Cütçülük edən arılar
Amazonlarda yaşayan arı növünün yarpaq bitinin sekresiyalarından faydalanaraq cütçülük etdiyi aşkar edildi. Braziliyadakı Sao Paulo Universiteti bioloqlarından Joao Camargonun bu sınağı ilə arıların heyvandarlığa əsaslananaraq cütçülük etdiyi ilk dəfə sübut edilmişdi.
Schwarzula adlanan arı növü təxminən 1 sm boyundadır. Ağaclarda yaşayır və güvə tırtıllarının boşaltdığı kiçik oyuqlarda yuva qurur. Yuvasını başqa bir canlı ilə ortaq istifadə edir. Hər Schwarzula yuvasında təxminən 200 yarpaq biti yaşayır. Cryptostigma adlanan bu bitlər ağacların suyunu əmərək yaşayırlar. Qidalardan əldə etdikləri şəkərin istifadə etmədikləri hissələrini bir növ sekresiya halında bədənlərindən atırlar. Arılar bu çox qidalandırıcı xüsusiyyəti olan sekresiyanı əmərək qidalanır, çoxunu da depolaya bilmək üçün bala çevirirlər. Həmçinin bu şəkildə bitlərin öz tullantılarında boğulmalarına mane olurlar.
Araşdırmanı edən Camargo "Arı öz yuvasında davamlı və yüklü miqdarda karbohidrat anbarlarına malikdir" fikrini söyləmişdir. Həmçinin braziliyalı elm adamı, "Arılar bunun qarşılığında bitlərin sağlamlıqlarını və qorunmalarnı təmin edirlər" deyə əlavə edir. (Camargo, J. F. & Pedro, S. R. M. Mutualistic association between a tiny Amazonian stingless bee and a wax-producing scale insect. Biotropica, nömrə. 34. vol.3, 2002.)
Arı niyə yarpaq bitinin sağlamlığı ilə maraqlanır?
Bitlərdə meydana gələcək ən kiçik epidemiya xəstəliyinin bütün arı yuvasını təhlükəyə atacağı açıqdır. Ancaq arılar mühitin gigiyenasını nizamlamağı bacarırlar və bitlərdən çox sağlam şəraitdə vasitə olaraq istifadə edirlər.
Bitin arıya təmin etdiyi vasitələr qidalanma ilə yanaşı, inşaat işçiliyinə də fayda verir. Cryptostigma kürəyindəki vəzdən bal mumu ifraz edir. Arılar da bu mayeni bitlərin arxasından alır və yuvalarının qurulmasında istifadə edirlər.
Schwarzula növünə aid olan arı normalda öz bal mumunu hazırlaya bilir. Ancaq bunu ona fayda verəcək şəkildə qatran, ya da palçıqla birləşdirərək istifadə edir. İngiltərədəki Sheffield Universitetinin böcəkləri araşdıran alimlərindən Francis Ratnieks "Bal mumu olduqca səmərəli inşaat vasitəsidir, ancaq bahalıdır" demişdir. (Nature.com/nsu , Bee farms honey and wax, 28 Avqust 2002: https:// www.nature.com/nsu/ 020826/020826-3. html)
Schwarzula arısı üçün isə otaq yoldaşı olan yarpaq biti sayəsində belə bir problem qalmır və arılar çox əhəmiyyətli xam maddəni sağlamlıq xidməti və qoruma vəzifəsi qarşılığında hazır halda təmin etmiş olurlar. (Harun Yəhya, Bal Arısı Möcüzəsi)
Arı ilə bit arasındakı bu əlaqə olduqca möhkəmdir. Bütün arı yuvalarında bitlər olarkən, yuvaların xaricində tək bir bitə belə rast gəlinmir. İki böcək növü arasındakı əlaqə qarşılıqlı köməkləşməyə əsaslanan bir əlaqədir. Təbiətdə nümunələrinə sıx rast gəlinən bu cür əlaqələr simbiotik əlaqələr adlandırılır. Bu əlaqələri araşdıran elm sahəsi sosiobiologiya adlandırılır.
