Soyuq iqlimlərə dözümlü canlılar

Təbiətdəki bəzi canlıların dondurucu soyuğun hakim olduğu yerlərdə rahatlıqla yaşaya bilməsi Allah'ın onları soyuq mühitdə yaşaya biləcəkləri xüsusi dizaynla yaratdığını göstərir.

Morjların qoruyucu yağ təbəqələri və dəriləri

Allah var Morjlar dondurucu soyuğun hakim olduğu qütb zonalarında yaşayırlar. Məməlilər sinfinə daxil olan bu canlılar həyatlarını buzlu suların içində davam etdirmələrinə baxmayaraq, soyuqdan təsirlənmirlər. Bunun səbəbi bədənlərindəki qoruyucu yağ təbəqəsidir. Dərilərinin altındakı bu yağ sayəsində bədənləri davamlı isti qalır. Qütb zonalarında yaşayan morjların başqa bir maraqlı xüsusiyyəti isə ağızlarındakı uzun dişləridir.

Bu dişlər sayəsində özlərini əsas düşmənlərindən biri olan qütb ayılarına qarşı qoruyur və molyusk, xərçəng, ilbiz kimi sərt qabıqlı ovlarını həzm edə bilirlər. Qalın, kobud dəriləri də bu canlıları düşmənlərinin iti dişlərindən və ətrafdakı iti qaya parçalarından qorunmalarını təmin edir. Morjlar artıq çəkilərinə görə quruda sürətlə hərəkət edə bilmirlər, ancaq bu vəziyyət suda olarkən fərqli olur. Bu canlılar suda olduqca hərəkətlidirlər və uzun məsafələri heç dayanmadan üzə bilirlər. Ovları üçün 105 metr kimi olduqca dərin bir məsafəyə heç çətinlik çəkmədən dala bilirlər.

Morjlar qütb zonalarında yaşayan insanlar üçün də təbii qaynaqdır. Qütblərdə yaşayan insanlar isinmək və işıqlanmaq üçün bu canlıların bədənlərindəki yağı yandırır, ətlərini qida olaraq istifadə edir və bu canlıların dərilərindən su keçirməz paltarlar hazırlayırlar.

Göründüyü kimi, Allah morjları soyuq iqlimlərdə yaşaya biləcəkləri şəkildə yaratmışdır. Və bir çox xüsusiyyəti ilə insanların onlardan faydalanmasını təmin etmişdir. Bir ayədə belə buyurulur:

"Və heyvanları da yaratdı; sizin üçün onlarda istilik və faydalar vardır və onlardan yeməkdəsiniz". (Nəhl surəsi, 5)

Antifriz yaradan şimal qütb böcəyi

Bildiyimiz kimi, quruda yaşayan bütün böcək növləri soyuqqanlı canlılardır. Bu, canlının yaşadığı mühitin temperaturuna görə bədən temperaturunun da dəyişə bilməsi deməkdir. Əgər havanın temperaturu -20 dərəcəyə düşsə, quru böcəyinin bədəni bu soyuqluğa davam gətirə bilməz. Elə buna görə bir çox böcək növü sıfır dərəcədən aşağı temperaturlarda məhv olurlar. Bunun istisnalarından biri şimal qütb böcəyidir. Bu böcək növü bədənində yaratdığı, soyuğa qarşı bir növ antifiriz vəzifəsini yerinə yetirən və müqavimət göstərən bir spirt növü sayəsində özünü qütbün dondurucu soyuğundan qoruyur.

