Böcəklərdəki kimyəvi ünsiyyət: Feromenlər
Qarışqalar yuvalarını, bal arıları da şanlarını çox uzaqlara getsələr belə asanlıqla tapırlar. Bəzi böcək sürfələri təhlükə vəziyyətində dərhal bir yerə toplanaraq qorunurlar. Bir çox böcək də kütləvi şəkildə yaşadıqları sahədə diqqətçəkici hakimiyyətə malikdir. Bunlarla yanaşı, bütün böcək növlərində cütləşmək istəyən erkək və dişilər uzaq məsafələrdə də olsalar bir-birlərini asanlıqla tapırlar. Bütün bu davranışlardakı ortaq cəhət isə hamısın bir növ xəbərləşmə sisteminə malik olmasıdır.
Böcəklərin xəbərləşmək üçün istifadə etdikləri işarənin adı feromendir. Feromenin mənası "hormon daşıyıcısı"dır. Bu maddə eyni növün üzvləri arasında istifadə edilən kimyəvi maddədir. Ümumiyyətlə xüsusi vəzilərdə yaranaraq ətrafa buraxılırlar. Böcəklərin bir-birləri ilə ünsiyyətini təmin edir və davranışlarında dəyişikliklərə səbəb olurlar.
Feromenlər əvvəllər hormonlarla bərabər dəyərdə qiymətləndirilirdi. Feromenlərin bədən xaricinə ifraz olunmaları onları hormonlardan ayıran xüsusiyyətlərindəndir. Feromenlərin çox fərqli funksiyaları yerinə yetirdikləri kimi, fərqli birləşmələrdə olanları da var. Yayılma qabiliyyətləri olduqca yüksək olan feromenlər 7-8 km kimi böyük bir uzaqlıqdan belə təsirli ola bilir. Uzaqlıq, temperatur, külək və rütubət kimi faktorlar da feromenlərin təsirini azaldıb çoxalda bilir.
Feromenlər iz buraxma, işarələmə, həyəcan keçirmə, toplanma, birlikdə yaşayan böcəklərdə kraliça yetişdirilməsi üçün istifadə edilir. Qoxu vasitəsi ilə təsirli olan cinsiyyət feromenləri də var.
Feromen istifadə edərək xəbərləşən canlılarla bağlı veriləcək məlumatlar içində yadda saxlanılması vacib olan çox əhəmiyyətli məlumat var: hər növün istifadə etdiyi düstur özünə xasdır. Bu düsturların ehtiva etdikləri maddələr ayrıdır. Həm bu maddəni ifraz edən, həm də ifraz olunan maddə ilə çatdırılan mesajı qəbul edən canlı bu düsturdan xəbərdardır. Həmçinin başqa növə aid düsturları həll edən və təqlid edən canlılar da var.
Feromendəki fövqəladə hal
İstifadə etdiyiniz ətiri əlinizə alın və iyləyin. İçində nə kimi maddələr olduğunu anlamağa çalışın. Sonra bu maddələrin hər birini tək-tək çıxararaq ətiri eyni qoxuda və eyni keyfiyyətdə olacaq şəkildə özünüz meydana gətirməyə çalışın. Bunların heç birini bu mövzuda xüsusi təhsiliniz, ya da iş təcrübəniz yoxdursa, laboratoriyada deyilsinizsə, ya da ekspertlərdən kömək almamısınızsa, əlbəttə ki, edə bilməzsiniz. Böcəklərin xəbərləşmək üçün istifadə etdikləri feromenləri yaradan da böcəklərin özləri deyil. Böcəklərdəki bu üstün mexanizmi var edən, onlara bütün bunları ilham edən Allah'dır.
Feromenlərlə xəbərləşmə
Feromenlər yolu ilə hərəkət edən canlılar arasında ən geniş yayılanları arı, qarışqa, termit kimi birlikdə yaşayan böcəklərdir. Bu canlılardan quruda yaşayanlar izlərini torpağa buraxırlar. Bu kimyəvi izlər böcəklərin gəzişdiyi bütün mühitlərdə ağaclarda, budaqlarda, yarpaqlarda və meyvələrdə ola bilər. Havadakı izlər isə uçan böcəklər tərəfindən buraxılır və davamlı olaraq təzələnir. Qoxu yolu ilə təsirli olan cinsiyyət feromenləri bu qrupa aiddir. Bəs bu canlılar yaydıqları bu xüsusi xəbərləşməni necə istifadə edirlər?
