Antibiotik yaradan zürafələr

Allah var Bu anda oxuduğunuz cümlələr, kompüterinizin düymələri, ekrandakı səhifə nizamı və ətrafımızda gördüyünüz hər məhsul mütləq bir dizaynın nəticəsində ərsəyə gəlmişdir. Evdən işə gedərkən mindiyimiz nəqliyyat vasitəsindən evimizdəki televiziyaya, içində yaşadığımız planetdən canlı orqanizmlərə qədər hər şey...

"Dizayn" sözünün mənası, az və ya çox saydakı hissələrin müəyyən bir məqsəd üçün nizamlı şəkildə bir yerə gətirilməsi deməkdir. Bunu nəzərə alaraq avtomobilin dizayn olduğunu təsəvvür etməkdə çətinlik çəkməzsiniz. Çünki ortada məqsəd var: insan və yük daşımaq. Bunu reallaşdırmaq üçün də avtomobilin mühərriki, şinlər, bütün hissələri fabrikdə planlanlaşdırılaraq bir yerə gətirilmişdir.

Bütün canlılarda da eynisi, hətta daha möhtəşəm plan mövcuddur. Məsələn, zürafəyə diqqət yetirək. Bu canlı dünyada ən məhsuldar çalışan ürək sisteminə malikdir, ürəyi olduqca yüksək qəbul edilən - 350 mm Hg-lik yüksək təzyiqlə qan vuracaq qədər güclüdür və həyatını qorumaq üçün 250 metr uzaqlığa qədər yayılan qoxu ifraz edir. Yalnız bu iki məlumat belə bu canlının dizayn məhsulu olduğunu sübut edir. Açıq-aşkar mövcud olan dizayn isə bütün canlılara istədiyi kimi şəkil verən, bütün təbiətə hakim olan, üstün güc və ağıl sahibi olan Yaradıcının var olduğunu bizə göstərir.

Allah'ın Quranda, "O, (hər şeyi) yaradan, yoxdan var edən, (hər şeyə) surət verən Allahdır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa (hamısı) Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!" (Həşr surəsi, 24) ayəsi ilə də ifadə etdiyi bu həqiqət bütün canlıları əhatə etmişdir. Allah'ın ayədə ifadə etdiyi bu qüsursuz yaratma gücünü və sənəti daha yaxşı dərk etmək üçün zürafə nümunəsi üzərində düşünək və bu canlının malik olduğu bədən sistemini daha ətraflı araşdıraq:

Zürafənin qan-damar sistemindəki sirr

Zürafə beş metrə çatan boyu ilə quruda yaşayan ən böyük heyvanlardandır. Yaşaya bilməsi üçün ürəyindən iki metr yuxarıda yerləşən beyninə qan göndərməsi vacibdir. Bunun üçün isə çox güclü bir ürəyə ehtiyacı var. Belə ki, zürafənin ürəyi 350 mm Hq-lik təzyiqlə qan vuracaq qədər güclüdür.

Allah var Normal halda insanı öldürə biləcək qədər güclü olan bu sistem xüsusi rezervuarın içində olur. Rezervuar təzyiqin bu ölümcül təsirini aradan qaldıra bilmək üçün kiçik damarlarla əhatə edilmişdir. (Harun Yəhya, Təbiətdəki Dizayn)

Başdan ürəyə qədər gedən hissədə yuxarı çıxan və aşağı enən damarların meydana gətirdiyi U sistemi mövcuddur. Əks istiqamətdə axan qan damarlarında təzyiq sıfıra düşür, beləcə heyvan ani qanamalara səbəb olacaq daxili təzyiqdən xilas olmuş olur.

Zürafələrin dərilərini araşdıran elm adamları bakteriya və gənələrə qarşı çox təsirli müdafiə etmə sistemi ilə qarşılaşdılar.

Kaliforniya Arcatadakı Humboldt Universitetinin bioloqlarından Willliam Wood qoxuları çox uzaqlardan belə qəbul edilə bilən Giraffa camelopardalis reticulata növünə aid zürafələri araşdırdı. (Wood, W. F. & Weldon, P. J. The scent of the reticulated giraffe Giraffa camelopardalis reticulata. Biochemical Systematics and Ecology, 30, 913 - 917, (2002).)

Bu qoxu o qədər güclüdür ki, zürafədən 250 metr uzaqda olan bir insana çata bilir. (Nature.com/nsu : John Whitfield, Rank giraffes en rude health, 21 oktyabr 2002) Wood belə güclü qoxunun zürafələrə bir faydası olub olmadığını araşdırdı. Tədqiqatında qoxunun zürafədə necə meydana gəldiyindən çox, qoxunun xüsusiyyətləri üzərində araşdırma apardı.

Zürafənin boyun və peysər hissəsindən tük nümunələri götürən Wood qoxulara səbəb olan kimyəvi maddələri müşahidə etdi. Apardığı müşahidələr nəticəsində zürafələrin dərisində hər biri qoxu yayan 11 fərqli kimyəvi maddə olduğunu müəyyənləşdirdi.

Qoxuya səbəb olan kimyəvi maddələr indol və 3-metilindol adlı kimyəvi maddələrə əsaslanır. Bu birləşmələrin müxtəlif mikrobların böyüməsinə mane olduğu əvvəlcədən bilinir.

Zürafənin dərisindəki bu təhlükəsizlik qalxanı sayəsində bakteriyalar, göbələklər və hətta gənələr heyvanın dərisindən uzaq olur. Üstəlik bu kimyəvi maddələr bir-biri ilə qarışarkən daha təsirli olurlar.

Burada ağlımıza gələn bəzi suallara cavab axtaraq. Bu qoxulu müdafiə etmə sistemini öz başına yarada bilməsi üçün zürafə əvvəlcə düşməni olan bakteriya və mikrobları tanımalıdır. Buna görə zürafə də bakteriya və mikrobların maddələr mübadiləsinin incəliklərini bilməli, onların tənəffüs və ya həzm sisteminə hansı kimyəvi maddələri əlavə edərək onları təsirsiz hala gətirə biləcəyini təyin etməlidir. Lazımlı kimyəvi maddələrin hansı xüsusiyyətdə birləşmələr olduğunu, bunlar üçün hansı elementlərdən nə qədər lazım olduğunu, bunları necə bir-birinə bağlayacağını da bilməlidir. Əlbəttə zürafənin fərqində olmadığı bu qorumanı yaradan aləmlərin Rəbbi olan Allah'dır.

Bəs bu qoxular zürafənin bədənində təsadüfən meydana gəlmiş ola bilərmi? Bu sualı zürafədəki kimyəvi maddə istifadə edilərək yaradılmış dərmanı örnək çəkərək cavablandıraq.

Kimyaçı zürafələr

Allah var Zürafənin dərisindəki kimyəvi maddələrin təsadüfən meydana gəldiyini iddia etmək hər hansı bir dərmanın da yağış, külək kimi təbiət hadisələri ilə təsadüfən meydana gələ biləcəyini qəbul etmək deməkdir ki, heç kim bu iddianı müdafiə etməz.

Şübhəsiz ki, zürafənin bakteriya və mikroblara qarşı qorunmasını təmin edən sistemi yaradan güc, həm zürafəni, həm də bakteriyanı yaratmış olmalıdır. Allah bütün canlıları yoxdan var etmiş və onları örnəksiz olaraq yaratmışdır. Şübhəsiz ki, belə mükəmməl yaradılışın məqsədi var. Allah yaratdığı canlılarda bizim düşünməyimiz üçün ayələr olduğunu bir Quran ayəsində belə xəbər verir:

"Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır." (Bəqərə surəsi, 164)