir sonrakı qabarma-çəkilmə əsnasında çatlamağı da başqa bir möcüzədir. Əgər sular on beş gündən daha əvvəl yüksəlib yumurtalara çatlasaydı, suların sahilə çırpılması ilə yumurtalar çatlayacaq və vaxtsız doğulan balalar yumurtadan çıxar-çıxmaz öləcəkdilər. Əgər dənizin yenidən yüksəlməyi və yumurtalara çatmağı on beş günü keçsəydi, bu dəfə də yumurtalar öz-özünə çatlayacaq və doğulan balalar quruda qalıb dənizə çata bilmədən öləcəkdilər.

Bu hadisədə üzərində düşünülməsi lazım olan nümunələr var. Məsələn, balıqlar yumurtaları qoymaq üçün reallaşdırdıqları ilk sıçrayışdan bir müddət əvvəl qabarma-çəkilmə qurşağının gerisindəki hissəyə yığılır və sürü şəklində dənizin qabarmağını gözləyirlər. Yəni dənizin qabaracağını bilirlər. Bəs necə?

Ağıl sahibi olmayan balıqlara bunu öyrədən aləmlərin Rəbbi Allah'dır. Uca Allah'ın ilhamı ilə balıq yumurtlamaq üçün həm suların ən çox qabardığı günü, hətta saatı, həm də erkən davranmamağın lazım olduğunu bilir.

Hər şeyi hikməti ilə əhatə edən və qüdrəti ilə istiqamətləndirən Allah bu balığa da nəslini davam etdirə bilməyi üçün belə mükəmməl bir üsul göstərmiş, ehtiyacı olan bütün nemətləri ona vermişdir. (Harun Yəhya, Təbiətdəki Mühəndislik)

Bu möcüzələrlə dolu çoxalma üsulunun başqa bir hikmətli cəhəti isə yumurtaların dənizdəki təhlükələrdən uzaqda və etibarlı şəkildə inkişafıdır. Allah'ın üstün yaratmasının dəlillərindən biri olan aterina balığı bu davranışı əsrlərdir heç çaşmadan, fevral ayının sonundan sentyabr ayına qədər böyük bir nizam içində təkrarlayır.

Şübhəsiz, bütün bunlar düşünən insanlar üçün həm Allah'a qeydsiz-şərtsiz bir təslimiyyət nümunəsi, həm də bu təslimiyyət qarşısında Rəbbimizin hər yeri rəhməti ilə necə əhatə etdiyini görməkdən qaynaqlanan bir şükür səbəbidir.