Mantis böcəyinin ultrasonik qulağı

Allah var Mantis böcəyinin qulağı hücum hazırlığındakı yarasalara qarşı erkən xəbər alma sistemi funksiyası yerinə yetirir. Bunun sayəsində böcək hücum anında yarasanın sürətinə baxmayaraq, təsirli bir manevrlə düşmənindən xilas ola bilir. Mantis böcəyindəki bu sistem döyüş təyyarələrindəki elektron sistemlər kimi işləyir. Belə kompleks bir mexanizmin yalnız bir izahı ola bilər: Şüurlu yaradılış.

Uzun illərdir ki, canlılardakı səs və eşitmə sistemlərini araşdıran Maryland Universitetinin nevroloqlarından dr. David Yager 1986-cı ildə doktorantura tələbəsi ikən Mantis adlı bir böcəyin başqa heç bir canlıda mövcud olmayan xüsusi bir eşitmə sistemi olduğunu müəyyən etdi. (Yager, D. D. and Hoy, R. R. (1986) The cyclopean ear: A new sense for the praying mantis. Science 213: 727-729) Elm adamının böcək üzərində apardığı son təcrübələr isə canlının eşitmə sisteminin kompleksliyinin düşünüləndən qat-qat çox olduğunu ortaya çıxardı.

Mantislər bir qulağı olan böcəklərdir. Bu tək qulaq böcəyin sinəsində, qıç çıxıntılarının arasında yerləşir. Qulağı sayəsində insanın eşidə bilməyəcəyi 20.000 hertsdən böyük tezlikli səsləri eşidə bilir. Bu ultrasonik qulaq yarasalara qarşı erkən xəbərdarlıq sistemidir. Yarasalar ətraflarına səs dalğaları göndərirlər. Ətrafdakı cisimlərə dəyərək yarasaya geri qayıdan dalğalar bir növ ultrasonik radar funksiyası yerinə yetirirlər. İstiqamətlərini tapmaqda və ovlarını axtarmaqda bu ultrasonik radar çox təsirlidir. Hərəkətli canlıların mövqeyi yarasa tərəfindən asanlıqla təyin olunur.

Mantislər də oxşar ultrasonik sistemlə təchiz edilmişlər. Bu ultrasonik radarlar vasitəsilə ətrafda yarasa olduğunu asanlıqla hiss edirlər. Yarasa və mantis bir-birlərinin hərəkətlərini radarları vasitəsilə izləyə bilən, yüksək texnologiya ilə təchiz edilmiş döyüş pilotları kimidir.

Üstün dizayna malik olan bu iki heyvanın mübarizəsini araşdıran elm adamları mantisə hücum edən bir yarasanın böcəyə yaxınlaşdıqca sıxlığı getdikcə artan siqnallar yaydığını aşkar etdilər. Mantisin isə sürətlə yaxınlaşan təhlükəyə baxmayaraq, yarasadan gələn ultrasonik siqnallar müəyyən bir sıxlığa çatana qədər mövqeyini mühafizə etdiyini müşahidə etdilər. Hər ikisinin havada olduğu və yarasanın mantisə dəymək üzrə olduğu anda mantis qəflətən olduğu yerdən aşağıya doğru hərəkət edərək yarasanın hücumunu təhlükəsiz edirdi. Bu ani manevr arxadan yaxınlaşan bir döyüş təyyarəsindən qaçmaq istəyən pilotun etdiyi manevrə bənzəyirdi.

Mantis sürətlə aşağıya enərkən havada fırlanaraq spiralvari hərəkətlər edir, yerə düşməkdən bir az əvvəl tarazlığını qoruyaraq, uçmağa davam edirdi. Yarasanın məhdud manevr qabiliyyəti aşağı doğru qovmağına mane olurdu.

Bunu müşahidə edən elm adamları mantisin necə olur ki, bu ani dalğıc hücumunu reallaşdırdığını araşdırdılar. Eşitmə və sinir sistemlərində hansı proseslərin baş verdiyini anlaya bilmək üçün böcəyin sinir hüceyrələrinə elektrodlar bağladılar. Laboratoriyada başına elektrodlar yerləşdirilmiş mantisi tavandan asdılar və bir yarasanı sərbəst buraxdılar. Hazırladıqları elektrod qurğu ilə mantisin eşitmə orqanından beyninə gedən siqnalları ölçdülər.

Siqnal qeydlərini araşdıran elm adamları təəccüb doğuran bir hadisə ilə qarşılaşdılar. Yarasa mantisə toxunmadan yalnız 300 millisaniyə əvvəl (millisaniyə saniyənin mində biridir) eşitmə siniri sıradan çıxır və qulaqdan beyinə göndərilən siqnallar birdən kəsilirdi. (Nationalgeographic.com: Praying Mantis Uses Ultrasonic Hearing to Dodge Bats, 19. 10.2002) Siqnalların birdən kəsilməsi ilə mantis enir və ov olmaqdan xilas olurdu. Elm adamları qulaqdakı eşitmə sinirlərinin ani enmə əmri verdiyini düşünürlər.

Allah bənzərsiz yaradandır

Allah var Mantisin heç bir canlıda olmayan ultrasonik qulağı mükəmməl bir dizayn nümunəsidir. Ətrafdan gələn səs dalğalarını elektrik siqnallarına çevirən qulaq, bu siqnalları beyinə çatdıran sinir hüceyrələri və beyin sistemin uyğun şəkildə işləməyini təmin edir.

Böcəkdəki sistemin işləyə bilməsi üçün bütün orqanlar eyni anda, qüsursuz olaraq və bir-birlərinə uyğun şəkildə mövcud olmalıdır. Bunların hər hansı birinin əksikliyi nəticəsində sistemin işləməyi mümkün deyil.

Yer üzünü və içindəki milyonlarla canlı növünü yoxdan var edən, aləmlərin Rəbbi olan Allah mantis böcəyini də malik olduğu bütün sistemlərlə birlikdə mükəmməl şəkildə yaratmışdır. Allah Quranda belə buyurur:

"Göylərin və yerin mülkü Onundur; Onun övladı yoxdur. Ona mülkündə ortaq yoxdur, hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçü ilə təqdir etmişdir." (Furqan surəsi, 2)

Meşənin saxta çiçəkləri: mantislər

Allah varMantis böcəyi malik olduğu ultrasonik qulaq hesabına düşmənlərindən qorunduğu kimi bu üstün xüsusiyyəti ov etmək üçün də istifadə edir. Kiçik böcəklərlə qidalanan mantislər ovlayacaqları canlıların özlərindən nə qədər uzaqda olduğunu da qulaqları vasitəsilə müəyyən edirlər. Hərəkətsiz bir tərzdə yarpağın içində kamuflyaj olan mantislər ovları yaxınlaşarkən ani bir hərəkətlə onları tuturlar.

Bəzəkli xarici görünüşlərinə görə meşələrin saxta çiçəkləri kimi də tanınırlar. Məsələn, Hymenopus Mantis növü alt qollarını açır və çiçəyin tac şəklindəki yarpaqlarını təqlid etmək üçün oval quyruq hissəsini havaya qaldırır. Bunun sayəsində üzərində olduğu çiçəkdən əsla ayırd edilmir. Şübhəsiz, Mantisin bu qədər yaxşı bir kamuflyaj ustası olmağı təsadüfən meydana gəlməmişdir. Allah bu canlını da digər milyonlarla canlı növü kimi xüsusi olaraq yaratmış və "Ol" əmri ilə var etmişdir.