Böcəyin yaratdığı " qliserin" bədənindəki qanın və digər maye molekullarının donmasına; buz kristallarının hüceyrələri öldürməsinə və hüceyrə bağlarını parçalamasına mane olur. Bununla birlikdə şimal qütb böcəklərinin bədən sistemləri hava soyuduqca və günlər qısaldıqca daha müqavimətli hala gəlir. Temperatur düşdükcə bədənlərindəki su həcmi avtomatik olaraq azalır, orqanizmləri qliserin, trihasoli və sorbit kimi anti-frizləri daha çox yaradır. Belə ki, bu canlılar üzərində aparılan təcrübələr qliserin sayəsində şimal qütb böcəyinin -87 dərəcəlik soyuğa qarşı belə həyatda qalmağı bacardığını göstərmişdir. (Harun Yəhya, Təbiətdəki Dizayn)

Şübhəsiz ki, bir böcəyin HOCH2CHOHCH2OH kimi kompleks bir molekulyar düstura malik olan qliserin adlı üzvi birləşməni yaratmağı və bu sayədə soyuqdan qorunmağı düşünməyi qeyri-mümkündür. Çünki bir böcək nə bu düsturu hesablayacaq ağıla və nə də bu düsturun antifiriz funksiyası daşıyacağını biləcək məlumata sahib deyil. Şübhəsiz ki, bu canlılar hər şeyi yoxdan var edən və sərhədsiz ağıla sahib olan uca Allah'ın yaratma əsəridir.

Özlərini mövsümlərə görə nizamlayan hamsterlər

Allah var Sibir hamsteri gündüzlərin daha qısa keçdiyi sərt qış günlərində immunitet sisteminin ifraz etdiyi hüceyrələrin artması, qidasız qalacağı mühitlərə və iqlim şərtlərindən irəli gələn çətinliklərə görə özünü nizamlaya bilir.

Ohio State Universitetindən bir qrup professorun 50 hamster üzərində apardığı tədqiqatda gün işığı laboratoriya şəraitində nizamlanaraq, gündüz 15 saat davam etdiyi yay günləri ilə gündüz yalnız 9 saat davam etdiyi qış günləri təqlid edildi. Canlıların yarısı qış, digər yarısı da yay mühitində müşahidə edilib 10 gün ərzində bədənlərində meydana gələn fərqlər qeyd edildi. Araşdırmanın nəticələrinə görə, qış mühitində tutulan hamsterlərin qan dövranı sistemində, leykosit, limfosit, t-hüceyrələri və NK hüceyrələri kimi immunitet sisteminin təməlini meydana gətirən elementlərdə əhəmiyyətli artım qeyd edildi. Daha sonra hər iki qrup da bəzi çətinliklərə məruz qoyuldu. Aşkar edildi ki, qış şəraitində təcrübədən keçirilən hamsterlerin bədənləri çətinliklərə daha sürətli və daha təsirli şəkildə reaksiya verdi. (https://unisci.com/stories/20021/ 0319026. htm)

Nəticə göstərdi ki, hamsterlərin özlərinin belə fərqində olmadıqları halda, bədənləri mövsümlərə görə tənzimlənir. Bu tənzimləmə də tamamilə canlının ehtiyaclarına görə nizamlanıb canlıya fayda verəcək şəkildə reallaşır. Canlının bədənində sanki bir saat varmış kimi, qış şərtlərində müəyyən hüceyrələrin istehsalı bir əmrlə artmağa başlayır, yaya doğru isə təkrar əvvəlki səviyyəsinə enir.

Şübhəsiz ki, bütün bunların şüursuz atomlar tərəfindən reallaşdırılması, yaxud hamsterlərin bədənlərindəki bu həssas nizamlamaları özlərinin düşünüb tapması mümkün deyil. Təsadüflər də belə kompleks sistemlər meydana gətirə bilməz. Buradakı bütün kompleks prosesləri reallaşdıran, göydən yerə hər işi nizamlayan aləmlərin Rəbbi olan Allah'dır. Allah hər canlını yaratmış, onlara sahib olduqları sistemləri əksiksiz vermişdir.

Kompassız istiqaməti tapa bilmə

Maqnetik kompaslar dünyanın maqnetik sahələrinin istiqamətlərini göstərir, bu xüsusiyyətləri ilə də dəniz səfərlərində həyati əhəmiyyət daşıyır. Aparılan araşdırmalar isə bu mövzuda təəccüb oyandıran bəzi həqiqətləri ortaya çıxarır. Bəzi canlı növləri uzun dəniz səfərlərində "öz kompaslarını" istifadə edirlər.

