Canlılardakı möcüzəvi çoxalma texnikaları
Canlılar dünyasında nəslin davamı və çoxalma çox vacibdir. Allah yaratdığı bütün canlılara nəslini davam etdirmələri üçün möcüzəvi çoxalma növləri vermişdir. Bunlardan bir neçəsini araşdıraq.
Timsahların yumurtalarına göstərdikləri diqqət
Çaylardakı canlılar üçün qorxu mənbəyi olan timsahın öz balalarına göstərdiyi diqqət olduqca heyrətamizdir. Timsah əvvəl yumurtalarının inkişafı üçün çuxur qazır. Bu çuxurda temperatur heç bir zaman 30 dərəcədən çox olmamalıdır. Çünki temperaturun bir az artması yumurtanın içərisindəki balaların həyatını təhlükəyə atacaq. Timsah bu iş üçün əvvəldən tədbir görmüş və yumurtalarını yerləşdirdiyi çuxurların yerini günəş şüalarının düşməyəcəyi şəkildə nizamlamışdı. Ancaq bu qaneedici tədbir olmaya bilər. Ana timsah bu ehtimaldan xəbərdarmışcasına yumurtalarını sabit temperaturda saxlaya bilmək üçün qeyri-adi bir cəhd göstərir.
Balaların yuvası ana ağızı
Bəzi timsah növləri isə çuxur qazmaq əvəzinə sərin suyun üzərinə otdan yuva qururlar. Yuvadakı temperatur bu qədər tədbirə baxmayaraq, yenə də yüksəlsə bu dəfə üzərinə maye səpərək temperaturu salırlar.
Bütün canlılar arasında xüsusilə də anaların balalarına qarşı davranışlarında möhtəşəm köməkləşmə və fədakarlıq var. Təbiətdəki mükəmməl uyğunlaşma üstün bir Yaradıcı olan Allah'ın varlığının dəlillərini açıq-aşkar ortaya qoyur.
Kenquru balasının dünyaya gəlməsi
Kenquruların çoxalma sistemi digər məməlilərdən fərqlidir. Kenquru embrionu normalda bətndə keçirməsi lazım olan inkişafının bir hissəsini bətnin kənarında tamamlayır. Döllənmədən təxminən 33 gün sonra hələ bir santimetr uzunluğunda olan kenquru balası dünyaya gəlir. Bu mərhələni bütün məməlilər ana qarnında keçirərkən, kenquru balası hələ bir santimetr uzunluğunda olarkən dünyaya gəlir. Hələ inkişaf etməmişdir. Ön ayaqları dəyişkən halda və arxa ayaqları da kiçik çıxıntılardan ibarətdir.
Doğan bala təxminən üç dəqiqəlik səfər nəticəsində anasının kisəsinə çatır. Digər məməlilər üçün ana bətni nədirsə, kiçik kenquru üçün də bu kisə odur. Amma çox mühüm bir fərq var. Digərləri dünyaya körpə olaraq gələrkən, kenquru balası bətndən çıxdıqda forma etibarilə bir embriondur. Ayaqları, üzü və daha bir çox üzvü hələ son halını almamışdır.
Anasının kisəsinə çatan bala dörd məmə ucundan birinə yapışır və süd əmməyə başlayır. Bu dövrdə ana yenidən cütləşib və yeni bir yumurta meydana gətirib. Döllənmədən 33 gün sonra paxla böyüklüyündə yeni bir bala doğulur və qardaşı kimi sürünərək kisəyə çatır.
Bir kenquru balalarına verəcəyi südün tərkibində hansı nisbətdə hansı qida maddələrinin olduğunu hesablaya bilməz. Hesablasa belə bunu öz bədənində yarada bilməz. Ananın bu işi şüurlu olaraq tənzimləməsi qeyri-mümkündür. Bu möcüzə aləmlərin Rəbbi Allah'ın üstün yaratmasının dəlillərindən yalnız biridir..