Bezuar keçilərinin kimyavi məlumatları
Təbiətdəki mahir kimyaçılardan biri də Bezuar keçisidir. Adını da bu xüsusiyyətinə görə almışdır. "Bezuar" fars dilində dərman deməkdir. Bu canlı öz-özünü müalicə etmək qabiliyyətinə malikdir.
Bezuar keçisini nə vaxt ilan sancsa, dərhal yaşadığı mühitdə yetişən sütləyən bitkisinin növlərindən birini yeməyə başlayır. Bu çox heyrətamiz davranışdır. Çünki həqiqətən də sütləyən bitkisinin içindəki mayedə olan "eforbon" maddəsi qana qarışan ilan zəhərini təsirsiz hala gətirir.
Burada təkrar heyrətamiz bir həqiqətlə qarşı-qarşıya qalırıq.
Gündəlik otlamaları əsnasında sütləyənlərə ağızlarını belə vurmayan Bezuar keçilərinin bu bitkiləri müalicə məqsədilə istifadə etmələrini təmin edən nədir? Bezuar keçiləri sütləyən otlarının içində hansı kimyəvi maddələrin olduğunu haradan bilirlər? Bəs bu kimyəvi maddələrin ilan zəhərini müalicə etdiyini necə öyrəniblər?
Keçiləri ilan dişlədikdə tapdıqları bütün otları yeyərək, yəni sınaqdan keçirərək antidot (zəhəri təsirsiz hala gətirən maddə) tapmaları mümkün deyil. Uyğun otu tapmağa çalışarkən keçi doğru otu tapana qədər ölə bilər. Bütün qeyri-mümkünlüklərə baxmayaraq, keçinin bunu bacardığını fərz edək. Ancaq bu da kifayət etməyəcək. Çünki Bezuar növünün nəslini davam etdirə bilməsi üçün növün digər üzvlərinin də bu davranış xüsusiyyətinə malik olmaları şərtdir. Əlbəttə ki, bu qeyri-mümkündür.
Bunun üçün keçilərin özlərindən sonra gələn nəsilləri bu təcrübələrdən xəbərdar etmələri lazımdır. Ancaq bir canlının sonradan öyrəndiyi məlumatları özündən sonra gələn nəsillərə genetik olaraq ötürməsi qeyri-mümkündür. Məsələn, bir neçə nəsil boyu piano çalan bir ailənin yeni doğan uşaqlarının da ailənin digər üzvləri kimi pianonu çala bilmək üçün "piano çalmağı öyrənməsi" lazım olacaq. Ailə üzvləri nə qədər məşhur və müvəffəqiyyətli pianistlər olsalar da, bu xüsusiyyətlərini bir sonrakı nəsilə ötürə bilməzlər. Çünki bu genetik xüsusiyyət deyil, sonradan əldə etdikləri xüsusiyyətdir. Başqa sözlə, öyrənilən məlumatlar, ya da davranışlar, o növə deyil, yalnız o canlıya aiddirlər.
Bu kimi məlumatlar üzərində dərindən düşünmək canlıların davranışlarının təsadüfən ortaya çıxa bilməyəcəyini anlamaq üçün kifayətdir. Bütün canlılar yaşamaları üçün lazım olan məlumatlara sahib olaraq doğulurlar. Yəni hamısını Allah bir anda yaradır. Allah bir Quran ayəsində belə buyurur:
"Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. (Allah) onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. (Bunların) hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır)." (Hud surəsi, 6)