Yarasaların möhtəşəm radarları

Allah var Təcrübələrin əvvəlində yarasanı qaranlıq otağa salıblar, həmin otağın bir küncünə isə yarasanın qidası olan ağcaqanad yerləşdiriblər. Bu andan etibarən otaqda baş verənlər qaranlıqda kameralarla izlənilmişdir. Təcrübədə ağcaqanad uçmağa başlayan kimi yarasanın dərhal hərəkətə keçərək ağcaqanadı ovladığı görünmüşdür. Bu təcrübənin sonunda yarasaların qaranlıqda belə işləyən çox iti qəbul etmə qabiliyyəti olduğu nəticəsinə gəliblər. Görəsən yarasanın bu qavrayışı eşitmə hissindən, yoxsa gecə görmə qabiliyyətindən qaynaqlanır?

Bu sualı cavablandırmaq üçün ikinci bir təcrübə də aparılmışdır. Eyni otağının küncünə bir qrup tırtıl buraxılaraq üzərləri qəzet səhifəsi ilə örtülmüşdür. Təcrübədə sərbəst qalan yarasa vaxt itirmədən, yerdəki qəzet səhifəsini qaldıraraq tırtılları yemişdir. Bu təcrübə yarasanın istiqaməti tapma qabiliyyətinin görmə duyğusu ilə bağlı olmadığını göstərir.

Elm adamları yarasalarla bağlı təcrübələrinə davam etdilər. Yeni təcrübə uzun dəhlizdə reallaşdırıldı. Bu dəfə bir küncə yarasa, digərinə isə yem olaraq bir qrup kəpənək yerləşdirildi. Ancaq bundan əvvəl dəhlizi dikinə kəsən, bir-birinə paralel divarlar inşa edildi. Daha sonra da bu divarların hər birinin fərqli nöqtəsinə də ancaq yarasanın keçə biləcəyi genişlikdə bir dəlik açıldı. Amma dəliklər hər divarın fərqli bir nöqtəsində idi. Yəni yarasanın bu divarları keçməsi üçün sanki "slalom" yarışı keçirən xizəkçilər kimi davamlı manevr etməsi lazım idi.

Bu təcrübədə yarasanın zülmət qaranlıq olan dəhlizdə, ilk divara yaxınlaşdığında birbaşa dəliyə doğru hərəkət edərək buradan asanlıqla keçdiyi müşahidə edilmişdir. Bundan sonrakı hər divarda eyni şey təkrarlanmışdır. Yarasa nəinki divarla toqquşmuş, divar səthindəki dəliyi axtarmağa belə ehtiyac duymamışdır. Son divarı da rahatlıqla keçən yarasa tutduğu kəpənəklərlə qidalanmışdır.

Bu vəziyyət qarşısında təəccüblərini gizlədə bilməyən elm adamları yarasanın hissiyatındakı həssaslığı anlamaq üçün son bir təcrübə aparmağa qərar vermişlər. Bu dəfə məqsəd yarasanın qəbul etmə sərhədlərini daha qəti şəkildə təyin etmək idi. Yenə uzun bir tunel hazırlanmışdır. Tunel boyu 0.6 mm qalınlığındakı polad tellər tavandan yerə doğru dağınıq tərzdə gərilmişdir. Bu dəfə yarasa təcrübə keçirənləri daha da heyrətləndirərək, möhkəm çəkilmiş tellərdən heç birinə ilişmədən, bir dəfəyə aralarından keçərək səfərini müvəffəqiyyətlə tamamlamışdır. Yarasanın bu müvəffəqiyyəti 0.6 mm qalınlığındakı telləri belə uzaqdan qəbul edə bildiyini göstərmişdir.

Yarasanın bu möhtəşəm qəbul etmə qabiliyyəti sahib olduğu sonar sistemindən asılıdır. Yarasa ətrafındakı cisimləri qəbul etmək üçün yüksək titrəyişli səs dalğaları yayır. İnsanlar tərəfindən eşidilə bilməyən bu dalğaların əks-sədaları yarasa tərəfindən qəbul edilir və beləcə heyvan içində olduğu mühitin bir növ "xəritə"sini çıxarır. Yarasanın havada uçan kiçik bir ağcaqanadı qəbul etməsi çıxardığı səslərin ağcaqanada dəyib geri qayıtması ilə yaranan əks-sədadan asılıdır. (Harun Yəhya, Təbiətdəki Dizayn)

Yarasanın sonar sistemi ilə istiqamət tapması yaydığı səslərin özünə geri qayıtma müddətini hesablaması sayəsində mümkün olur. Yarasa güclü səs çıxarır və özünə gələn əks-sədalara görə otağın formasını müəyyən edir. Yarasanın səsi otağın döşəməsinə toxunub geri qayıdır, yarasa da bu gedib-gəlmə müddətinə görə döşəmənin uzaqlığını anlayır. Tırtıl isə otağın döşəməsi üzərində 0.5 və ya 1 sm-ə qədər yüksəklik meydana gətirir. Yəni tırtıl yarasaya döşəmədən 0.5 ya da 1 sm daha yaxındır. Həmçinin tırtıl çox yavaş olsa da hərəkət edir, bu da özünə toxunub əks olunan dalğaların tezliyini dəyişdirir. Yarasa bu kiçik fərqləri belə qəbul edərək yerdə tırtıl olduğunu anlaya bilir. Yarasa bu işi edərkən hərəkət halındadır. Yarasanın belə bir hesablama apara bilməsi möcüzəvi davranışdır.

