Müdafiə etmədə örnək olan vipera ilanları
Elektrik və kompüter mühəndisliyi eksperti olan prof. dr. John Pearce vipera olaraq tanınan "Crotaline"ləri araşdırmışdır. Aparılan araşdırmalarda bu ilanların gözlərinin qarşısında olan, çoxlu sinirlərdən ibarət hədsiz kiçik çuxurlarda olan istiqanlı ovların yerini müəyyən etməkdə istifadə edirlər. Pit adlı orqanlar çox kompleks istilik qəbuledici sistem ehtiva edirlər. Bu sistem elə həssasdır ki, metrlərlə uzaqdakı siçanı zülmət qaranlıqda belə görə bilir.
Tədqiqatçılar viperanın müəyyən edilmə və məhv olunma mexanizminin sirrlərini araşdırdıqda, ilanın tətbiq etdiyi prinsiplərin ölkənin düşmən mərmilərdən qorunmasında daha geniş sahədə tətbiq oluna biləcəyini ifadə edirlər. Bununla yanaşı təhlükəli şəraitdə uçan pilotların da düşmən silahlarından qorunmalarında köməkçi ola bilər. Dr. John Pearce "Hava qüvvələri bioloji sistemi təqlid edərək, daha yaxşı mərmi detektoru istehsal edib etməyəcəklərini görmək istəyir" ifadəsi ilə bu məqamı vurğulayır.
Ancaq apardığı tədqiqatlarda ilanın həssaslığının ölçüsünü müəyyən etməkdə çətinlik çəkdiyini belə izah edirdi: "Biz əsasən ilanın orqanının həssaslığını nümunə götürürük. Sinir xəbərdarlıqlarını ölçə bilərsiniz, lakin problem bu xəbərdarlıqların nə demək olduğudur. Bunu bizə söyləməsi üçün ədədi model istifadə edirik: Orqana toxunan infraqırmızı şüa nə qədərdirsə, o qədər çox sinir xəbərdarlığı olur. " (https://utexas.edu)
Göründüyü kimi, təbiətdəki canlılarda çox üstün olan ağıl təcəlli edir. Allah'ın təbiətdə yaratdığı dizaynlardan nümunə götürən tədqiqatçılar da layihələri üçün bənzərsiz modellər əldə edirlər.