Təbiətdəki bir çox canlı növü yuvalarının, ovlarının və köç edəcəkləri bölgələrin yerlərini çətinlik çəkmədən tapırlar. Bu vəziyyət canlıların bədənlərində istifadə etdikləri bir növ maqnetik kompas olduğu təəssüratını yaradır. Ancaq, əlbəttə ki, bu canlıların bədənlərində istiqamət və uzaqlıq təyin etmələrini təmin edən kompaslar yoxdur. Digərlərində olduğu kimi hüceyrələrdən meydana gələn kompleks orqanlar var. Canlılardakı bu üstün sistemlər onların yaradılış möcüzəsi olduğunu bir daha sübut edir. (Harun Yəhya, Təbiətdəki Dizayn)

Tısbağalar maqnetik sahə xəritələrini oxuya bilirlər

Allah var Dünyanın müxtəlif yerlərində torpaqdakı maqnetik elementlərin sıxlığı və bu sıxlığın yaratdığı yer səthi ilə kəsişən bucaqlar fərqlilik göstərir. Əgər bir canlı bu dəyişiklikləri hiss edə bilsə, bu onun xəritə üzərindəki paralel və meridianları da biləcəyi mənasına gəlir.

Maqnetik sahə oxuma xüsusilə cavan "Loggerhead Çanaqlı bağalar"ı (Caretta Caretta) üçün çox böyük əhəmiyyət daşıyır. Bu tısbağalar həyatlarını ancaq Şimali Atlantik tropikində davam etdirə bilirlər. Şimali Carolina Universitetindən Kenneth və Catherine Lohmann adlı tədqiqatçılar apardıqları təcrübə ilə tısbağaların bu tropikdə qalmaq üçün öz maqnetik ölçülərini istifadə etdiklərini aşkar ediblər.

Tədqiqatçılar əvvəlcə tısbağaları kompüter nəzarətində maqnetik sahəsi olan bir tanka yerləşdirmişlər. Sahənin maqnetik meyilliliyi tropikin sərhədindəki ilə eyni olduqda, çanaqlı bağalar tropikin içinə doğru üzməyə başlamışlar. Fərqli müşahidələrdə tankın içindəki maqnetik sahə gücü də dəyişdirilmişdir. Sahənin gücü tropikin sərhədi ilə eyni olduqda tısbağalar tropikin içi zənn etdikləri bölgəyə doğru üzüb təhlükəli sərhəddən uzaqlaşıblar. (Nature Australia Winter 1997, s. 7-8)

Nəticədə tısbağalar üzərində aparılan bu təcrübə bizlərə bəzi canlı orqanizmlərin maqnetik sahə xəritələrini oxuya bildiklərini və canlılardakı bu heyrətamiz qəbul mexanizmlərinin bir dizayn möcüzəsi olduğunu sübut edir. Şübhəsiz ki, çanaqlı bağalardakı bu kompleks quruluşun təkamülçülərin iddia etdiyi kimi təsadüfən meydana gəldiyini dilə gətirmək, gəmilərdə olan maqnetik kompasların dalğaların təsadüfi gəmiyə çırpılması ilə meydana gəldiyini iddia etməkdən fərqi yoxdur. Heç bir təsadüfün bu qədər kompleks mexanizmləri meydana gətirməsi mümkün deyil.

Tritonların möcüzəvi qayıdışları

Allah var Yaşadığı bölgədən uzaqlaşdırılan tritonlar evlərinə qayıda bilmək üçün maqnetik xəritədən istifadə edirlər. Indiana Universitetindən prof. dr. Philips tritonların xəritələşdirmə qabiliyyətinin digər növlərdən fərqli olduğunu ifadə edir. Qırmızı xallı şərq tritonu (Notophthalmus viridescens) maqnetik sahədən əldə etdiyi xəritə məlumatında misli görünməmiş bir hərəkət nümayiş etdirir. Hər keçdiyi yerdə bu xəritə genişlənir və hər bölgənin özünə xas maqnetik xüsusiyyətləri əlavə olunur. (Focus, dekabr 2001, s. 46)

Tritonun içində olduğu maqnetik sahə bədənindəki kimyəvi reaksiyaları hərəkətə keçirə bilir və bu bəzi növlərdə görünən biokimyəvi kompasın təməlini meydana gətirir. Proses görmə duyğuları ilə də birbaşa əlaqəlidir; başqa sözlə, canlıların maqnetik sahəni görə bildikləri deyilə bilər.

