1500 km uzaqdan tam müvəffəqiyyət: qızılbalıqların həyatda qalmasını təmin edən mexanizm

Allah varŞimali Amerikanın qərb sahillərindəki çaylarda dünyanın ən maraqlı immiqrantlarından biri yaşayır. Bunlar müxtəlif çətinliklərə sinə gərərək çaylar və vadilər keçən qızılbalıqlarıdır. Doğulduqları yerə çatmaq üçün əks istiqamətə, axına qarşı üzürlər, bəzən olduqları su səthindən 4 metr yuxarı sıçrayaraq kaskadları keçirlər. Sonda hədəflərinə çatırlar və yumurtlamaq üçün doğulduqları yerə tam olaraq geri qayıtmağı bacarırlar. Milyonlarla ildir yaşayan bütün qızılbalıqlar təxminən 1300-1500 km-lik bu çətin səfəri hər il eyni qayda ilə bacarırlar. Lakin necə ?

Tədqiqatlar qızılbalıqların bu səfəri yerinə yetirə bilmələri üçün xüsusi hiss etmə sistemi ilə yaradıldıqlarını göstərir.

Qızılbalıqlar okeanlarda istiqamətlərini tapmaq üçün dünyanın maqnit sahəsini qəbul edən kompaslarla yaradılmışlar. Bunun nəticəsində Sakit okeanın dərin sularında istiqamətlərini səhv etmədən tapırlar.

Ancaq burada diqqət yetirilməsi lazım olan əsl cəhət qızılbalıqların 1500 km-lik uzaqlıqdan yola çıxaraq yüzlərlə çay yatağı arasında öz doğulduqları axar su yatağını necə tapdıqlarıdır. Bu müvəffəqiyyət təbii kompasdan daha fərqli bir sistem tələb edir.

Qızılbalıqların bu qeyri-adi səfəri necə reallaşdırdığını anlamaq məqsədi ilə Amerikadakı Wisconsin Lake Laboratoriyalarında müxtəlif araşdırmalar aparılmışdır. Bu araşdırmalar nəticəsində qızılbalıqların istiqamətlərini təyin edərkən qoxu hiss etmə üzvlərini də istifadə etdikləri ortaya çıxmışdır.

Qızılbalıqlardakı qoxu hiss etmə sistemləri

Qızılbalığın iki dəlikli burnu var. Su bir dəlikdən girir, digər dəlikdən çıxır. Bu dəliklər balığın nəfəs alması ilə bərabər vaxtaşırı olaraq açılıb bağlanacaq formada yaradılmışdır. Dəliklərdən birinə hər hansı bir qoxulu maddə olan su girdikdə, balığın burnundakı reseptorlar kimyəvi olaraq xəbərdar edilir. Bu kimyəvi xəbərdarlıq ferment reaksiyası ilə elektrik siqnallarına çevrilir və mərkəzi sinir sisteminə çatdırılır. Balıq bunun nəticəsində qoxunu qəbul edir.

Qızılbalıqların qoxu hissiyatı
Allah var Quruda yaşayan onurğalı canlıda isə qoxu hiss etmə qoxu molekullarının burundakı mukus təbəqəsində həll olması ilə reallaşır. Buna baxmayaraq, balıqlarda həll olunma kimi bir vəziyyət yoxdur. Çünki qoxu suyun içində və həll olmuş vəziyyətdədir. Bu qızılbalıqlar üçün böyük bir üstünlükdür. Məhz buna görə qızılbalıqlar qoxu hiss etmə hissi çox inkişaf etmiş ov itləri kimi qoxu qaynağını rahatlıqla izləyə bilirlər.

