70 qram yanacaqla fasiləsiz 4000 km uçuş

200 qram ağırlığındakı qızıl yağış quşu hər il Alyaskadan Havay adalarına qədər 4000 km-lik bir yolu 88 saat (3.5 gün) heç dayanmadan qanad çırparaq qət edir. Alimlər quşun belə bir səfər üçün yanacaq olaraq istifadə edəcəyi 82 qram yağın lazım olduğunu hesablamışlar. Halbuki, qızıl yağış quşunun yalnız 70 qram yağı var. Buna baxmayaraq, heç bir qızıl yağış quşu yanacağı bitdiyi üçün dənizə düşmür. Bunun sirri nədir?

Qızıl yağış quşları V şəklində düzülərək sürü şəklində uçurlar. Bu davranış hava müqavimətini azaldaraq quşlara 23%-lik enerji qənaəti təmin edir. Bu vəziyyətdə yerə endikdə 6-7 qram əlavə yağları qalmış olur. Bu artıq yağ isə küləklərin əks istiqamətdən əsməsi zamanı istifadə ediləcək ehtiyat yanacaqdır.

Allah var Bunu müqayisə edərək quşun heyrətamiz qabiliyyətinə bir daha nəzər yetirək. Qızıl yağış quşu 70 qram yağ yandıraraq 4000 km uça bilərkən Boeing 737-800 təyyarəsinin eyni məsafəni uça bilməsi üçün 16 tondan çox yanacağa ehtiyacı var. Ancaq bu təyyarənin yanacaq tutumu 14.2 ton olduğu üçün təyyarə yanacaq təchiz etmədən belə bir uçuşu reallaşdıra bilməz. Bəs qızıl yağış quşu uçuş məsafəsini və yanacaq olaraq istifadə edəcəyi yağın miqdarını necə hesablaya bilir?

Bu hesablardakı qüsursuzluq və düzgün istiqamət seçmə bacarığı, kütləvi şəkildə uçmaq qabiliyyəti, heç şübhəsiz, quşların öz iradələri ilə reallaşdırmaları mümkün deyil. Bunların hamısı hər canlını ehtiyacı olduğu sistemlərlə birlikdə yaradan Allah'ın ilhamı ilə reallaşır.

Belə ki, Quranda "dəstə-dəstə pərvazlanıb (uçan) quşlar"a diqqət çəkilir və bu canlıların Allah'ın qüdrəti ilə uça bildikləri belə xəbər verilir:

"Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları (havada) ancaq Mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür." (Mülk surəsi, 19)