Anbar mühəndisi olan qunduzlar
Çayların nəzarət altına alınması əsrlərlə insanların araşdırdığı əhəmiyyətli mövzulardan biri olmuşdur. Bunun üçün böyük səy göstərilmiş, xüsusi istehsal texnikaları kəşf edilmişdir. Şüur sahibi olmayan qunduzların da sanki memar kimi hesablamalar apararaq, özlərinə qüsursuz yuvalar tikmələri heyvanlar dünyasında rast gəlinən ən düşündürücü nümunələrdən biridir.
Anbar tikmək həqiqətən çətin bir işdir. Məsələn, Fərat çayı üzərindəki Atatürk anbarının istehsalı doqquz il davam etmiş və bu müddət ərzində 9 min işçinin eyni anda işlədiyi günlər olmuşdur. Belə ciddi bir əmək tələb edən anbar inşaasına heyvanlar aləmində də rast gəlindiyini bilirdinizmi?
Qunduzlar yuvalarını durğun gölməçələrin içində qururlar. Ancaq bu gölməçənin xüsusiyyəti qunduzların tikdiyi anbarla süni olaraq meydana gətirilmiş olmasıdır. Qunduzlar suyun önünü kəsmək və durğun gölməçə meydana gətirə bilmək üçün ilk olaraq qalın budaqları dərə yatağının içinə itələyirlər. Sonra isə daha incə budaqları daha ağır olanların üzərinə yığırlar. Amma qarşılarına çıxan bir problem var ki, axan su bu kütləni alıb apara bilər. Əgər anbar dərə yatağına möhkəm şəkildə birləşə bilməsə, su qısa müddətdə onu korlayacaq. Anbarın su tərəfindən paylanmaması üçün ediləcək ən ağıllı iş əvvəl dərə yatağında payalar tikmək və anbarı bu payalar üzərinə gətirməkdir. Bu səbəbdən qunduzlar anbarlarını tikərkən əsas daşıyıcı olaraq böyük payalar istifadə edirlər. Amma bu payaları dərə yatağında tikmirlər, istifadə edəcəkləri parçaları daşlarla ağırlaşdıraraq su içində möhkəmlədirlər.
Qunduzlar ən son olaraq yığdıqları budaqları gil və ölü yarpaqlardan düzəltdikləri xüsusi bəndlə bir-birlərinə yapışdırırlar. Bu bənd su keçirmir və suyun axma gücünə qarşı çox dayanıqlıdır. Bir neçə aylıq işin sonunda bəndin arxasında anbar gölməçəsi meydana gəlir. Ancaq gölməçə böyüdükcə anbarı da möhkəmdirmələri və bir tərəfdən də çatlaqları təmir etmələri lazımdır. Bunun üçün ağacların aralarını palçıqla doldurur və bəndi qollarla möhkəmlədirlər.
Qunduzların anbarları çökəkdir
Hər hansı bir anbar inşaasında işləyən mühəndislər plan layihələşdirirlər. Mühəndislərin hazırladığı layihənin həyata keçməsi üçün inşaat işçiləri fiziki olaraq da çox işləyirlər. Halbuki, qunduzlar öz anbarlarının həm işçisi, həm də mühəndisidirlər. Bu iş üçün çox uyğun bir planla işləyirlər.
Qunduzların qurğuqları anbarların forması çökəkdir. Yəni içə doğru çökək qövsi-quzeh şəklindədir. Bütün qunduzlar anbarlarını çökək formada qururlar. Bunu edərkən məqsədləri də anbarın suyunun önünü 45 dərəcəlik bucaqla kəsilməsini təmin etməkdir. Yəni anbarı budaqları suyun önünə təsadüfi ataraq deyil, tamamilə planlı şəkildə qoyaraq tikirlər. Burada diqqətçəkən cəhət müasir dövrün hidroelektrik stansiyalarının hamısının bu bucaqla tikilməsidir. Qunduzlar bununla yanaşı, suyun önünü tamamilə kəsmək kimi bir səhvə də yol vermirlər. Anbarı istədikləri yüksəklikdə su tuta biləcək şəkildə tikir, çox suyun axması üçün xüsusi kanallar buraxırlar. Bu üstün ağıl, əlbəttə ki, qunduzların özünə aid deyil. Bu canlılar uca Allah'ın ilhamı ilə hərəkət edirlər. Bunun diqqətçəkici tərəfi insanların anbarların bu şəkildə inşa olunmasını uzun hesablamalar, mürəkkəb tənliklər nəticəsində öyrənmiş olmalarıdır. Qunduzlar isə mühəndislik təhsili almağa ehtiyac olmadan bu çətin işləri bacarırlar. Çünki onları sonsuz elm sahibi olan Allah bu məlumatla birlikdə yaratmışdır.
Anatomik quruluşları bu işə əlverişlidir
Qunduz bir il içində 200-ə yaxın ağacı aşırda bilir. Üstəlik bu əməliyyatların hamısını da dişləri ilə edir. Vaxtaşırı dişləri sürtülür və bəzən də qırılır. Ancaq bu qunduzlar üçün maneə yaratmır, çünki kəsici ön dişləri çox qısa bir müddətdə təkrar uzanır. Amma yalnız ön dişləri uzanır, əgər bu iş üçün istifadə etdikləri arxa dişləri də uzansaydı, ağız quruluşları pozular, dişlərini istifadə edə bilməzdilər.
Qunduzların anbar inşaasını həyata keçirə bilmək üçün həmçinin yaxşı üzgüçü olmaları da lazımdır. Belə ki, bədənlərinin anatomik quruluşu da buna çox uyğundur. Pərdəli ayaqları və palitraya bənzəyən quyruqları suyu asanlıqla itələmələrini təmin edir. Qunduzların suyun içində rahat hərəkət etmələrini təmin edən başqa bir xüsusiyyət isə gözlərindəki xüsusi dizayndır. Gözlərində yarı şəffaf olan ikinci bir göz qapağı var. Bu da onları suyun təsirindən qoruyur. Üstəlik qulaqları və burun dəlikləri də suyun içəri girməsinə mane olacaq şəkildə bağlanaraq qorunur.
Qunduzlardakı ağıllı davranışın mənbəyi
Qunduzlar anbar tikməyi də, belə bir yuva qurmağı da doğulduqları andan etibarən bilirlər. Əlbəttə ki, bu özbaşına olan bir şey deyil. Daha doğulmadan bütün bunlar onlara öyrədilmişdir. Buna görə işlərini bu qədər yaxşı bacarırlar. (Harun Yəhya, Təbiətdəki mühəndislik)
İndiyə qədər yaşamış bütün qunduzlara və əlbəttə ki, digər heyvanlara da edəcəkləri şeyləri ilham edən Rəbbimiz bənzərsiz ağıl və mərhəmət sahibidir. Allah hər şeyə güc çatdırandır və bütün canlıları yaradandır.
"Allah hər heyvanı (canlını) bir sudan (nütfədən) yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Həqiqətən, Allah hər şeyə qadirdir!" (Nur surəsi, 45)