Fiziki qanunlara görə, hərəkət halında olan cisimə dəyən səsin tezliyi dəyişir. Buna görə, yarasa özündən uzaqlaşmaqda olan ağcaqanada doğru səs dalğaları göndərdikdə, geri qayıdan səs dalğaları yarasanın eşidə bilməyəcəyi aralığa düşəcək. Bu səbəbdən yarasanın hərəkətli cisimləri qəbul etmədə böyük çətinlikləri yaşanmalıdır.

Allah var Ancaq yarasalarda vəziyyət belə olmur. Yarasa bu qaydanı əvvəldən bilirmiş kimi, hərəkətli cisimlərə doğru göndərdiyi səs dalğalarını nizamlayır. Məsələn, yarasa özündən uzaqlaşan ağcaqanada ən yüksək tezlikli səs dalğasını göndərir. Bunun səbəbi səs geri qayıtdıqda eşidə bilməyəcəyi qədər aşağı tezliyə enməməsini təmin etməkdir.

Yarasanın beynində sonar sisteminə nəzarət edən iki fərqli növdə sinir hüceyrəsi var. Bunlardan biri əks olunan ultrasəsi hiss edərkən, digəri bəzi əzələlərə əmr verərək yarasanın səsini meydana gətirir. Bu iki sinir hüceyrəsi beyində bərabər şəkildə işləyir. Yarasanın səsi olduğu mühitin vəziyyətinə görə tezliyi dəyişdirir. Bu şəkildə yarasanın ehtiyacına ən uyğun şəkildə istifadə edilmiş olur.

Yarasadakı sonar sistem çox kompleks quruluşludur. Sistemin işləyə bilməsi üçün bütün detalların qüsursuz şəkildə var olması zəruridir. Bunun üçün yarasanın eyni anda həm yüksək tezliklərdə səs yayacaq quruluşa, həm bu səsləri qəbul edib analiz edəcək orqanlara, həm də hərəkət dəyişikliklərinə görə tezlik nizamlaması edən sistemə sahib olması lazımdır.

Alimlərin apardıqları tədqiqat işləri nəticəsində bir daha məlum olmuşdur ki, yarasanın bütün bu xüsusiyyətlərini yaradan aləmlərin Rəbbi olan Allah'dır. Ətrafımızda gördüyümüz və xüsusiyyətlərini öyrəndiyimiz bütün varlıqlar bizə Allah'ın üstün yaratmasındakı mükəmməlliyi göstərir. Allah'ın qüsursuz yaratması Quranda bu şəkildə bildirilmişdir:

"O Allah ki, yaradandır, (ən gözəl bir şəkildə) qüsursuzca var edəndir, 'şəkil və surət' verəndir. Ən gözəl adlar Onundur. Göylərdə və yerdə olanların hamısı Onu təsbeh etməkdədir. O, Əziz, Hakimdir." (Həşr surəsi, 24)

Yarasa sonarı texnologiyanın önündə

Tədqiqatçılar yarasa sonarının sərhədlərini kəşf etdilər. Yarasanın sonar sisteminin insan istehsalı olan sonar texnologiyasından qat-qat üstün olduğu ortaya çıxdı.

Yarasa saniyənin 2 milyonda biri qədər çox qısa aralıqda, 0.3 millimetr , insan qulağı ilə eşidilməyən səslər göndərir. Sonra bunları xüsusi sistemi ilə yığaraq cisimlərin yerini təyin edir və olduğu yerin xəritəsini çıxarır.

Elm adamları texnologiyanın sərhədlərini aşan bu xüsusiyyətləri ilə yarasa sonarının hal-hazırda gəmilərdə istifadə edilən sonar texnologiyasından qat-qat üstün olduğunu ifadə edirlər.

Məlum olduğu kimi, sonar sistemi dənizaltı araşdırmalarını təsbit etmək üçün əvəzolunmaz üsuldur. Buna görə ABŞ Müdafiə Nazirliyi yarasa sonarındakı iş prinsiplərini öz sonarlarında tətbiq etmək üçün hərəkətə keçdi. Məşhur amerikan elm jurnalı "Science"nin verdiyi xəbərə görə, Nazirlik bu layihə üçün pul vəsaiti ayırıb.

Elmi araşdırmalar yarasalardakı yaradılış möcüzələrinin yeni nümunələrini ortaya çıxarır. Tədqiqatçılar isə yarasa sonarı ilə eyni dərəcədə olan texnologiyaya malik olmağın qeyri-mümkün olduğunu etiraf edirlər.

Hər halı ilə çox üstün olan yaradılışın dəlili olan yarasa sonarı hal-hazırkı texnologiya ilə təqlid edilməsi qeyri-mümkün kimi görünən bir sistemə malikdir. (www. hayvanlaralemi.net.)