Böcəklər ölçülərinin kiçikliyi, uça bilmə və sürətli hərəkət edə bilmə kimi xüsusiyyətlərinə görə, çox geniş sahələrə yayıla bilən canlılardır. Bu xüsusiyyətləri çoxalmaları üçün ilk anda problem meydana gətirəcəkmiş kimi görünə bilər. Ancaq bu vəziyyət feromenlər sayəsində aradan qalxmışdır. Bir çox böcək öz növündən başqa böcəyin varlığını yaydığı feromeni sayəsində kəşf edir və onun izini davam etdirir.
Qoxu yolu ilə təsirli olan cinsiyyət feromenləri erkək və dişi böcəklərin bir-birlərini tapmalarını təmin edir. Məsələn, Limantridae ailəsindən olan kəpənək növündə dişinin bədəninin arxa hissəsindən havaya ifraz etdiyi qoxunu erkək güclü antenaları ilə qəbul edir. Erkəyin 8 km kimi böyük uzaqlıqdan belə qəbul edə bildiyi bu cazibədar qoxunu başqa heç bir qoxu üstələyə bilməz. Bu növün dişisi qanadsız olmasına görə hərəkətsizdir. Erkək dişinin yalnız qoxusunu hiss edərək onu tapır və cütləşmə reallaşır.
Feromen istifadə edərək xəbərləşən canlılara veriləcək əhəmiyyətli nümunələrdən biri də qarışqalardır. Qarışqalarda yuvadan çıxan ilk fərd müəyyən fasilə ilə feromen buraxır. Arxasından gələn digərləri də bunun nəticəsində onun izini asanlıqla izləyir. Bir fərdin buraxdığı kimyəvi izlərin digər fərdlər tərəfindən qəbul edilməsi iyləmə, ya da dadma hissi ilə reallaşır. Məhz bu səbəbdən, bizlər qarışqaları yuvalarına qayıtma yolunda tək sıra bir cərgə halında görürük.
Feromenlərlə ünsiyyət mövzusundakı başqa heyrətləndirici nümunə də albalı ağcaqanadlarına aiddir. Albalı ağcaqanadı yumurtalarını albalı meyvəsinə yerləşdirdikdən sonra bədənindən ifraz etdiyi feromeni meyvəyə buraxaraq yumurtalarını qoruyur. Bu meyvəyə daha sonra gələn ikinci ağcaqanad feromenin varlığını hiss edir və mesajı başa düşür. Meyvə isə yumurtalarını qoymaq üçün uyğun deyil. Buna görə də özünə başqa albalı meyvəsi axtarmaq üçün oradan uzaqlaşır.
Bir canlı yalnız ifraz etdiyi qoxu sayəsində öz növünə aid canlıların yerini müəyyən edə bilir, harda olsa da cütləşmək üçün yoldaş tapa bilir. Ancaq bu canlılar, nə belə xüsusi qoxuları inkişaf etdirəcək mühitə malikdir, nə də xüsusi istehsal edəcək şüura. Əgər yalnız 1-2 sm ölçüdə olan böcək ətrafındakılarla ünsiyyət qura biləcək qoxu meydana gətirə bilir və bu qoxunu kilometrlərlə kənardan ayırd edərək verilən mesajı qəbul edirsə, bu bizə ağıllı müdaxilənin mövcud olduğunu göstərir. Qarşımızdakı hər gözəllik, hər qüsursuzluq və hər dizayn nümunəsi də bizi şübhəsiz üstün və güclü olan, hər şeyi ən mükəmməl şəkli ilə yaradan Yaradıcıya aparmalıdır. Bu Yaradıcı, şübhəsiz ki, bu canlılara qoxu yaratma və bu yolla xəbərləşmə qabiliyyəti verən aləmlərin Rəbbi olan Allah'dır.