İki böcək növü arasında belə bir əlaqənin varlığı üçün lazım olan tək şərt qarşılıqlı köməkləşmə deyil. Bitin şirəsini əmmək, ondakı qida maddələrindən öz bədəninə köçürmək, çoxunu da arının istifadə etməsi üçün həzm və ifrazat sistemi olmalıdır. Bu sistemlərin çalışması isə bitin iradəsi xaricində avtomatik olaraq fəaliyyət göstərərək yaranan həzm turşuları və fermentlərdən asılıdır. Halbuki, bədənlərindəki bu fermentlərin kimyəvi düsturu haqqında iki böcək növü də ən kiçik bir şey belə bilmir.
Nüfuz planlaması
Bütün bunlar üzərində bir az düşündükdə möcüzə ilə qarşı-qarşıya olduğumuzu anlayırıq.
Böcək nüfuz planlaması edə bilərmi? Ya da daha məhsuldar həyat keçirmək üçün yanında işçi işlətməyi düşünə bilərmi?
Əvvəlcə yuvaya yerləşdirilən böcəklərin sayı alınacaq səmərəyə və arıların vasitə ehtiyacına görə nizamlanmış olmalıdır. Heyvandarlıqla məşğul olan cütçü belə bir nizamlama edə bilər; burdakı sığınacaqların sayı və yemliklərin vəziyyətinə görə yerləşdirəcəyi heyvan sayını hesablaya bilər, ancaq eyni qabiliyyəti kiçik bir böcəyin göstərməsi bir möcüzədir. Bu düşünüldükdə arının davranışında görünən şüurun qaynağının özü olmadığı, bu davranışların arıya ilham edildiyi həqiqəti ortaya çıxır. Bu şüurun qaynağı olan ağıl arının bütün davranışlarını ona ilham edir. Bu ağılın sahibi göylərin, yerin və ikisi arasındakıların hamısının Rəbbi olan Allah'dır. Bütün canlıların Öz ilhamı ilə hərəkət etdiklərini Allah Quranda bal arısını nümunə verərək belə xəbər verir:
"Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.". (Nəhl surəsi, 68-69)
Həmçinin bitin ifraz etdiyi artıq maddənin arı üçün olduqca kritik qida maddəsi olması da təbiətdəki möhtəşəm tarazlığın göstəricilərindəndir. Hər canlı mükəmməl işləyən sistemin bir halqasıdır və xüsusiyyətləri də bu sistemə uyğun şəkildə yaradılmışdır. Təbiətdəki canlıların həyatlarını davam etdirə bilmələri, üstəlik bunu düşünmə qabiliyyətinə malik olmadan bacara bilmələri hər an nəzarət edildiklərinin və əmrə itaət etdiklərinin göstəricisidir. Allah ayələrdə belə buyurur:
"Mən, Rəbbim və Rəbbiniz olan Allah'a təvəkkül etdim. Elə bir canlı yoxdur ki, (Allah) onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir." (Hud surəsi, 56)
"Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allah'dır. Vəhy onların arasında ona görə nazil olur ki, Allah'ın hər şeyə qadir olduğunu və Allah'ın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz." (Talaq surəsi, 12)
Arılar nəyin qarşılığında bitlərə sağlamlıq xidmətləri və qoruma təmin edirlər?
Yarpaq bitləri ağacların şirəsini əmərək yaşayırlar. Qidalardan əldə etdikləri şəkərin istifadə etmədikləri çox hissəsinii bir növ sekresiya halında bədənlərindən atırlar. Arılar da bu çox qidalandırıcı xüsusiyyətdəki sekresiyanı əmərək bəslənir, çoxunu depolaya bilmək üçün bala çevirirlər. Braziliyalı elm adamı Joao Camargo arıların bu qidaya qarşılıq nə etdiklərini isə belə yekunlaşdırır:
"Bunun qarşılığında bitlərə sağlamlıq və qoruma təmin edirlər" deyir.