Wisconsin Lake Laboratoriyalarında ilk olaraq balıqların müxtəlif qoxular arasındakı fərqləri hansı səviyyədə qəbul edə bildikləri sualına cavab axtarmışlar. Bu məqsədlə xüsusi kanalları olan akvarium hazırlanmış və hər kanala fərqli bir bitkinin qoxusu axıdılmışdır. Təcrübədə yalnız müəyyən bir kanalı istifadə edən balıqlar mükafatlandırılmış, digər kanalları istifadə edən balıqlar isə elektrik şoku ilə cəzalandırılmışdır. Əməliyyatlar 14 ayrı qoxu istifadə edilərək təkrarlanmışdır. Təcrübə nəticəsində balıqların qısa bir təhsil müddətindən sonra hər dəfə mükafatlı qoxunu digərlərindən ayıra bildikləri müşahidə edilmişdir. Əhəmiyyətli digər bir tapıntı da üzərində təcrübə aparılan bala balıqların 3 il sonra belə doğru qoxunu səhv etmədən müəyyən etmələri olmuşdur.

Elm adamları araşdırmanın nəticələrinə əsaslanaraq, balıqların insanla müqayisə edilə bilməyəcək qədər güclü qoxu hiss etmə duyğusuna malik olduqları qənaətinə gəliblər: "Hər axıntının özünə xas bir qoxusu var. Gənc qızılbalıq dənizə doğru etdiyi ilk səfəri əsnasında qoxuları tək-tək yaddaşına qeyd edir. Qayıtma səfərində də yaddaşındakı qoxuların köməyi ilə doğulduğu yeri tapır." (Animal Engineering, Readings from Scientific American with Introductions by Donald Griffin, The Rockefeller University W. H. Freeman Com., ss.52-55.)

"Hər axıntının özünə xas bir qoxusu varmı?" sualının cavabını verə bilmək üçün də yuxarıdakı təcrübə iki ayrı çayın suyu ilə təkrarlanmışdır. Balıqların bunları da ayırd edə bildikləri məlum olmuşdur.

Həqiqətən də dünyadakı hər axar suyun özünə xas bir kimyəvi birləşməsi var. Bu birləşmələrin arasındakı fərqlər çox vaxt o qədər kiçikdir ki, demək olar ki, heç bir canlı tərəfindən qəbul edilmir. Qızılbalıqlardan başqa...

Mövzu ilə bağlı tədqiqatlar daha da təkmilləşdirilərək balıqların təbii mühitlərində davam etdirilmişdir. Vaşinqtondakı Issaquah çayında xüsusi olaraq burunları tıxanmış balıqlar müşahidəyə alınmışdır. Bu təcrübədə də qoxu hiss etmə hisslərindən məhrum olunmuş qızılbalıqların çaşdıqları və yollarını tapa bilmədikləri aşkar olunmuşdur.

Bu günə qədər aparılan araşdırmaların nəticələri bir həqiqətə işarə edir: Qızılbalıqların qoxu hissi insanı heyrətə salacaq həssaslığa malikdir. Yalnız bu xüsusiyyət belə təkamülçülərin təsadüf iddiaları üçün böyük bir zərbədir.

Təkamülçülər üçün açıqlana bilməyən başqa bir sual da bu canlıların niyə dənizlərdəki zəngin qidalanma qaynaqlarını tərk etdikləridir. Yumurtalarını niyə o anda olduqları yerə, ya da niyə dənizə deyil, mütləq dənizdən minlərlə kilometr içəridəki çay qollarına aparmalarıdır. Bu canlılar, görəsən niyə belə çətin mübarizəni həyata keçrirlər?

Əgər bunları təkamül baxmından qiymətləndirsək, qızılbalıqların yalnız özlərini yaşatmağa çatacaq şəkildə davranmaları, məsələn mühitlərində bol olan qida mənbəyi tapmaları, müəyyən bir yerdə çoxalaraq yaşamaları lazım idi. Ancaq qızılbalıqlar tam əksinə yumurtlamaq üçün öz həyatlarını təhlükəyə atır və möhtəşəm enerji sərf edirlər. Bunun tək səbəbi var. Bu canlılar bir çox insanın gözardı etdiyi, çoxlarının görmək istəmədiyi, yaxud da görərək həyəcan keçirdiyi həqiqəti insanlara xatırlatmaq üçün mövcuddur. Bu, Allah'ın hər yeri əhatə etdiyi, bütün gücün Allah'a aid olduğu və Allah'ın istədiyi anda istədiyi yerdə möcüzə və mükəmməlliklər meydana gətirməsini göstəricisidir.