Bitkilər və heyvanlar arasındakı ahəng

"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)." (Hud surəsi, 6)

Cənubi Amerikada yetişən Bertholletia ağaclarının kapsula içindəki toxumları meşə torpağına düşdükdən sonra bir müddət olduqları yerdə qalırlar. Bunun səbəbi heyvanların diqqətini çəkəcək heç bir xüsusiyyətlərinin olmamasıdır. Bu toxumların qoxuları yoxdur, xarici görünüşləri də diqqət çəkici olmadığı üçün qırılmaları da çox çətindir. Ancaq bu ağacın çoxala bilməsi üçün toxum olaraq meydana gətirdiyi kapsulların içindəki fındıqların çıxarılıb torpağın altına basdırılması lazımdır.

Cənubi Amerikada yaşayan bir növ gəmirici olan Agouti bu qalın və qoxusuz qabığın altında özü üçün yemək olduğunu bilir. Agoutilərin dişləri kəsici və itidir. Xüsusi diş quruluşları sayəsində toxumların sərt kapsullarını asanlıqla qırırlar. Tək bir kapsul içində təxminən 20-ə yaxın fındıq var. Bu da Agoutilərin bir dəfə üçün yediyi yeməyindən çoxdur. Agouti çənəsi ilə götürdüyü fındıqları daşıyır və onları açdığı kiçik dəliklərə yerləşdirdikdən sonra üstünü örtür. Agoutilər daha sonra yemək üçün bunu etmələrinə baxmayaraq, basdırdıqları fındıqların çoxunu tapa bilmirlər. Bu da Bertholletia ağacı üçün çox faydalıdır. Bunun sayəsində ağacın zoğlarının çoxu torpağın içinə cücərmək üçün basdırılmış olur.

Allah var Göründüyü kimi, Agoutinin qidalanma forması ilə Bertholletia ağaclarının çoxalma üsulu bir-birlərinə çox uyğundur. Bu uyğunlaşma təsadüfən ortaya çıxmış uyğunlaşma deyil. Bu canlılar bir-birlərini təsadüfən kəşf etməyiblər. Bertholletia ağacının şüursuz təsadüfün reallaşmasını gözləyəcək zamanı yoxdur, belə bir mükəmməliyə də sahib deyil. Çünki bu ağacın mövcud olduğu ilk gündən etibarən çoxala bilməsi Agoutinin varlığından asılıdır. Bu vəziyyət bu iki canlının bir-birlərinə uyğun şəkildə yaradıldıqlarını bizə göstərir.

Hər iki canlının bütün sistemləri bir-birlərinə fayda verəcək şəkildə təşkil edilmişdir. Əlbəttə ki, nizam varsa, bunu nizamlayan da var.

Bu canlıları tək bir yaradıcı, yəni Allah yaratmışdır. Təbiətdə saysız-hesabsız nümunələri olan bu uyğunlaşma, heç şübhəsiz ki, çox üstün bir ağılın məhsuludur. Sonsuz ağıl sahibi olan Allah hər iki canlını bu xüsusiyyətləriylə birlikdə yaratmışdır.

Bir-birini bəsləyən qarışqalar

Qarışqa sürülərində yuvaya gətirilən ovlar və toxumlar ümumi istifadə olunur. Beləcə bütün sürünün qidalanma ehtiyacı heç bir problem yaranmadan təmin edilir.

Allah var Ovçu qarışqaların bədənlərində depoladıqları maye qida damlaları var. Bu qida damlalarını həm öz ehtiyacları olduğu zaman, həm də yuvada bu damlaları ehtiyacı olan digər qarışqaları bəsləmək üçün istifadə edirlər.

Ovçu qarışqa yuvaya qayıtdıqdan sonra bir müddət yuva yoldaşlarının diqqətini çəkmək üçün başını sağa-sola yelləyir. Daha sonra yerində dayanır, yaxud da birbaşa digər qarışqalara yaxınlaşaraq sonuna qədər açıq olan çənə sümüyündən qida damlasını onlara verir. Qidanın çox sürətli şəkildə sürüyə paylanılmasını təmin edən qursağdan geri qayıdan maye qidanın çox təsirli paylaşma nümunəsidir.

Bu sistem insanları üstün ağıl sahibinin varlığını qəbul etməyə vadar edən hadisələrdəndir. Heç bir gücün belə kompleks və fədakar depolama sistemi meydana gətirə bilməyəcəyi həqiqətdir. Həmçinin yalnız bu fədakarlıq ilham edilməklə kifayətlənməmiş, qarışqaların bədən quruluşu da bu funksiyanı yerinə yetirəcək şəkildə dizayn edilmişdir.

Allah'ın heyvanlara verdiyi və onları müəyyən vəzifələri yerinə yetirməyə məcbur edən həmin "ilham"dan Quranın "Nəhl" (Bal arısı) surəsində belə bəhs edilir:

"Rəbbin bal arısına belə təlqin etdi: "Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get". (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır." (Nəhl surəsi, 68-69)

Quranda, əlbəttə ki, Allah'ın ilhamı ilə xüsusi vəzifələr yerinə yetirən heyvanlar tək-tək sadalanmır. Balarısı yalnız bir nümunədir. Qarışqaya baxdıqda isə ən azı balarısı qədər mükəmməl işlər görən, ən az onun qədər "fədakar" və vəzifəsinə sadiq olan bu kiçik heyvanın da bənzər bir ilhamla hərəkət etdiyini görə bilərik.

