Kəpənək qanadlarındakı estetika və funksionallıq

Allah var Kəpənək qanadlarında bəzək kimi yaradılmış rənglər və naxışlar bu canlılar üçün bir çox həyati funksiyanı da yerinə yetirir.

Kəpənək qanadlarındakı rəngin əmələ gəlmə prosesi olduqca maraqlıdır. Bir kəpənəyin qanadlarının üzərindəki pulcuqlar vasitəsilə işıq əks olunur və ortaya "realda olmayan", amma möhtəşəm bir simmetriya və gözəllik nümayiş etdirən rənglər çıxır. Niyə "realda olmayan" deyirik?

Kəpənəklər bədənləri ilə müqayisədə çox geniş səthə malik olan qanadlarının gözəlliyi ilə tanınırlar. Bəs kəpənək qanadlarındakı bu möhtəşəm rənglər və naxışlar necə ortaya çıxır?

Kəpənəklər əslində şəffaf olan bir cüt pərdə qanada sahibdirlər. Qanadlar çox sıx pulcuqlarla örtülü olduğu üçün şəffaflığı hiss olunmur. Kəpənək qanadlarının aerodinamikasını artıran, onlara rəng verən də məhz bu pulcuqlardır. Toxunduqda yerlərindən qopacaq qədər həssas olan pulcuqların kəpənəyin qanadına batan iti ucları var. Bunun sayəsində pulcuqlar tökülmürlər. Qanadın üstünə damdakı kirəmitlər kimi düzülən hər pulcuq ya kimyəvi piqmentlərlə, ya da sabun köpüyündəki kimi üstünə düşən işığı göyqurşağı rənglərini sındıran quruluşu ilə rəng qazanır. Həmçinin laboratoriyada aparılan tədqiqatlar nəticəsində müxtəlif rənglərin fərqli kimyəvi maddələrə bağlı olduqları müəyyən olunmuşdur. Məsələn, çəhrayı, ağ və sarı rənglərin əmələ gəlməsini "pteridin" adlı boya maddəsinin törəmələri təmin edir. Çox rast gəlinən "melanin" adlı boya maddəsi isə qanadlardakı qara xallarda olur. Kəpənək qanadlarındakı rənglər hər zaman göründükləri kimi olmur. Məsələn, yaşıl rəngli pulcuqlar qara və sarı pulcuqların qarışığından meydana gəlir. Kəpənək qanadları üzərində aparılan son tədqiqatlar piqmentlərin pulcuqlarda sintez edildiyini və melanin istehsalı üçün lazım olan fermentlərin pulcuqların üst dərisində olduğunu göstərmişdir.

Kəpənəklərdəki bu çox dəyişkən rənglər təkcə boya maddələrindən qaynaqlanmır. Kəpənək qanadlarındakı pulcuqların quruluşu, nizamı işığın əks olunması və qırılması kimi proseslərin əmələ gəlməsinə və möhtəşəm gözəllikdəki rənglərin yaranmasına səbəb olur. Məsələn, Stilpnotio Salicis kəpənəyinin hava qabarcıqları ilə dolu yarışəffaf pulcuqları var. Bu pulcuqlarda boya maddəsi olmamasına baxmayaraq, içlərindən keçən işıq kəpənəyin atlaza bənzər görünüşdə olmasını təmin edir.

Allah var Argynnis kəpənəyinin qanad pulcuqlarının səthi çox yumşaqdır və bu yumşaqlıq gümüşü rəngin əks olunmasını təmin edir.

Bəzi kəpənəklərdə bir-birinin üstünə gələn iki pulcuq təbəqənin fərqli düzülüşü də işığı fərqli şəkildə əks etdirə bilir, məsələn, kəpənəyin qara və ya qəhvəyi deyil, mavi rəngdə görünməsini təmin edir. Kəpənəklərin qanad quruluşunu sadəcə rəng yönündən araşdırdıqda belə bir çox möcüzə ilə qarşılaşırıq. Belə gözəllikdəki görünüşlərinin olması bütün bunları yaradan Allah'ın üstün qüdrətinin və sonsuz sənətinin dəlillərindən biridir.