Uca Allah tritona istiqaməti rahatlıqla tapa bilməsi üçün maqnetik xəritə vermiş və onu necə istifadə etməli olduğunu da ilham etmişdir.

Suitilərə istiqaməti tapmağa kömək edən bığları

Allah var Almaniyanın Bonn və Ruhr Universitetlərindən bir qrup elm adamı suitilər üzərində apardıqları müşahidədə bu canlıların qaranlıq və ya bulanıq sularda ovlarını tuta bilmək üçün bığlarından faydalandıqlarını sübut etdilər. (Science, 6 İyul 2001) Buna görə suitilər eşitmə və görmə kimi duyğu orqanlarını istifadə edə bilmədikləri mühitlərdə ovlarını balıqların su içində yol alarkən geridə buraxdıqları izləri izləyərək tapırlar.

Guido Dehnhardt və yoldaşları tərəfindən edilən bu araşdırma suiti bığlarının təxminən 200 metr uzaqlıqdakı ovu belə izləməyə imkan yaratdığını göstərir. Suitilər ovlarını tutmaq üçün balıqların üzərkən geridə buraxdıqları suyun burulğanlı olmasından və ətrafdakı suyun sürətinin əhəmiyyətli ölçüdə yüksək olmasından faydalanırlar. Qısası, balıqlar üzərkən geridə olduqca uzun hidrodinamik iz buraxırlar və balıqlarla qidalanan dəniz canlıları da bu izləri izləyərək onları uzaq məsafələrdən müəyyən edib tuturlar.

Dehnhardt və yoldaşları suitilərin bu qabiliyyətini müəyyən edə bilmək üçün Henry və Nick adlı iki erkək suitini və bir miniatür dənizaltı canlısını istifadə etmişdir. Miniatür dənizaltı canlısının buraxdığı iz 30 sm uzunluğunda bir balığın buraxdığı ilə təxminən eyni ölçüdədir. İlk təcrübəni içi bulanıq dəniz suyu ilə dolu hovuzda Henry ilə reallaşdıran tədqiqatçılar suitinin başına gözlərini tamamilə örtən bir corab keçirmişlər. Dənizaltı canlısının səsini eşitməməsi üçün qulaqlarına qulaqlıq taxıb başını da suyun 40 sm üzərindəki bir platformaya yerləşdirmişlər. Dənizaltı canlısının mühərrikləri dayandırıldıqdan iki saniyə sonra suitinin başından qulaqlıqlar çıxarılmış, suiti dərhal suya dalıb əvvəl hovuzun ortasına üzmüş, bığlarını önə doğru yönəltmiş və üzərkən başını yüngülcə sağa-sola yelləməyə başlamışdır. Bu sayədə suiti dənizaltı canlısının pərvanəsinin buraxdığı izə rast gələn kimi vasitənin getdiyi istiqamətə dönmüş və saniyədə 2 m sürətlə iz buraxmağa başlamışdır. Təcrübələrdə gözləri bağlı olan suiti 256 dəfə dənizaltı canlısını tapmışdır. Ancaq tədqiqatçılar Henrynin burnuna bığlarını örtəcək bir corab keçirdikdə suiti bütün sınaqlarda hidrodinamik iz buraxmışdır. Nick adlı o biri suiti üzərində aparılan təcrübədə də eyni nəticə əldə olunmuşdur.

Nəticələr bu dəniz məməlilərinin bığları sayəsində izlərdəki hidrodinamik məlumatı müəyyən edib analiz edərək yollarını tapa bildiklərini göstərmişdir.

