Böyük pişiklərin dünyası
Gündəlik həyatımızda ətrafımızda tez-tez qarşılaşdığımız böyük pişiklər digər ət yeyən heyvanlar kimi yeməkləri çeynəmədən kiçik parçalara ayıraraq yeyirlər. Bunu çənələrini bağladıqda qayçı kimi bir-birinə keçən iti azı dişləri ilə edirlər. Bu heyvanlar qidalarını ovlayaraq əldə etdikləri üçün çox inkişaf etmiş görmə və eşitmə hisslərinə malikdirlər.
İnkişaf etmiş hiss etmə üzvləri
Pişiklərin görmə hissi çox inkişaf etmişdir. Buna görə də gecələr ova çıxarkən ovlarının yerini asanlıqla tapa bilirlər. Pişiklərin gözlərində az işığa adaptasiya olmaq üçün retinanın arxasında tapetum lucidum adında xüsusi təbəqə var. Bu xüsusi hüceyrə təbəqəsi gözə gələn işığı alıb böyüdərək retinaya əks etdirir. Eyni zamanda retinanın həssaslığını artıracaq buynuz qişanın və büllurun qıvrımları daha itidir. Retina rod və kon adlı hüceyrələrdən ibarətdir. Rodlar az işığa konlardan daha həssasdır və pişiklərdə normaldan çox sayda rod var. Pişiklərin gözləri bir-birinə digər növlərlə müqayisədə daha yaxındır, bu da onların görmə gücünü artırır.
Pişiklər 200 kHz ilə 100 kHz dəyərləri arasındakı səsləri eşidə bilirlər. Bu da onların çox kiçik səsləri belə eşidə bilmələri deməkdir. Məsələn, bir siçanın ayaq səslərini. Həssas qulaqları eyni zamanda səsin qaynağını da tam olaraq müəyyən etmələrini təmin edir.
Qoxu hissləri çox inkişaf etmiş olmasa da, bu hissi ünsiyyət üçün çox əhəmiyyətlidir. Pişiklər ağızlarının üzərində vomeronasal orqanları vasitəsi ilə havadakı kimyəvi maddələri müəyyənləşdirirlər. Bunu flemen duruşu ilə üz büzüşdürməyə bənzər şəkildə ağızlarını açaraq edirlər. Pişiklər bu texnika ilə ümumiyyətlə öz növlərindən olan başqa pişiyin qoxusunu da müəyyən edirlər. Bu orqan dişilərin cütləşməyə hazır olduqlarının siqnallarını vermək üçün ifraz etdikləri maddəyə bənzər bəzi kimyəvi maddələri təyin etmək üçün istifadə edilir.
Rəngli dəriləri və xüsusi bığları
Pişiklərin dərilərinin iki mühüm funksiyası var. Birincisi, heyvanı soyuq, isti kimi ekoloji təsirlərdən qoruyur, ikincisi kamuflaj funksiyası yerinə yetirərək digər heyvanlardan gizlənmələrini təmin edir. Yalnız soyuq bölgələrdə yaşayan deyil, çöldə yaşayan pişiklərin də yerdəki istiliyi uzaqlaşdıran dəriləri var.
Vibrissae olaraq da tanınan üzlərində və gözlərinin üzərindəki bığları isə çox həssasdır. Bu həssaslıq qaranlıqda və ya yaxşı görə bilmədikdə yollarını tapmağa imkan yaradır. Bunlarla havadakı titrəşmələri hiss edirlər. Bunun üçün bəzən ayaqlarındakı tükləri də istifadə edərək yerdən gələn titrəşmələri hiss edirlər. Böyük pişiklərin qırtlağının bir çox hissəsi sümük əvəzinə qığırdaq olduğu üçün daha elastikdir. Bu sayədə kükrəyə bilirlər. Bütün pişiklərin onurğa sümükləri çox elastikdir, hər istiqamətə qıvrıla bilirlər. Bu daxili orqanlarının yıxıldıqda daha az zərər görməsini təmin edir.
Şirlər böyük qruplar halında yaşayırlar
İctimai qruplar halında yaşayan şirlər 'ən ictimai böyük pişik' olaraq qəbul olunur. Onların bu ictimai qrupları isə "pride" adlanır. Bir pride içində əksəriyyəti dişi olan təxminən 30-40 şir var. Yəni şirlər böyük ailələr şəklində yaşayırlar. Digər ictimai heyvanlardan fərqli olaraq dişilər arasında iyrarxiya yoxdur. Gündüzlər adətən birlikdə yatan şirlər havanın sərinlədiyi saatlarda isə ov etmə hazırlıqlarına başlayırlar. Hər biri tək-tək, ova fərqli istiqamətdən yaxınlaşır. Ovlamağı, adətən, dişilər edir. Şir ovuna təxminən 20 metr məsafəyə qədər sürünərək yaxınlaşır. Heç bir şir tox olarkən ov etmir və eyni anda birdən çox heyvan ovlamır. Yəni bu tox gözlü heyvanlar yalnız lazım olduğu vaxt və lazım olan qədər ov edirlər.