Kəpənək qanadlarında bəzək kimi yaradılmış rənglər və naxışlar bu canlılar üçün bir çox həyati funksiyanı da yerinə yetirir.

İşığı əmən qara xallar

Bəzi kəpənəklərdə, xüsusilə də qanadların gövdəyə yaxın hissələrində pulcuqlardan ibarət tünd rəngli böyük xallar olur. Hər iki qanadda simmetrik olaraq yerləşən bu xallar kəpənəklərin uça bilməsi üçün çox önəmli funksiya daşıyır. Uçmaq üçün lazım olan bədən temperaturuna çata bilmək üçün kəpənəklər bu xallardan faydalanırlar. Necə?

Allah var Pulcuqlar rənglərinə görə temperaturu maksimum və ya minimum səviyyəyə gətirmə xüsusiyyətinə malikdir. Günəşin altında sanki müəyyən bucağı əmələ gətirməyə çalışırmış kimi qanadlarını açıb bağlayan kəpənəkləri hamınız görmüsünüz. Məhz bu hərəkəti edərək günəş işığını almağa çalışan kəpənəklərə gövdələrindəki qara xallar kömək edir. Gövdəsini isitmək istəyən kəpənək günəş şüalarının bu xallara düşməsini nizamlayacaq şəkildə qanadlarını açıb bağlayır, beləcə bədənini asanlıqla isitmiş olur.

Açıq ərazilərdə günəşin altında qalan kəpənəklərin rəngi digərlərinə görə daha açıq, meşəlik ərazilərdə isə daha tünd olur.

Lepidoptera kəpənəkləri isə qanadlarında pulcuq olmadığı üçün işığı əks etdirə bilmirlər, buna görə də şəffafdırlar. Bu kəpənək növünü uçarkən görə bilərik, amma bir yerə qonduqda onları görmək demək olar ki, qeyri-mümkündür. Bu da kəpənək üçün mükəmməl müdafiə üsuludur. Allah bütün canlılarda olduğu kimi kəpənəkləri də bütün ehtiyaclarını tam olaraq qarşılaya biləcəkləri sistemlərlə birlikdə yaratmışdır və bunların hamısı bir-biri ilə əlaqəli olan, biri olmazsa, digəri mövcud ola bilməyən sistemlərdir.

Kəpənəklərdəki yalançı gözlər

Allah var Bir çox kəpənək qanadlarında böyük bir canlının gözlərinə bənzəyən tünd rəngli dairəvi naxışlar var. Qanadların üzərindəki rəngli pulcuqlardan əmələ gələn bu gözlər kəpənəklərin ən önəmli müdafiə mexanizmini formalaşdırır. Kəpənəklər istirahət edərkən qanadlarını bağlı saxlayırlar. Hər hansı bir düşmənlə qarşılaşdıqda və ya kiçik toxunma nəticəsində qanadlar ani olaraq açılır və qanadın üzərindəki iri və tünd rəngli parlaq göz naxışları ortaya çıxır. Bunun sayəsində düşmənə lazımi mesaj çatdırılmış olur. (Harun Yahya, Allah'ın Renk Sanatı)

Kəpənəklərdəki kamuflyaj

Allah var Saxta gözlərdən əlavə kəpənəklərin kamuflyaj qabiliyyətləri də heyrətamizdir. Kamuflyaj edən kəpənəklər kolun rəngini görür, onları təsbit edərək analiz edir, çox yaxşı çalışan bir sistemlə bədənlərində yaratdığı rənglərlə kolun rənginə bürünür, düşməninin zövqlərindən xəbərdar olan başqa bir növ isə onun xoşuna gəlməyən rənglərə bürünərək xəbərdarlıq mesajları verir.

Kəpənəklər bütün bunları Allah'ın ilhamı sayəsində edirlər. Yer üzündəki bütün dizaynlar Rəhman olan Allah'a məxsusdur. Ağıl sahibi insanların öhdəsinə düşən isə Allah'ın yaratdıqları üzərində dərin düşünməkdir.