Canlılardakı mexaniki sistem dizaynı

Dizaynerlər üçün hərəkətli mexanizmlərin dizaynı sabit mexanizmlərin dizaynından daha çətindir. Məsələn, drel hazırlayarkən yaranan çətinliklər dolça hazırlayarkən yaranan çətinliklərdən daha çoxdur. Çünki birincidə funksionallıq əsasdırsa, ikincidə forma ön plandadır. Funksionallığa əsaslanan dizaynlar daha kompleks olur. Dizayndakı hər bir hissə müəyyən məqsədə xidmət etməlidir və hər birinin xüsusi vəzifəsi olmalıdır. Bir hissə olmadıqda və ya səhv quraşdırıldıqda sistem işləmir. (Harun Yəhya, Təbiətdəki Dizayn)

Dizaynda yol verilən belə xətalar uğursuzluqla nəticələnir. İnsanların mexaniki sistemlərdə yol verdiyi xətalar zənn etdiyimizdən daha çoxdur. Bunların bir çoxu sınaq-səhv metoduna əsasən hazırlanmışdır. Məhsul bazara çıxarılmamışdan öncə bu səhvlər hazırlanan modellərdə aradan qaldırılmağa çalışılır. Ancaq bununla belə satışa çıxarılan məhsullarda yenə də səhvlərə rast gəlmək olur.

Təbiətdəki mexaniki sistem dizaynlarında isə bu cür səhvlərə rast gəlmək qeyri-mümkündür. Bütün canlılardakı mexaniki dizaynlar mükəmməldir və bu mükəmməl dizaynlar bir dəfəyə və səhvsiz olaraq yaradılıblar. Çünki Allah bütün bunları qüsursuz şəkildə yaratmışdır. Gəlin Allah'ın bu üstün yaratmasına nümunə olan iki canlını araşdıraq:

"... Ona mülkündə ortaq yoxdur, hər şeyi yaratmış, ona bir nizam vermiş, müəyyən bir ölçüylə təqdir etmişdir." (Furqan surəsi, 2)

Ağacdələn və birə...

Ağacdələnlər ağac qabığını dələrək qoparır, sonra da üzə çıxan həşəratları və qabığın altında olan yumurtaları yeyərək qidalanırlar. Bu quşlar yuvalarını möhkəm və canlı ağaclarda oyurlar. Bu oyuqları açarkən də dülgər kimi məharətlidirlər.

Allah var Böyük nöqtəli ağacdələn növü ağaca saniyədə doqquz-on dəfə dimdik vurur, daha kiçik ölçülü ağacdələnlərdə isə bu say on beş-iyirmiyə qədər olur.

Yaşıl ağacdələn ağacları oyarkən saatda yüz kilometrdən daha çox sürətlə işləyir. Lakin albalı böyüklüyündə olan beyini bu zərbələrdən təsirlənmir. İki dəfə ağaca vurması arasındakı zaman fərqi saniyənin mində birindən də azdır. Ağacdələnin sirri isə boyun əzələlərindədir. Dimdiyi ilə ağaca vurmağa başlayan kimi quşun başı ilə dimdiyi düz bir xətt halında olur. Çox cüzi əyrilik (yayınma) beynini dağıda bilər.

Bu cür sürətli dimdik vurmaqla betona kəllə vurmaq arasında heç bir fərq yoxdur. Quşun beyninin heç bir zədə almaması yalnız fövqəladə dizaynla mümkündür. Quşların əksəriyyətində kəllə sümükləri bir-birinə bitişikdir. Dimdik isə çənənin hərəkəti ilə açılır. Amma ağacdələnlərdə dimdik və kəllə vuruş zamanı yaranan zərbə şokunu aradan qaldıran süngərəbənzər bir maddə ilə bir-birindən ayrılmışdır. Bu elastik maddə avtomobil amortizatorlarında olan maddədən daha keyfiyyətlidir. Bu üstünlük çox qısa zaman ərzində dəfələrlə təkrarlanan zərbə şokunu aradan qaldırmaq bacarığından irəli gəlir. Bu maddə hər dimdik vurduqda əmələ gələn şoku həmin dəqiqə aradan qaldıraraq sonrakı şoku aradan qaldırmaq üçün hazır vəziyyətə gəlir. Üstəlik bunu saniyədə 10 dəfədən çox dimdik vuruşunun edildiyi qısa zaman ərzində bacarır. Ağacdələnin kəlləsinin və üst dimdiyinin belə qeyri-adi üsulla bir-birinə bağlanması hər dimdik vuruşunda beyninin yerləşdiyi hissənin dimdikdən uzaqlaşmasını, beləliklə də zərbə şokunun aradan qaldırılması üçün sonrakı mexanizmin əmələ gəlməsini təmin edir.

Yüksək sıçrayışlar üçün ideal dizayn: birə

Birə öz bədən hündürlüyündən 100 dəfə artıq yüksəkliyə sıçraya bilir. Siz də eynisini etməli olsanız, 200 metr hündürlüyə tullanmalı olacaqsınız. Həmçinin birə 78 saat fasiləsiz olaraq sıçrayışlarını davam etdirə bilir. Adətən birələr beşinci sıçrayışdan sonra qıçları üstünə düşmür, kürəyi və ya başı üstə düşür. Bu eniş isə ona heç bir şəkildə zərər vermir. Birənin yaralanmamasının səbəbi isə bədənindəki dizaynda gizlidir.

Həşəratın skeleti bədəninin daxilində yerləşmir. Skelet bədəni əhatə edən yumşaq xitin təbəqəsinə bərkidilmiş "sklerotin" adlı bərk maddədən əmələ gəlir. Sklerotin bütün bədənini əhatə edir. Bu xarici skelet bir-birinə qarşı məhdud ölçüdə hərəkət edə bilən çox saylı zireh lövhəciklərindən əmələ gəlir.

Digər tərəfdən birələrin qan damarları yoxdur. Bədənin daxili hissəsi bütünlüklə şəffaf axıcı qanın içində üzür. Bütün daxili orqanlar yumşaq yastıqlarla əhatə olunmuş kimidir, bu səbəbdən ani təzyiq yüksəlmələrindən təsirlənmirlər. Ürək boru formasındadır və elə ağır döyünür ki, sıçramalardan yaranan dəyişikliklər ona, demək olar ki, heç təsir etmir.

Alimlər apardığı araşdırmalar nəticəsində birənin ayaq əzələlərinin etdiyi böyük sıçrayışları reallaşdıracaq qədər güclü olmadığını müəyyən ediblər. Birənin belə sıçrama qabiliyyəti ayaqlarına əlavə olunmuş bir növ yay sistemindən qaynaqlanır. Bu yay sistemi "rezilin" adlı zülaldan ibarət olan toxuma sayəsində işləyir. Bu maddənin xüsusiyyəti ondan ibarətdir ki, gərilərək saxladığı enerjinin 97%-ini sərbəst buraxır. Bu gün satışdakı ən yaxşı elastik maddə üçün bu nisbət 85%-dir. Rezin xüsusiyyətinə malik olan bu toxuma lent şəklində iki arxa ayağa yerləşdirilmişdir.

Canlılardakı mexaniki sistem dizaynları üçün verdiyimiz bu iki nümunə Allah'ın üstün yaratmasının dəlillərindəndir.