Bütün canlılara etdiklərini ilham edən və onları üstün dizayn nümunələri ilə yaradan uca Allah suitiləri də yollarını tapa bilmələri üçün bəhs etdiyimiz üstün xüsusiyyətlərlə yaratmışdır. Allah hər şeyi bilən və hikmətlə yaradandır. Allah ayədə belə buyurur:

Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birilə əvəz olunmasında, insanlara fayda verən şeylərlə (yüklənmiş halda) dənizdə üzən gəmilərdə, Allah'ın göydən endirdiyi, onunla da ölmüş torpağı diriltdiyi suda, (Onun) bütün heyvanatı (yer üzünə) yaymasında, küləklərin (istiqamətinin) dəyişdirilməsində və göylə yer arasında ram edilmiş buludlarda, başa düşən insanlar üçün dəlillər vardır. (Bəqərə surəsi, 164)

Böcəklərin göz qamaşdıran dünyası

Bağda, hovuz kənarında, mətbəxdə və daha bir çox yerdə qarşılaşdığımız böcəklər müxtəlif müdafiə sistemlərinə, istilik skanerlərinə və üstün manevr qabiliyyətinə malik olan möcüzəvi canlılardır. Bu canlılar üzərində aparılan araşdırmalar bizlərə bu həqiqəti sübut edir və Allah'ın canlıları yaratmasındakı bənzərsiz gücünü daha yaxşı təqdir edə bilməyimizi təmin edir. Gün ərzində hər yerdə gördüyünüz bir neçə santimetrlik möcüzəvi canlıların bir fabrik kimi heç dayanmadan işlədiklərini və bədənlərindəki hər parçanın qüsursuz dizaynla yaradıldığını bilirdinizmi? İndi bu möcüzələr dünyasına bir səfərə çıxaq.

Tüpürcək böcəyi

Tüpürcək böcəyi yuvasını qarnındakı bir şar vasitəsilə uçan qabarcıqlar çıxararaq qurur. Bu şar xüsusi maye ilə qabarcıq meydana gətirərkən onları su ilə qarışdırır. Bu xüsusi maye şarcıqların 100 günə qədər davamlı olmasını təmin edir. Tüpürcək böcəyi yetkinləşənə və dərisi günəş şüalarına qarşı dayanıqlı hala gələnə qədər qabarcıqların içində yaşayır. (https://creationwonders.com/Facts.asp? Name=Spittlebugs)

Yırtıcı su böcəyi

Allah var "Dytiscus sp" olaraq adlandırılan su böcəkləri ümumiyyətlə göl, hovuz və su hövzələri kənarlarında yaşayırlar. Bu canlının bədən quruluşu bir sözlə təsvir edilə bilər: "Dənizaltı". Böcəyin bədəni qüsursuz hidrodinamikaya malikdir və hər orqanı dənizaltı həyata uyğun olaraq yaradılmışdır. Su böcəkləri suyun içinə dalmaq, yaxud səthə çıxmaq üçün bədənlərindəki hava depolarını hava ilə şişirirlər. Suyun içində irəli-geri hərəkət etmək üçün də arxa ayaqlarını heç dayanmadan çalışan bir kürək kimi istifadə edirlər. Su böcəkləri bədənlərindəki oksigeni bədənlərindən müstəqil olaraq sanki sualtı dalğıclarının istifadə etdikləri oksigen balonları kimi daşıyırlar. Bu oksigeni əldə etmək isə şüur tələb edir. Böcəklər hava üçün su səthinə çıxır və havanı qarınlarının ən uc qisminə depolayırlar. Bu sayədə kürəklərində içi hava ilə dolu şarcıq meydana gəlmiş olur. (https://insectia.com)

Suda yaşayan və özündən daha böyük canlılara belə hücum edən bu böcək növü böcəklərin köpək balığı adlandırılır. Bu canlı özünü düşmənlərinə qarşı müdafiə etmək üçün bənzərsiz müdafiə sistemindən istifadə edir. Bədəni çox güclü hormon ifraz edir və onu udan canlı əmələ gələn bu dad nəticəsində dərhal onu çölə doğru tüpürür.

Allah bu canlının hidrodinamik bədən quruluşunu və malik olduğu müdafiə sistemini bir dizayn möcüzəsi olaraq yaratmışdır.