Şirlər ünsiyyət üçün işarə buraxma üsulunu istifadə edirlər. Torpaqlarının sərhədlərini maye buraxaraq təyin edirlər. Bu digər şirlərə qarşı xəbərdarlıqdır: "burada başqa bir pride yaşayır, girməyin!"
Yaquarların dünyası
Cənubi Amerikada yaşayan böyük pişik olan yaquarlar, adətən, leopardlarla qarışdırılsalar da, onları ayırd etməyin ən yaxşı yolu dərilərindəki yonca şəklinin mərkəzində bir qara nöqtəciyin olması və daha qısa olan quyruqlarıdır. Meşədə yaşayan yaquarların dərisi daha tünd rənglidir. Bu onlara işığın süzülərək gəldiyi qaranlıq meşədə ov edərkən daha yaxşı kamuflyaj olma imkanı verir. Digər böyük pişiklərin əksinə yaquarın heç düşməni yoxdur. Bu güclü pişiyi ovlamağa çalışan başqa heyvan da yoxdur. Çox yaxşı üzə bildikləri kimi, çox da yaxşı dırmaşa bilirlər. Məharətli balıqçı olan yaquarlar quruda ovladıqları heyvanları ağaclara çıxıb yeyirlər. Digər böyük pişiklərlə müqayisədə çox güclü çənəsi olan yaquar ovunu tək bir qapma ilə tutur. Dişilər və erkəklər yalnız cütləşmək üçün bir yerə gəlirlər.
Leopardların naxışları bir-birindən fərqlidir
Afrika və cənub-şərqi Asiyada yaşayan leopardlar dərilərindəki xüsusi naxışdan asanlıqla tanınırlar. Tək bu xüsusi naxış yer üzündəki hər leopard üçün fərqlidir. Dərilərinin rəngi yaşadıqları yerə görə fərqlidir. Düzənliklərdə qızılı rənglə sarı, çöldə sarı və krem rəngli olurlar, dağlıq və meşəlik bölgələrdə isə tünd qızılı rəngində olurlar. Qara olanları isə qara panter kimi tanınır. Çox güclü boyun əzələləri olan leopard öz bədən ağırlığından 3 dəfə ağır bir ovu daşıya bilir. Ovlarını da eynilə yaquarlar kimi ağacda yeyirlər. Adətən, yalnızdırlar, lakin olduqları torpağı qoruyurlar.
Ən güclü pişik Puma
Puma ən təcavüzkar pişik növlərindən biri olaraq tanınır. Oturduqları yerdən 12 metr yüksəyə qədər tullana bilən pumalar ağaca məharətlə dırmaşırlar. Öz ağırlığından 8-9 dəfə ağır bir heyvanı yerə sərə bilən pumalar dünyanın ən qüvvətli pişiyi kimi tanınırlar. Doğulduqda mavi olan gözləri getdikcə sarı-yaşıla çevrilir. Digər pişik növləri kimi kükrəyə bilmirlər.
Pələnglər
Asiyada yaşayan pələnglər digər böyük pişiklərdən dərilərinin üzərindəki üfüqi kəsik xətlərlə asanlıqla ayırd edilirlər. Bu naxışlar eynilə insanlardakı barmaq izləri kimi yer üzündəki hər bir pələngdə fərqlidir və bədənlərinin hər iki tərəfində mövcuddur. Təkcə ov edirlər, ancaq ovu ailələri ilə birlikdə yeyirlər. Pələngin dərisindəki xətlər xüsusilə çəmənliklərdə çəmənlərin yerə düşən kölgəsi kimi görünərək ovuna qarşı kamuflyaj funksiyası yerinə yetirir. Quyruqları isə sürətlə qaçdıqda tarazlığı qoruyur.
Göründüyü kimi, təbiətdəki ən vəhşi heyvanlar olaraq tanınan böyük pişiklərdəki bu möcüzəvi sistemlər təkamül nəzəriyyəsinin etibarsızlığını bir daha sübut edir. Bütün kainatı üstün Yaradıcının yaratdığı və hər bir canlının Yaradıcımız olan Allah'ın ilhamı ilə davrandığı həqiqətinin əsasını qoyur. Ağıl və vicdan sahibi hər insan bu davranışların ancaq bütün canlıların hakimi olan Allah'ın gücü və nəzarəti altında meydana gələ biləcəyini asanlıqla qavrayacaq.