Heyvanlardakı dizayn texnologiyaya model olur

Texnoloji olaraq ən ideal məhsulu əldə etmənin yolu təbiətdəki canlıları ətraflı şəkildə araşdırmaqdır. Çünki Allah hər şeyi ən mükəmməl şəkildə yaratmışdır və bunlar texnologiya üçün ola biləcək ən yaxşı modellərdir.

1/100 saniyənin qızıl medalı təyin etdiyi olimpiada yarışlarında üzgüçülər üçün səthdəki sürtünmə müqaviməti olduqca vacibdir. Bu səbəbdən, bir çox üzgüçü sürtünmə müqavimətini azaltmaq üçün yeni çimərlik geyimləri seçirlər. Bu çimərlik geyimləri üzgüçüdə mümkün qədər geniş səthi örtür və bədənə sıx yapışır. Çimərlik geyiminin parçası üzərində şaquli qatran lentləri olan köpək balığı dərisinin xüsusiyyətlərini daşıyan toxumalar mövcuddur.

Allah var Köpək balıqlarında elektron mikroskopla aparılan müşahidələrdə köpək balığının dərisində lentlərin olduğu aşkar olmuşdur. Lentlər şaquli su girdabları və ya su spiralları meydana gətirərək suyu üzgüçünün bədəninə daha çox yapışdırır və suyun üzməyə qarşı müqavimətini azaldır. Lentlərin bu təsiri Ribblet təsiri olaraq qəbul edilir və bu mövzu ilə bağlı NASA-ın Langley Araşdırma Mərkəzində Ribblet dəri araşdırmaları aparılır. Son on ildir ki, bu təsirin çimərlik geyimlərində tətbiq olunmasına çalışılır. (Harun Yəhya, Təbiətdəki Dizayn)

Yeni liflər və yeni toxuma texnikaları ilə hazırlanan bu çimərlik geyimləri üzgüçünün bədənini tam örtəcək, suya ən az müqavimət göstərəcək şəkildə istehsal edilir. Belə ki, aparılan araşdırmalarda bu çimərlik geyimlərinin digər çimərlik geyimlərinə nisbətən sürtünmə müqavimətini 8% azaltdığını göstərmişdir.

Köpək balığı dərisində su müqavimətinin minimum səviyyədə olması bu orqanın Allah'ın xüsusi olaraq yaratdığının dəlillərindəndir.

Yüz faiz səmərə ilə işıq istehsal edən işıldaquşlar

Allah var İşıldaquşlar uçmayan böcəklərdir və qarın nahiyələrində yaşıl-sarı işıq yaradırlar. İşıldaquşlarda işıq yaradan hüceyrələrdə oksigen və işıq yaratmaq üçün luciferaz adlı kimyəvi reaksiyaya girən luciferin adlı kimyəvi maddə mövcuddur. Yanıb sönməyinə isə hüceyrələrində nəfəs alma şarları olan hava müxtəlifliyi ilə nəzarət edirlər. Normal evdəki lampalar yüzdə 10% səmərə ilə işıq verdikdə, 90%-i isə istilik olaraq ayrılır. Buna baxmayaraq, işıldaquşlar 100%-lik səmərə ilə işıq istehsal edirlər. İşıldaquşların bu müvəffəqiyyətli elektrik istehsalı alimlər üçün ilham mənbəyi olmuşdur.

Bəs işıldaquşları bu qədər məhsuldar istehsal etməyə yönəldən güc nədir? Təkamülçülərə görə bu güc şüursuz atomlar, təsadüflər, ya da heç bir məcburedici gücü olmayan xarici faktorlardır. Ancaq bu saydıqlarımızın heç biri bu məhsuldar işi edəcək ağıla sahib deyil. Ağıl sahibi mühəndislər belə bu səmərəni özlərinə örnək alarkən bütün bunların təsadüfi olduğunu iddia etmək mümkün deyil. Bu nümunə də qüsursuz yaradan Rəbbimizin varlığını və işıldaquşların Onun ilhamı ilə hərəkət etdiyini açıq-aşkar göstərən dəlillərdəndir.

Pinqvinlərin izolyasiyaları və yuxu dəriləri

Allah var Pinqvinin tük təbəqəsinin dizaynının daha yaxşı sintetik izolyasiya meydana gətirməsində çox faydalı nümunələr verə biləcəyi düşünülür. Pinqvinin quruda olduğu müddətdə istilik izolyasiyasını təmin etmək üçün qalın, hava dolu zirehə ehtiyacı var. Eyni şəkildə yuxu dərisi də açıldıqda qalın, hava ilə dolu olmalı və yaxşı izolyasiya təmin etməlidir. Pinqvin suya girdikdə isə içində hava qalmamış su keçirməz incə zirehə ehtiyac duyur. Yuxu dərisi də qatlanaraq çox kiçik ölçüdə olmaqla, içində ən az miqdarda hava saxlamalıdır. İki sistem də tamamilə geri dönüş olmaqla bir vəziyyətdən digərinə keçə bilməlidir. Məhz bu bənzərlik tədqiqatçılara pinqvin tüklərinin xüsusiyyətləri örnək göstərildikdə daha təsirli sintetik izolyasiya vəsaiti hazırlana biləcəyini düşündürmüşdür. Pinqvin zirehinin izolyasiyanı necə təmin etdiyi sualının cavabı daha təsirli yuxu dərilərinin kəşfini vəd edir.

Texnoloji olaraq ən ideal məhsulu əldə etmənin yolu təbiətdəki canlıları ətraflı araşdırmaqdır. Çünki Allah hər şeyi ən mükəmməl şəkildə yaratmışdır və bunlar texnologiya üçün ola biləcək ən yaxşı modellərdir.