Toxum daşıyan qarışqalar

Bəzi bitkilərin çoxalması heyvanlardan asılıdır, çünki toxumları heyvanlar vasitəsilə daşınır. Bu proses heyvanlar və bitkilər arasında diqqətçəkən bir birliyin və uyğunlaşmanın mövcud olduğunu göstərir. Üzəri yağlı, yeyilə bilən toxuma ilə örtülü olan bir toxumu nəzərdən keçirək. İlk baxışda adi görünən bu yağlı toxuma əslində bitkinin nəslinin davam etməsi baxımından çox mühüm xüsusiyyətdir. Çünki bu xüsusiyyət qarışqaların diqqətini cəlb edir. Bu bitkilərin çoxalması əksər bitkilərdən fərqli olaraq qarışqalar vasitəsilə həyata keçir.

Əksər bitkilərdəki kimi bu növün toxumu da cücərmək üçün torpağın altına girməlidir. Bundan əlavə, toxumun daxilində olan və cücərməni həyata keçirən hissə də üzə çıxmalıdır. Bitki özü bunları edə bilməz, amma bunları onun üçün edən qarışqalar var. Bu bitkilərin toxumlarındakı yağlı toxuma daşıyıcı qarışqaları çox cəzb edən bir qidadır. Qarışqalar böyük həvəslə bunları yığıb yuvalarına daşıyırlar. Beləcə, ilk mərhələni özləri də bilmədən tamamlayaraq toxumu torpağın altına basdırmış olurlar.

Bundan sonra bitki üçün mühüm olan ikinci mərhələ başlayır. Qarışqalar böyük əziyyətlə toxumları yuvalarına daşımalarına baxmayaraq, yalnız qabığını yeyir, ətli iç qismini saxlayırlar. Bu yolla həm qarışqa qida əldə edir, həm də bitkinin çoxalmasını təmin edən hissə torpağın altına girmiş olur.

Bəs qarışqa və toxum arasındakı bu uyğunlaşma necə ortaya çıxmışdır?

Allah var Qarışqanın bunu şüurlu olaraq etdiyini, yəni bitkinin çoxalması üçün nəyə ehtiyac olduğunu bilərək hərəkət etdiyini düşünmək, əlbəttə ki, məntiqsizdir, yaxud qarışqanın bir gün təsadüfən toxumu kəşf etdiyi, bunu torpağın altına aparıb yediyi, sonra da buradan bir bitkinin çıxdığını görüb bu prosesi davam etdirdiyi, ətrafındakı qarışqalara bunu öyrətdiyi, özündən sonrakı nəsillərə də bu şəkildə etmələrini xəbər verdiyi kimi bir tezis irəli sürmək də elmə və məntiqə tamamilə ziddir. Bitkinin də çoxalmaq üçün bu qarışqa növünün xoşuna gələcək xüsusiyyətləri bir yolla öyrəndiyi və toxumunu bu xüsusiyyətlərə uyğun hala gətirdiyi, qarışqa ilə eyni mühitdə olmağı nizamladığı kimi bir iddia da elmi cəhətdən heç bir əsası olmayan cəfəngiyyatdan başqa bir şey deyil.

Hər iki canlı sahib olduqları xüsusiyyətlərdən xəbərdar olan, onları bir-birləri ilə uyğunluq içində yaradan Allah'ın ilhamı ilə hərəkət edirlər.

"Göylərdə və yerdə kim varsa, Ona məxsusdur. Hamısı Ona təzim edir." (Rum surəsi, 26)