Oxçu balığındakı mükəmməl dizayn

Allah var Təbiətdəki ən iti nişançılardan biri oxçu balığıdır. Balıq su səthinə yaxın bir nöqtədən suya yaxın budaq və ya yarpaqda dayanan böcəkləri müşahidə edir. Hədəfini təyin etdiyi anda çox heyrətamiz hərəkət edir. Ağzından püskürtdüyü su ilə hədəfini vurur və olduğu yerdən suya atır. Sanki sudan bir oxla vurduğu böcəyi sürətlə tutaraq udur. Bu ov etmə üsulu olduqca həssas nizamlamalara əsaslanır. Balığın suyun içindən havadakı canlının yerini doğru şəkildə təyin etməsi əhəmiyyətlidir. Çünki işıq sıxlığı fərqli mühitlər arasından keçərkən bucaq dəyişdirir və yanılmalara səbəb olur. Suyun içinə uzatdığımız bir çubuğun su içindəki hissəsinin görünüşünün sınmış olaraq görünməsi kimi...

Oxçu balığı isə bucaq yayınmasını "hesablayır" və ona müvafiq olaraq nişan alır. Fizikada sındırma əmsalı kimi bilinən faktor balığın hədəfini vurmasına mane olmur.

Bu ov etmə üsulunun başqa bir əhəmiyyətli ünsürü balığın ağzındakı su püskürtmə sistemidir. Balığın püskürtdüyü su düz xətt üzərində və dağılmadan hədəfinə doğru irəliləyir. Bu sistem xüsusi ağız quruluşu və əzələ toxumasına əsaslanır. Suyun püskürdülməsi üçün müəyyən miqdarda təzyiq lazımdır, boşalaraq suyu içəri alan əzələlərin birdən sıxılması ilə bu təzyiq əldə edilir.

Balıq hədəfini vurub suyun içinə saldığı böcəyi tutmaqda çox sürətli davranmalıdır. Çünki başqa balıqlar bu ovu asanlıqla oğurlaya bilirlər. Oxçu balığı üçün ovunu tutmaq heç bir problem yaratmır, çünki o hələ ovuna atışını edərkən ovunun hara düşəcəyini artıq hesablamış olur!

Elmi adı Toxotes jaculatrix olan bu balıq növü üzərində son tədqiqatı Almaniyanın Freiburg şəhərindəki Albert Ludwigs universitetindən Stefan Schuster reallaşdırdı. Balığı sürətləndirilmiş video kameraya çəkən Schuster ovun düşəcəyi yerin və bunun nə qədər vaxt alacağının hesablandığını təyin etdi. Buna görə, balıq ovunun hara və nə vaxt düşəcəyini çox qısa müddətdə, saniyənin yalnız onda birində hesablaya bilir. Journal of Experimental Biology adlı jurnalda yerləşdirilən məlumata görə, bu hesablama üçün tək bir baxış kifayətdir.

Bir beysbol oyununda qarşıdan topa sürətlə vurulduğu anda topun hara və nə vaxt çatacağını müəyyən etmək qeyri-mümkündür. Oyunçu bir tərəfdən qaçarkən digər tərəfdən topu izləmək məcburiyyətindədir. Balığın qabiliyyəti beysbol oyunçusunun topa vurulan kimi düşəcəyi nöqtəyə getməsi kimidir.

Ovların ağırlıqları fərqli olduğu üçün düşmə sürətləri də fərqli olur. Bu vəziyyət isə balığın verəcəyi qərarı daha da kompleks hala gətirir. Balıq isə hər ov üçün ayrı hesablamalar təyin edir və ovunu müvəffəqiyyətlə tutur.

Tədqiqatçılar balığın qabiliyyətini ölçmək üçün onu bəzi sınaqlardan keçirdilər. Əvvəldən hazırladıqları ölü bir böcəyi balıq vurduğu anda təbii əyri xətti üzrə deyil, şaquli olaraq suya atdılar. Balıq bu hiyləyə aldanmadı və ovun şaquli olaraq düşdüyü yerə hücum etdi. Başqa bir sınaqda isə böcəyi şüşə lövhə üzərində tutdular. Balıq hücum edərkən böcəyi hava üfürərək şüşə üzərində üfüqi xəttdə hərəkət etdirdilər. Balıq yenə çaşmadı və üfüqi xəttə görə hücum etdi. Bu iki sınaq balığın təsadüfi, ya da avtomatik hücumlar etmədiyini ortaya qoyur.

Bütün bu xüsusiyyətləri oxçu balığını mükəmməl hazırlanmış bir püskürtmə sisteminə malik olan, riyazi hesablamalar edə bilən bir canlı edir. Bəs ağıldan məhrum olan bu balıq necə olur ki, belə qəti fiziki hesablamalar edə bilir? Sudan havaya keçiddəki sınma zamanından qaynaqlanan bucaq fərqini haradan bilir? Balıqdakı əzələ sistemi və ağız quruluşu ilə qüsursuz olan püskürtmə sistemi necə ortaya çıxmışdır?

Əlbəttə ki, bu məlumatlar ancaq fizika təhsili almış bir insanın bilə biləcəyi məlumatlardır. Balıq bu məlumatları özü öyrənmiş və şərh etmiş ola bilməz. Balıq bu məlumatları 'xatırlaya bilməz', fizika düsturlarına görə 'tənlik qura bilməz'.

Püskürtmə sistemi su tapançası kimi işləyir. Bir su tapançasını araşdırdıqda bir təzyiq nasosu, onu işlədəcək bir tətik mexanizmi və püskürtmə ucu diqqətimizi çəkir. Bunların xüsusi olaraq hazırlandığını anlayırıq.

Allah var Eynilə su tapançasında olduğu kimi balığın püskürtmə sistemi də xüsusi hissələrdən meydana gəlir. Sıxılıb boşalaraq təzyiq meydana gətirən bir əzələ sistemi, əzələ liflərini qıcıqlandıran sinir hüceyrələri və suyun düz xətt üzrə getməsi üçün xüsusi olaraq şəkilləndirilmiş ağız... Bu parçalar möhtəşəm dizaynla bir yerə gətirilmişdir.

Əlbəttə ki, bunlar özbaşına mövcud olub, təsadüfən bir yerə toplaşa bilməzlər. Belə bir sistemin mərhələlərlə təkamül keçirməsi qətiyyən mümkün deyil, çünki bu üç hissə dəyişməz komplekslik xüsusiyyəti ortaya qoyur. Hissələrin hamısı eyni anda, qüsursuz olaraq mövcuddurlar. Hissələrin biri yarımçıq, ya da qüsurlu olduğu halda sistemin hamısı funksiyasını itirir və təkamül məntiqinə görə, bu orqanlar istifadə edilmədiyi üçün korlaşır.

Bu vəziyyətdə balığın xüsusi olaraq yaradıldığı və davranışı üçün lazımlı məlumata malik olmadığı, ona ilham edildiyi ortaya çıxır. Kainatı və içindəki hər şeyi yoxdan var edən üstün və güclü olan Allah bu balığı malik olduğu bütün sistemlərlə birlikdə, mükəmməl yaradılışla yaratmışdır. Allah yer üzündəki milyonlarla canlı növünü örnəksiz var edəndir.

"Göylərin və yerin mülkü Onundur; Onun övladı yoxdur. Ona mülkündə ortaq yoxdur, hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçü ilə təqdir etmişdir." (Fatir surəsi, 2)