Qarışqalar və qoxu izləri

İz ünsiyyəti (qoxu izlərinin təqibi), qarışqalarda geniş istifadə edilən metoddur. Mövzu ilə bağlı bir çox maraqlı nümunə var:

Amerika çöllərində yaşayan qarışqa ölü bir böcək tapdıqda onu daşımaq, ya da sürümək istəyərkən çox ağır olduğunu fərq etsə, havaya zəhər kisəsindən bir qoxu ifraz edir. Uzaqdakı yuva yoldaşları qoxunu qəbul edir və qoxunun mənbəyinə doğru gəlməyə başlayırlar.

Atəş qarışqaları isə qida axtarmaq məqsədi ilə yuvalarını tərk etdikdə, qısa müddət qoxu izini izləyir, sonra bir-birlərindən ayrılır və təkbaşına araşdırma aparırlar. Atəş qarışqası qida tapdıqda yuvasına daha gec qayıdır. Bədəni torpağa çox yaxındır. Müəyyən fasilə ilə iynəsini çıxarır və iynənin ucu qələmin incə bir xətt çəkməsi kimi torpağa dəyir. Beləcə arxasınca qidaya doğru irəliləyən bir iz buraxmış olur.

Kompas funksiyası yerinə yetirən qarışqalar

Yemək axtaran qarışqalar açıqlanması çox çətin fəaliyyəti reallaşdırırlar. Yemək olan yerə qıvrımlı, ziqzaqlı bir yoldan gedir, ancaq yuvalarına kəsə və düz yoldan geri qayıdırlar. Təkcə bir neçə santimetr kənarlarını görə biləcək vəziyyətdə olan qarışqalar, necə olur ki, belə düz yol meydana gətirə bilirlər?

Allah var Kompüter alimi Alfred Bruckstein qarışqaların ziqzaqlı yolu düz yola riyazi olaraq necə çevirdiklərini araşdırdı. Müəyyən saydakı qarışqadan sonra yolun uzunluğu ən minimum nisbətə çatır, iki nöqtə arasında ola biləcək ən qısa məsafəyə, yəni düz xəttə çevrilirdi. Bioloqların müşahidə etdikləri bu vəziyyət riyazi olaraq da sübut edildi.

Bu əlbəttə ki, böyük məharət tələb edən işdir. Çünki insan öz ölçüsünə uyğunlaşdırılmış belə bir uzaq məsafə üçün mütləq kompas, saat və hətta bəzən daha kompleks alətlər istifadə etməli və mükəmməl riyazi məlumata malik olmalıdır. Tək başına kəşfiyyata çıxan bir qarışqanın isə rəhbəri Günəş, kompası da budaqların və digər işarələrin mövqeyidir. Daha sonra bunların şəkillərini qarışqalar xatırlayır və bunun nəticəsində yuvalarına gedən ən qısa yolu heç tanımadıqları halda tapa bilirlər. (Harun Yəhya, Qarışqa Möcüzəsi)

Bir beyinə sahib olmayan, düşünmə və mühakimə qabiliyyətindən məhrum bu kiçik canlılara bu xüsusiyyətləri Allah ilham edir.

Qarışqaların mükəmməl ov texnikası

Bəzi qarışqa növləri dişlərini hörümçək yumurtalarını, qırxayaqlıları, böcəkləri və termitləri yemək üçün istifadə edirlər. Yemək axtaran qarışqa antenaları ilə böcəyin qoxusunu hiss etdikdə çənəsini 180 dərəcə açaraq gözləyir. Davamlı olaraq antenalarını irəliyə doğru ataraq onlarla ətrafını müşahidə edirlər. Qarışqa yavaş-yavaş böcəyə doğru yaxınlaşır. Antenaları ona toxunduqda, artıq kiçik böcək alt çənə dişlərinin çata biləcəyi məsafədə olur. Qarışqa damağını endirdikdə, çənəsi birdən bağlanır və böcək payaya batan kimi dişlərin arasına sıxışır.

Qarışqalar ovlarını, demək olar ki, heç qaçırmırlar, çünki dünyada refleksi ən sürətli olan çənəyə sahibdirlər.

Gözümüzü qırpma sürətimiz qarışqanın dişləmə sürətinin yanında olduqca yavaşdır. Göz qapağının bağlanması və açılması saniyənin 1/3-i qədər bir müddəti əhatə edərkən, bu qarışqaların (Odontomachus bawi) çənəsi bundan, demək olar ki, 100 dəfə sürətlə çalışır. Gözlənən ən sürətli vuruşları 0,33 millisaniyədə reallaşır.

Təkamül yolu ilə, yəni şüurlu dizayn olmadan və təsadüflər nəticəsində belə qüsursuz ov etmə mexanizminin inkişaf edə bilməsi mümkün deyil.

Ortaya çıxan yeganə həqiqət qarışqaları bütün möcüzəvi xüsusiyyətləri və qüsursuz həyat formaları ilə birlikdə yaradan gücün bütün təbiətə və bütün kainata hakim olan Allah'a aid olduğunu bir daha göstərir.