Cırcıramanın heyrətləndirici səsi
Avstraliya cırcıraması "Cyclochila australiasice"nin boyu cəmi 10 sm-dir. Ancaq bu kiçik canlı dünyanın ən böyük səs-küyünü çıxarır.
Melbourne Universitetindən David Young və Oxford Universitetindən Henry Bennett bu heyvanın zümzüməsini araşdırdılar. Böcəyə yerləşdirilən mikrofonlar 158 desibellik bir sonar şiddəti olduğunu göstərdi. Bu bir əl bombasının partlaması ilə eyni dəyərdədir. Əgər böcəyin eşitmə orqanı qarnından uzaqda bir kapsulun içində qorunmuş mövqedə olmasaydı, özünü kar edərdi. Yanlarda olan iki ədəd orqan bu səsin qaynağıdır. Bunlar eynilə truba kimidirlər. Buradakı əzələ lifləri trubanın xarici orqanını daxili orqana bağlayır və bu güclü əzələ liflərinin ritmik sıxılması ilə truba içinə doğru çökür. Bu mexanizm zülallara aid xarici orqanın, qanadlara aid 4 sərt damarın deformasiyasına səbəb olur. Bir zaman meydana gələn deformasiyaların cəmi isə saniyədə 4300 toqquşma təsiri meydana gətirir.
Səs üçüncü bir orqan tərəfindən yüksəldilir. Daha sonra isə səs ladero-ventral (qarın yanı bölgəsi) yüksəldiciləri (amplifikator) vasitəsilə kənara çıxır.